AZ | EN | RU


Futbol >>
"Heç kim qələbədən başqa bir nəticə gözləmir" - Qurban Qurbanov
09 oktyabr 2018   17:32

“Hazırlıq üçün çox vaxtımız olmadı. Bəzi oyunçular bizə gec qoşuldu. Riçard Almeyda dünən gəlib və bir məşq edib. Hamının oyuna qədər hazır olacağını və özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm”.

Olimpiya.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının III turundan Farer adaları ilə oyun üçün səfər ərəfəsində təşkil etdiyi brifinqdə deyib.

- Qələbənin şərt olmasını təzyiq olaraq görürsünüz, yoxsa əlavə bir motivasiya?

- Əlbəttə, təzyiq var. Görünən odur ki, heç kim qələbədən başqa bir nəticə gözləmir. Bu da futbolçulara təzyiq yaradır. Amma bunu mən hər zaman normal qarşılamışam. Belə olduğu halda, istər bizim, istərsə də futbolçuların məsuliyyəti daha da artır. Belə tələblər çox olur. Bu da futbolun yazılmayan qanunlarından biridir. İnanıram, bunu biz təyziq kimi yox, motivasiya kimi qəbul edərik ki, oyunumuza mənfi təsir etməsin.

- Heyətə yeni cəlb etdiyiniz Rüfət Dadaşov haqda nə deyə bilərsiniz?

- Dediyim kimi, hamı özünü yaxşı tərəfdən göstərir. Sadəcə, problemimiz ondadır ki, vaxtımız çox az oldu. Dadaşov da bizə gec qoşulanlardan biridir. Cəmi bir məşq artıq edib. İstədiyimiz məşqləri tam olaraq yerinə yetirə bilmirik ki, onların güclərini bilək. Amma görünən odur ki, Rüfət yenidən milliyə qayıtdığı üçün çox şaddır. İstəyirəm ki, şans verdiyimiz halda, özünü yaxşı tərəfdən göstərməyə çalışsın. Eləcə də digərləri.

- “Qəbələ”dən Cavid Hüseynovu heyətdən çıxarmısınız...

- Cavidin olmaması normaldır. Mən dəfələrlə qeyd etmişəm ki, hər toplanışda yeni futbolçular görə də bilərsiniz, daim olanları görməyə də bilərsiniz. Çünki onların hazırlığını, bütün oyunlarını izləyirik və sonda qərarımızı veririk.

- Oktyabrın 11-də Farer adaları ilə səfərdə, 3 gün sonra isə Malta ilə doğma meydanda qarşılaşacaqsınız. Bu iki oyun arasındakı vaxtın azlığı və yolun uzunluğu nə qədər təhlükə yarada bilər?

- Buna təhlükə deməzdim. Amma həddindən artıq böyük problem olacaq. Bu gün elə 14 saata yaxın yolda olacağıq. Bu, elə də az vaxt deyil. İstər-istəməz futbolçularda yorğunluq yarana bilər. Adaptasiya üçün böyük problem olacaq. Səfərə getmək üçün bir o qədər narahat deyiləm, əksinə, oyundan sonra geri qayıtmağa görə narahatam. Çünki futbolçular oyunda maksimum güclərini ortaya qoyacaqlar. Daha sonra isə bütün gecəni yolda olacağıq. Futbolçuların Malta ilə oyuna tam hazır olmasında böyük problem yaşanacaq. Amma başqa yolumuz yoxdur. Hər bir halda, ən düzünü etməyə çalışacağıq



Çap et | e-mail

     

2019-02-21  MOİK və \"Sumqayıt\"dan qələbə

2019-02-21  AVRO-2021: Millimizin rəqibləri müəyyənləşdi

2019-02-21  PSJ türk futbolçu ilə müqavilə imzaladı

2019-02-21  Aleks \"Fənərbaxça\"ya qayıdır

2019-02-21  Millimizin üzvü Çexiya klubunda

2019-02-21  “Sumqayıt” " “Zirə”: 15-ci duel

2019-02-21  Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

2019-02-21  I divizion: 17-ci turun oyunları eyni saatda

2019-02-21  \"Real\" Beyli satır

2019-02-21  Premyer Liqamızda 19-cu turun oyun cədvəli açıqlandı

2019-02-21  Premyer Liqamızda 17-ci turun ən yaxşı futbolçusu

2019-02-21  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2019-02-21  Premyer Liqamızda 17-ci turun rəmzi komandası

2019-02-21  Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

2019-02-21  ÇL: \"Atletiko Madrid\" və \"Mançester Siti\" qalib gəldi

2019-02-20  Avroliqada ilk 1/8 finalçı komanda müəyyənləşdi

2019-02-20  \"Qəbələ\" - \"Keşlə\": 48-ci duel

2019-02-20  \"Qarabağ\" \"Sabah\"la oyunun hazırlıqlarına başladı

2019-02-20  Emil Balayevdən möhtəşəm qurtarışlar - VİDEO

2019-02-20  \"Benfika\" baş məşqçisi ilə müqavilə yenilədi

Bütün xəbərlər
 
Bu gün
17:27  MOİK və "Sumqayıt"dan qələbə
17:12  AVRO-2021: Millimizin rəqibləri müəyyənləşdi
16:17  PSJ türk futbolçu ilə müqavilə imzaladı
15:41  Aleks "Fənərbaxça"ya qayıdır
15:20  Millimizin üzvü Çexiya klubunda
15:01  “Sumqayıt” " “Zirə”: 15-ci duel
14:34  Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
14:15  I divizion: 17-ci turun oyunları eyni saatda
14:02  "Real" Beyli satır
13:46  Premyer Liqamızda 19-cu turun oyun cədvəli açıqlandı
13:22  Premyer Liqamızda 17-ci turun ən yaxşı futbolçusu
13:08  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:46  Premyer Liqamızda 17-ci turun rəmzi komandası
12:16  Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
02:02  ÇL: "Atletiko Madrid" və "Mançester Siti" qalib gəldi
20 fevral 2019
23:35  Avroliqada ilk 1/8 finalçı komanda müəyyənləşdi
23:17  "Qəbələ" - "Keşlə": 48-ci duel
22:45  "Qarabağ" "Sabah"la oyunun hazırlıqlarına başladı
19:07  Emil Balayevdən möhtəşəm qurtarışlar - VİDEO
18:48  "Benfika" baş məşqçisi ilə müqavilə yenilədi
18:20  “Qarabağ”a qol vuran futbolçu Paşayevlə eyni klubda
18:05  Klublar Komitəsinə seçkinin vaxtı açıqlandı
17:48  Maluda İsveçrə klubunda
17:20  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.