AZ | EN | RU


Futbol >>
"Sportinq" - "Qarabağ" görüşü ilə bağlı statistik məlumatlar açıqlandı
14 sentyabr 2018   13:01

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ” komandasının Portuqaliyada “Sportinq”ə qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.

Olimpiya.az xəbər verir ki, yazıda sentyabrın 20-də Lissabondakı “Joze Alvalade” stadionunda baş tutacaq görüşün Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşəcəyi vurğulanıb. Bildirilir ki, “Sportinq” 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan “Qarabağ” isə qrupa düşənə qədər 8 oyun keçirib.

“Sportinq”

- “Sportinq” 2017/18 mövsümündə Portuqaliya çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında “Aviş”ə uduzub - 1:2.

- Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri - 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. Burada isə İspaniya təmsilçisi “Atletik”lə bacarmayıb - 2:1, 1:3. “Şirlər”in yolunu ötən mövsümdə də İspaniya klubu - bu dəfə “Atletiko” kəsib - 0:2, 1:0.

- “Sportinq” Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. Komanda 2015/2016 mövsümündə Rusiya “Lokomotiv”inə 1:3 hesabı ilə yenilib. Portuqaliya təmsilçisi Avropa Liqasında evdə keçirdiyi oyunlardan 10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.

“Qarabağ”

- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib - 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.

- Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. “Qarabağ” Ukraynanın “Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.

- “Qarabağ” cari avrokubok mövsümündə səfərdə yalnız 2 qol vursa da, yalnız “Şerif”ə uduzub.

Komandalar arasında əlaqə

- “Qarabağ”ın futbolçusu Simeon Slavçev 2014 - 2018-ci illərdə müqavilə üzrə “Sportinq”ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasına qarşı oyun keçirməyib və əsasən icarəyə verilib.

- “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak kapitanı olduğu “Legia”nın heyətində “Sportinq”ə qarşı yarısı 1/16 finalda (2011/2012), yarısı isə qrup mərhələsində (2016/2017) olmaqla, 4 oyuna çıxıb.

- “Sportinq”in hücumçusu Lük Kastanyos Hollandiyanın “Tvente” komandasının heyətində “Qarabağ”a qarşı oynayıb. Hollandiyalı forvard Avropa Liqasının 2014/2015 mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıb və evdə qolsuz heç-heçə edən “köhlən atlar” ilk dəfə qrupa düşüblər.

Baş məşqçilər

- 2004/2005 mövsümündə “Sportinq”i UEFA Kubokunun finalına çıxaran Joze Pezeyru bu ilin yayından yenidən komandanın sükanı arxasına keçib. 58 yaşlı portuqaliyalı mütəxəssis İspaniyanın “Real Madrid” komandasında sabiq baş məşqçi Karluş Keyruşun köməkçisi olub, Avropanın və Yaxın Şərqin bir sıra komandasına rəhbərlik edib. Həmçinin, o, Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi olub. Pezeyru sonuncu dəfə 2016/2017 mövsümündə “Braqa”da işləyib.

- Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. O, 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.



Çap et | e-mail

     

2018-09-19  Berluskoni İtaliyada yeni klub alıb

2018-09-19  \"Zirə\"nin \"Neftçi\" ilə 13-cü dueli

2018-09-19  \"Liverpool yüksək təzyiqlə oynayırdı\" - PSJ-nin futbolçusu

2018-09-19  Ronaldo baş məşqçinin müqaviləsini yeniləyib

2018-09-19  \"Arsenal\"ın iki futbolçusunun \"Qarabağ\"la matçda oynamayacağı dəqiqləşib

2018-09-19  Rəşad Sadıqov zədəsi ilə bağlı açıqlama verdi

2018-09-19  \"Qarabağ\"ın rəqibi mükafatlandırılacaq

2018-09-19  Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

2018-09-19  \"Sportinq\"in hücumçusu \"Qarabağ\"a qarşı oynamayacaq

2018-09-19  \"Qarabağ\" bir çox kluba problem yaradıb\" - \"Sportinq\"in futbolçusu

2018-09-19  \"Qarabağ\"ın futbolçusu \"Sportinq\"ə qarşı oynamayacaq

2018-09-19  Millimiz seçmə mərhələdə ilk oyununa çıxır

2018-09-19  \"Liverpul\"un futbolçusu üçün əlamətdar gün

2018-09-19  Çempionlar Liqasında gecənin nəticələri

2018-09-19  Kasilyas dünya futbolunun tarixinə düşdü

2018-09-19  \"İnter\" son dəqiqələrdə qələbə qazandı - VİDEO

2018-09-19  \"Barselona\" PSV-ni darmadağın etdi - VİDEO

2018-09-18  “Neftçi” “Zirə\" ilə oyun üçün hazırlığa başladı

2018-09-18  Yığmamız böyük hesabla uduzdu - 0:7

2018-09-18  Duqlas Kostaya 4 oyunluq cəza

Bütün xəbərlər
 
19 sentyabr 2018
16:40  Berluskoni İtaliyada yeni klub alıb
16:29  "Zirə"nin "Neftçi" ilə 13-cü dueli
15:46  "Liverpool yüksək təzyiqlə oynayırdı" - PSJ-nin futbolçusu
15:37  Ronaldo baş məşqçinin müqaviləsini yeniləyib
15:30  Bakıdakı cüdo üzrə dünya çempionatında Koreya vahid komanda kimi çıxış edəcək - RƏSMİ
15:08  "Arsenal"ın iki futbolçusunun "Qarabağ"la matçda oynamayacağı dəqiqləşib
14:47  Rəşad Sadıqov zədəsi ilə bağlı açıqlama verdi
14:24  "Qarabağ"ın rəqibi mükafatlandırılacaq
13:58  Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
13:50  Dünya çempionatını 190-dan çox ölkə yayımlayacaq
13:32  "Sportinq"in hücumçusu "Qarabağ"a qarşı oynamayacaq
13:25  "Qarabağ" bir çox kluba problem yaradıb" - "Sportinq"in futbolçusu
12:22  "Qarabağ"ın futbolçusu "Sportinq"ə qarşı oynamayacaq
11:21  Millimiz seçmə mərhələdə ilk oyununa çıxır
02:11  "Liverpul"un futbolçusu üçün əlamətdar gün
01:35  Çempionlar Liqasında gecənin nəticələri
01:31  Kasilyas dünya futbolunun tarixinə düşdü
00:55  "İnter" son dəqiqələrdə qələbə qazandı - VİDEO
00:38  "Barselona" PSV-ni darmadağın etdi - VİDEO
18 sentyabr 2018
23:21  “Neftçi” “Zirə" ilə oyun üçün hazırlığa başladı
22:32  Yığmamız böyük hesabla uduzdu - 0:7
21:45  Duqlas Kostaya 4 oyunluq cəza
21:23  I Divizionda 4-cü turun hakim təyinatları açıqlandı
21:01  "Qarabağ" Portuqaliyada
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.