AZ | EN | RU


Cüdo >>
"Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm" - Hacı Əliyev
07 sentyabr 2018   15:55

"Hazırlığımız davam edir. Bu, il ərzində yeddinci təlim-məşq toplanışımızdır. Qarşıda bizi Belarusun paytaxtı Minskdə beynəlxalq turnir gözləyir".

Olimpiya.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirəsinə həsr edilən Qran Pri ərəfəsində deyib.

Üçqat dünya çempionu əsas hədəfinin 22 - 28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı olduğunu vurğulayıb: "Oktyabr ayının sonlarında dünya çempionatında iştirak edəcəyik. Yaxşı hazırlaşıram və dördüncü dəfə dünya çempionu olmaq istəyirəm. Əvvəl 61 kq çəki dərəcəsində çıxış edirdim. İndi isə 65 kq-da mübarizə aparacağam. Bu çəki dərəcəsində isə təzə və güclü rəqiblər var. Mən onların çəkisinə qalxmışam. Dünya çempionatında çətinlik olacaq. Amma əlimdən gələni edəcəyəm ki, bu dəfə də qızıl medal qazanım".

28 yaşlı idmançı Avropa çempionatının finalında məğlub olduğu rusiyalı idmançı İlyas Bekbulatovla bu il qarşılaşmaq ehtimalı barədə də danışıb: "Hazırda o, Rusiya yığması ilə birgə Polşada yarışdadır. Dünya çempionatında iştirak edəcək idmançıları seçirlər. Hansı idmançının mundiala qatılacağı 1-2 gün ərzində müəyyənləşəcək. Mənim üçün heç bir fərqi yoxdur. Əslində bütün Rusiya idmançıları güclüdür. Hansı rəqib olur-olsun hazırlığımı yüksək səviyyədə keçirirəm. Həmin idmançı ilə qarşılaşsam, ona qalib gəlməyə çalışacağam".

İkiqat Avropa çempionu Bakıda birlikdə təlim-məşq toplanışında olduqları Türkiyə idmançılarından fəndlərini gizlətmədiyini söyləyib: "Məşq vaxtı əsas lazım olan fəndləri işlətmək lazımdır ki, yarışlarda rahat olasan. Mənə elə gəlir ki, rəqiblər fəndləri görsələr də, fərq eləmir. Bütün görüşləri izləyirlər. Çalışıram ki, tətbiq etdiyim fəndləri daha da sürətli edim və qarşımı almaq çətin olsun".

Qeyd edək ki, Minskdəki turnir 14 - 16 sentyabrda təşkil olunacaq.



Çap et | e-mail

     

2018-11-19  Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik təşkil olunub

2018-11-11  3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

2018-11-08  Cüdo üzrə region birinciliyinə bu dəfə Xaçmaz ev sahibliyi etdi

2018-11-05  Oğuzda cüdo üzrə region yarışlarına start verilib

2018-11-04  Azərbaycan cüdoçusu erməni rəqibinə qalib gələrək gümüş medal qazanıb

2018-11-02  Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

2018-10-31  İmişlidə keçirilən bölgə birinciliyinə yekun vuruldu

2018-10-29  Region birincilikləri İmişlidə davam edir

2018-10-29  Milli cüdoçularımız Abu-Dabidə 3 medal qazandıb

2018-10-28  28 oktyabr - Dünya Cüdo Günü

2018-10-27  Ağcabədidə Aran-Qarabağ bölgə birincilyi keçirilir

2018-10-26  Paytaxt çempionatına yekun vuruldu

2018-10-25  Bakı çempionatına start verildi

2018-10-25  \"CÜDO TV\" təqdim edir: Veteran cüdoçularımız vətəndə - VİDEO

2018-10-24  Azərbaycan Cüdo Federasiyasının region birinciliklərinə start verildi

2018-10-24  Dünya çempionatında böyük uğura imza atmış veteran cüdoçularımız vətənə qayıdıblar

2018-10-24  \"CÜDO TV\" təqdim edir: Gənc cüdoçularımızın uğuru - VİDEO

2018-10-23  Cüdo üzrə milli komandamız Bakıya qayıdıb

2018-10-19  Dünya çempionatında usta cüdoçularımızdan daha 3 medal

2018-10-18  Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu

Bütün xəbərlər
 
Bu gün
22:32  Kosovo - Azərbaycan: start heyətlər
22:01  "Real"dan qapıçısına yeni müqavilə
21:46  "Milan"dan İbrahimoviç açıqlaması
21:22  Milli komandamızın məşqçisi qələbədən danışdı
19:10  “Sumqayıt” “Zirə” ilə oyunun hazırlıqlarına başladı
18:55  U-19 millimizdən qələbə 
18:35  Ruslan Abışov məşqlərə başladı
18:21  Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
18:07  “Beşiktaş” klubunda ciddi itki " derbini buraxacaq
17:50  "Bavariya"dan rekord gəlir - 657 milyon avro
17:36  “Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı
17:13  "Milan" İbrahimoviçin agenti ilə görüşdü
16:50  Çeferindən Superliqa açıqlaması: "Bu, kimlərinsə uydurmasıdır"
14:51  PSJ-li futbolçu "Barselona"da oynamaq istəyir
14:33  "Millətlər Liqasının qalibi olmaq istərdik"
14:15  Müller 100-ə çatdı
13:50  U-19 millimiz qrupda son oyununa çıxır
13:31  Millimizin pley-offdakı potensial rəqibi bilindi
13:16  Poqba "Yuventus"a keçir?
13:06  "Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır" - Elxan Məmmədov
12:56  Hollandiyanın mərhələ adladan heç-heçəsi - VİDEO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:33  Birinci divizionda hakim təyinatları açıqladı
12:16  "Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil" - Lukaşenko
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.