
“Real”ın futbolçusu Qaret Beyl Madrid klubunda ötən ayın ən yaxşı futbolçusu seçilib.
Olimpiya.az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, azarkeşlər tərəfindən seçilən uelsli futbolçu bu gün “Real”ın bazasında mükafatlandırılıb.
Qeyd edək ki, Beyl bu mövsüm La Liqada 3 oyuna 3 qool vurub, 1 məhsuldar ötürmə edib.