AZ | EN | RU


Futbol >>
"Sabah ən yaxşı oyunumuzu göstərməliyik" - Qurban Qurbanov
10 oktyabr 2018   17:20

“Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq”.

Olimpiya.az-ın məlumatına görə, bu sözləri yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Farer adaları ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib. Farer adalarına ezam olunmuş müxbirimiz xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Süni örtüklü meydan, futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim və matçın keçiriləcəyi meydançanın normadan kiçik olması komandamıza nə dərəcədə mane olacaq?

- Bəli, meydançaya baxdım. Məncə, hava şəraiti bizim üçün elə də problem yaratmayacaq. Havaya fikir verməməliyik. Fikrimiz oyunda olmalıdır. Hiss olunur ki, meydança standartlardan bir az fərqlənir. Buna da fikir verməli deyilik. Ancaq hər bir halda dediyiniz amillərin oyuna təsiri olacaq. Düşünürəm ki, futbolçularımız sabah meydanda nə etmək lazımdırsa, onu da edəcəklər.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?

- Dediyim kimi, nə mən, nə də futboolçular yorğunluq haqda düşünürük. Yorğunluq bizə mane olmamalıdır. Sabah ən yaxşı oyunumuzu göstərməliyik.

- Millətlər Liqasının görüşlərində hücumda elə də yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də “Krılya Sovetov”da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən demək olarmı ki, “Proyssen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?

- Açığı, Rüfət bizimlə cəmi iki məşq edib. Sabah yəqin səhər məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəyəm. Ancaq indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam hazırıq və meydana yaxşı formada çıxacağıq.



Çap et | e-mail

     

2018-12-15  Dadaşov komandasına kömək edə bilmədi

2018-12-15  \"Beşiktaş\" Pepe ilə yolları ayırdı

2018-12-15  \"Zirə\"nin \"Səbail\" üzərində qələbəsi - VİDEO

2018-12-15  \"Arxayınlaşsaq, bunun cəzasını alacağıq\" - Ayxan Abbasov

2018-12-15  \"Çempionluq haqda düşünmək axmaqlıq olar\" - Bordin

2018-12-15  “Sumqayıt” “Neftçi”ni belə məğlub etdi - VİDEO

2018-12-15  Tanınmış futbolçu Argentina klubunu çalışdıracaq

2018-12-15  “Zirə” - “Səbail”: start heyətlər

2018-12-15  AFFA \"Neftçi\" rəsmisinin cəzasını azaltdı

2018-12-15  Yığmamız divizion klubuna məğlub oldu

2018-12-15  İspaniya klubu futbolçusuz qaldı 

2018-12-15  \"İnter\" kapitanı ilə yeni müqavilə imzalayır

2018-12-15  Robben sıradan çıxıb

2018-12-15  \"Milan\" prezidentinin pulu oğurlandı

2018-12-15  “Boka Xuniors” baş məşqçisi ilə yolları ayırdı

2018-12-15  Yeniyetmələr arasında cüdo üzrə paytaxt birinciliyi keçirilib

2018-12-15  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2018-12-15  Ərsun Yanal \"Fənərbaxça\"ya görə millimizdən imtina edib - İddia

2018-12-15  Kubokun bugünkü oyunları canlı yayımda

2018-12-15  Afrikanın ən yaxşı futbolçusu

Bütün xəbərlər
 
15 dekabr 2018
23:55  Dadaşov komandasına kömək edə bilmədi
23:40  "Beşiktaş" Pepe ilə yolları ayırdı
23:23  "Zirə"nin "Səbail" üzərində qələbəsi - VİDEO
22:59  "Arxayınlaşsaq, bunun cəzasını alacağıq" - Ayxan Abbasov
22:46  "Çempionluq haqda düşünmək axmaqlıq olar" - Bordin
22:34  “Sumqayıt” “Neftçi”ni belə məğlub etdi - VİDEO
17:30  Rüstəm Orucov Çində keçirilən mötəbər yarışın qalibi olub
17:15  Tanınmış futbolçu Argentina klubunu çalışdıracaq
16:42  “Zirə” - “Səbail”: start heyətlər
16:38  AFFA "Neftçi" rəsmisinin cəzasını azaltdı
16:16  Yığmamız divizion klubuna məğlub oldu
14:15  İspaniya klubu futbolçusuz qaldı 
13:45  "İnter" kapitanı ilə yeni müqavilə imzalayır
13:10  Robben sıradan çıxıb
12:44  "Milan" prezidentinin pulu oğurlandı
12:33  “Boka Xuniors” baş məşqçisi ilə yolları ayırdı
12:20  Yeniyetmələr arasında cüdo üzrə paytaxt birinciliyi keçirilib
12:02  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:45  Ərsun Yanal "Fənərbaxça"ya görə millimizdən imtina edib - İddia
11:21  Kubokun bugünkü oyunları canlı yayımda
10:55  Afrikanın ən yaxşı futbolçusu
10:30  UEFA “Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açdı
14 dekabr 2018
23:14  Bundesliqada noyabr ayının ən yaxşı oyunçusu
22:52  UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.