AZ | EN | RU


Cüdo >>
Bakıdakı cüdo üzrə dünya çempionatında Koreya vahid komanda kimi çıxış edəcək - RƏSMİ
19 sentyabr 2018   15:30

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkatma mərasimi təşkil olunub.

Olimpiya.az xəbər verir ki, “Hilton Hotel”də baş tutan tədbirə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, təşkilatın baş katibi Elmar Babanlı, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri qatılıblar.

Əvvələcə IJF-nin Bakıda təşkil olunacaq yarışla bağlı hazırladığı tanıtım videoçarxı təqdim olunub. Daha sonra qonaqları salamlayan M.Vizer gözəl təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına (ACF) təşəkkür edib. “Ən yaxşı və güclü olan qalib gəlsin! İdmançılara uğurlar arzulayıram” deyən ali cüdo qurumunun rəhbəri yarışa marağın böyük olduğunu və Bakıda ən yaxşı dünya çempionatlarından birinin keçiriləcəyinə əminliyini vurğulayıb.

S.Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə edib: “Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-in prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir”.

E.Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün tək yarış yox, həm də tarix olduğunu söyləyib. O, mundial iştirakçılarına uğurlar arzulayıb.

Ardınca kompyuter vasitəsi ilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atılıb. Püşk zamanı hər çəki dərəcəsində reytinqdə ilk “8-lik”də yer alan idmançılar fərqli qruplara paylanıblar. Rəqiblər isə avtomatik olaraq müəyyənləşib. Kişilər 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq, qadınlar isə 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq çəki dərəcələri üzrə mübarizə aparacaqlar.

Püşkə əsasən, qarışıq komanda yarışlarında 19 ölkə mübarizə aparacaq. Azərbaycanın ilk rəqibi Avstriya yığması olacaq. Milli bu rəqibi üstələyərsə, növbəti raundda Yaponiya - Monqolustan cütünün qalibi ilə qarşılaşacaq. Bundan başqa, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası vahid komanda kimi mübarizə aparacaq. Bu, fərdi yarışlara şamil olunmayacaq.



Çap et | e-mail

     

2019-02-17  Yeniyetmə cüdoçularımız İspaniya turnirinə uğurla başladılar

2019-02-17  Azərbaycan cüdoçusu Romada qızıl medal qazanıb

2019-02-10  Azərbaycanlı cüdoçularımız Parisdə 1 gümüş və 1 bürünc medal qazanıb

2019-01-24  Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışına başlayır

2018-12-30  Azərbaycan cüdosu 2018-ci ildə - VİDEO

2018-12-28  Azərbaycan Cüdo Federasiyasının hesabat yığıncağı keçirilib

2018-12-15  Rüstəm Orucov Çində keçirilən mötəbər yarışın qalibi olub

2018-12-10  Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilib

2018-11-22  Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

2018-11-19  Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik təşkil olunub

2018-11-11  3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

2018-11-08  Cüdo üzrə region birinciliyinə bu dəfə Xaçmaz ev sahibliyi etdi

2018-11-05  Oğuzda cüdo üzrə region yarışlarına start verilib

2018-11-04  Azərbaycan cüdoçusu erməni rəqibinə qalib gələrək gümüş medal qazanıb

2018-11-02  Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

2018-10-31  İmişlidə keçirilən bölgə birinciliyinə yekun vuruldu

2018-10-29  Region birincilikləri İmişlidə davam edir

2018-10-29  Milli cüdoçularımız Abu-Dabidə 3 medal qazandıb

2018-10-28  28 oktyabr - Dünya Cüdo Günü

2018-10-27  Ağcabədidə Aran-Qarabağ bölgə birincilyi keçirilir

Bütün xəbərlər
 
Bu gün
17:27  MOİK və "Sumqayıt"dan qələbə
17:12  AVRO-2021: Millimizin rəqibləri müəyyənləşdi
16:17  PSJ türk futbolçu ilə müqavilə imzaladı
15:41  Aleks "Fənərbaxça"ya qayıdır
15:20  Millimizin üzvü Çexiya klubunda
15:01  “Sumqayıt” " “Zirə”: 15-ci duel
14:34  Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
14:15  I divizion: 17-ci turun oyunları eyni saatda
14:02  "Real" Beyli satır
13:46  Premyer Liqamızda 19-cu turun oyun cədvəli açıqlandı
13:22  Premyer Liqamızda 17-ci turun ən yaxşı futbolçusu
13:08  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:46  Premyer Liqamızda 17-ci turun rəmzi komandası
12:16  Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
02:02  ÇL: "Atletiko Madrid" və "Mançester Siti" qalib gəldi
20 fevral 2019
23:35  Avroliqada ilk 1/8 finalçı komanda müəyyənləşdi
23:17  "Qəbələ" - "Keşlə": 48-ci duel
22:45  "Qarabağ" "Sabah"la oyunun hazırlıqlarına başladı
19:07  Emil Balayevdən möhtəşəm qurtarışlar - VİDEO
18:48  "Benfika" baş məşqçisi ilə müqavilə yenilədi
18:20  “Qarabağ”a qol vuran futbolçu Paşayevlə eyni klubda
18:05  Klublar Komitəsinə seçkinin vaxtı açıqlandı
17:48  Maluda İsveçrə klubunda
17:20  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.