AZ | EN | RU


Futbol >>
"Millətlər Liqasında bizdən güclü komanda var?" - Kosovonun baş məşqçisi
14 sentyabr 2018   12:41

“Uşaqlara D Liqasındakı bütün komandaların adlarını dedim və soruşdum: aşkar şəkildə bizdən güclü komanda var? Onların cavabı aydın idi”.

Olimpiya.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi Bernard Şalland “Blick” nəşrinə açıqlamasında deyib. 57 yaşlı mütəxəssis komandasının 3-cü qrupda 4 xalla liderliyi ələ almasından sonra iddialı danışıb: “Gürcüstan və Belarus kimi komandalar güclüdürlər, bizdən çox təcrübəyə malikdirlər. Biz yeriməyi yeni öyrənən və arada yıxılan iki yaşlı uşağıq. Amma aşkar şəkildə bizdən güclüsü yoxdur. Millətlər Liqasının qrup mərhələsindən sonra AVRO-2020-nin seçmə oyunları başlayır. Adətən, orada şansımız olmur. Bu, o deməkdir ki, seçmə mərhələ matçları Millətlər Liqasının final mərhələsinə hazırlıq baxımından ideal olar”.

Şallandın sözlərinə görə, artıq ev oyunlarını Albaniyada deyil, Kosovoda keçirmələri komandası üçün mühüm amildir: “Kosovoda böyük eyforiya var. İnsanlar Avropa çempionu ola biləcəyimizi fikirləşirlər. Priştinada Farer adalarını 2:0 hesabı ilə məğlub etdik. Stadionumuzun təmir olunması və artıq ev oyunlarımızı Albaniyada deyil, burada keçirməyimiz bizim üçün çox mühümdür. Həmçinin, indi uyğun məşq meydançamız var və Mitrovitsaya getmək üçün 40 km məsafəni qət etməyə gərək yoxdur. İlk oyunlarımızı Fransa və Almaniya kimi komandalara qarşı keçirməməyimiz yaxşı haldır. DÇ-2018-in təsnifat mərhələsində Kosovo yığması 24 qol buraxıb”.

Baş məşqçi İsveçrənin “Sürix” komandasının formasını geyinən albaniyalı Mirlind Kryeziunun milliləşdirilməsinə də toxunub: “İsveçrə Futbol Federasiyasının prezidenti Piter Gillironla danışdım və onunla tez ümumi dil tapdıq. Əlbəttə, Kryeziunun adı siyahımda var. İstənilən oyunçu ilə danışa bilərəm. Amma mənim üçün əsas məsələ futbolçunun nə istəməsidir”.

Qeyd edək ki, Kosovo yığması Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçə edəndən sonra Priştinada Farer adalarını məğlub edib - 2:0. Səfərdə Malta kollektivi ilə də heç-heçə edən (1:1) Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə 2 xalla 3-cü yerdədir.



Çap et | e-mail

     

2019-01-22  \"Xəyallarım reallaşdı\" - Boatenq

2019-01-22  Ronaldo 18,8 milyon avro cərimə ödəyəcək

2019-01-22  \"Sabah\"ın oyununda 8 qol

2019-01-22  \"Zirə\" Macarıstan klubunu məğlub etdi

2019-01-22  \"Sumqayıt\" \"Vardar\"a qalib gəldi

2019-01-22  \"Başakşəhər\"dən növbəti transfer - rəsmi

2019-01-22  \"Qarabağ\" - \"Şaxtyor\" oyununun başlama saatı açıqlandı

2019-01-22  \"Düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik” - Millimizin baş məşqçisi

2019-01-22  Üçüncü Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təklif edildi

2019-01-22  Milli komandamız Rusiya klubu ilə heç-heçə etdi

2019-01-22  \"Neftçi\" ilə razılıq əldə olunmayıb\" - yunanıstanlı futbolçu

2019-01-22  Argentinalı futbolçunu aparan təyyarə yoxa çıxıb

2019-01-22  \"Neftçi\" və \"Bursaspor\" arasında əməkdaşlıq

2019-01-22  Millidə baş məşqçi istefası

2019-01-22  Adı millimizlə hallanan bolqarıstanlı baş məşqçidən AÇIQLAMA

2019-01-22  Sxadadzenin müqaviləsi uzadıldı

2019-01-22  \"Sumqayıt\" Makedoniya klubuna qarşı

2019-01-22  \"Qarabağ\"ın yağışlı havada məşqi - VİDEO

2019-01-22  \"Zirə\" Macarıstan klubuna qarşı

2019-01-22  \"Sabah\" Antalyada son oyununa çıxır

Bütün xəbərlər
 
22 yanvar 2019
19:11  "Xəyallarım reallaşdı" - Boatenq
19:03  Ronaldo 18,8 milyon avro cərimə ödəyəcək
18:38  "Sabah"ın oyununda 8 qol
18:34  "Zirə" Macarıstan klubunu məğlub etdi
18:11  "Sumqayıt" "Vardar"a qalib gəldi
17:44  "Başakşəhər"dən növbəti transfer - rəsmi
17:27  "Qarabağ" - "Şaxtyor" oyununun başlama saatı açıqlandı
17:15  "Düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik” - Millimizin baş məşqçisi
16:52  Üçüncü Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təklif edildi
16:36  Milli komandamız Rusiya klubu ilə heç-heçə etdi
16:12  "Neftçi" ilə razılıq əldə olunmayıb" - yunanıstanlı futbolçu
14:24  Argentinalı futbolçunu aparan təyyarə yoxa çıxıb
13:55  "Neftçi" və "Bursaspor" arasında əməkdaşlıq
13:34  Millidə baş məşqçi istefası
13:20  Adı millimizlə hallanan bolqarıstanlı baş məşqçidən AÇIQLAMA
13:04  Sxadadzenin müqaviləsi uzadıldı
12:52  "Sumqayıt" Makedoniya klubuna qarşı
12:35  "Qarabağ"ın yağışlı havada məşqi - VİDEO
12:13  "Zirə" Macarıstan klubuna qarşı
11:49  "Sabah" Antalyada son oyununa çıxır
11:25  "Mançester Yunayted"də yeni müqavilə
01:35  "Barselona" yeni transferini açıqladı - rəsmi
00:23  "Sumqayıt"ın Antalyada 9-cu günü - VİDEO
00:12  "Neftçi" Kvame Karikarini icarəyə verdi - rəsmi
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.