AZ | EN | RU


Şahmat >>
"Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər aldım" - Şəhriyar Məmmədyarov
28 avqust 2018   10:25

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sponsorunun olmadığına dair sosial şəbəkədə yazdığı fikirlərə aydınlıq gətirib.

Olimpiya.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster şəxsi "Facebook" hesabı vasitəsilə ötən gün verdiyi açıqlamasına siyasi don geyindirildiyini bildirib.

"Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm. Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və Vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəyəm" yazan Məmmədyarov məsələyə aydınlıq gətirib. O deyib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb:

"Bu məbləğ yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir. Həmçinin, milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm".

Məmmədyarov bildirib ki, şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib vermək və s. xərcləri öz hesabına ödədiyindən, məcburən çoxsaylı turnirlərə qatılmalı olur. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır:

"Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var. Mənimlə bərabər turnirlərdə mübarizə aparan və daha aşağı reytinqə malik şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlardan dəstək alırlar. Mən isə burada özümün və komandamın yeməyini belə şəxsi hesabıma ödəyirəm".

Təcrübəli şahmatçı fikirlərinin hansısa maddi qazanc daşımadığını və hər bir peşəkar idmançı kimi nəyə qadir və layiq olduğunu çox gözəl anladığını vurğulayıb:

"Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində "20-liy"ə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdir: Menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər. Bu tərkibdə komandanın saxlanılması isə sözsüz ki, külli miqdarda vəsait tələb edir. Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır".

Sonda Məmmədyarov ABŞ-da iştirak etdiyi "Sinquefield Cup" turnirindəki çıxışını dəyərləndirib:

"Turnirlər zamanı mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu yarışda reytinqimi bir qədər də qaldırdım və 9 oyunda məğlub olmadım! Çox sağ olun"!

Şəhriyar Məmmədyarov "Sinquefield Cup"da 9 oyundan 1 qələbə, 8 heç-heçə və ümumilikdə 5 xalla 4-cü yeri tutub.



Çap et | e-mail

     

2018-10-13  Azərbaycan Avropa çempionatına darmadağınla start verdi

2018-10-04  Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb

2018-08-27  \"Mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur\" - Şəhriyar Məmmədyarov

2018-08-22  Məmmədyarov ermənistanlı şahmatçı ilə heç-heçə edib

2018-08-21  Məmmədyarov ABŞ-da Aronyanla görüşəcək

2018-08-19  Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başlayıb

2018-08-16  Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

2018-08-09  Azərbaycan Riqada keçirilən şahmat festivalında

2018-08-03  Şəhriyar Məmmədyarova mükafat təqdim olundu

2018-08-01  Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu

2018-07-31  Şahmatçılarımız dünya reytinq sıralamasında - FİDE

2018-07-13  FİDE prezidenti günahlarının qurbanı oldu

2017-06-12  Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

2017-05-31  Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

2017-05-01  Azərbaycanlı şahmatçı dünya çempionu ilə bərabərləşdi

2017-04-25  Azərbaycan şahmatçıları dünya çempionatında uğurla çıxış edirlər

2017-04-21  FİDE prezidenti: \"Şəmkir Azərbaycanın Linaresidir\"

2017-03-01  Teymur Rəcəbov 26-cı sıraya düşdü

2017-01-31  Şəhriyar Məmmədyarov hamıdan öndə

2017-01-09  Şahmatçımız turnirin qalibi oldu

Bütün xəbərlər
 
25 mart 2019
23:45  Türkiyə Moldovanı darmadağın etdi - VİDEO
23:17  "Bütün rəqiblər bizdən birbaş üstündür" - Təmkin Xəlilzadə
22:48  "Bunu məndən yox, Qurban Qurbanovdan soruşun" - Eddi İsrafilov
22:34  "Ümumi götürdükdə rəqibdən güclü idik" - Yurçeviç
19:52  Millimiz Litvayla heç-heçə etdi - YENİLƏNİB
19:25  "Qəbələ" "Sumqayıt"ı məğlub etdi
17:23  Azərbaycan - Litva: start heyətlər
16:36  "Qarabağ"da ciddi itki
16:20  Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib
15:45  "Qarabağ" "Zirə"yə belə qalib gəldi - VİDEO
14:33  "Azərbaycanı uda bilməsək, bu qələbənin heç bir önəmi qalmayacaq" - Baş məşqçi
12:06  "İlk xəbərdarlığı Azərbaycanla oyunda almışdıq" - Modriç
11:52  Hollandiya - Almaniya matçında 5 qol - VİDEO
11:36  "Bütün rəqiblər bizə qarşı güclərini 200 faiz qoyurlar" - Zlatko Daliç
11:16  AÇ-2020-nin maskotu təqdim olundu
10:28  Əliyar Ağayevdən 5 sarı vərəqə
24 mart 2019
21:35  "Litva yaxşı komandadır, ancaq favorit bizik" - Ramil Şeydayev
21:03  "Litva yaxşı komandadır, amma Xorvatiya deyil" - Yurçeviç
09:45  "Keşlə" divizion klubuna qalib gəldi
09:30  İtaliya seçmə mərhələyə qələbə ilə başladı - VİDEO
09:08  AÇ-2020-də 2-ci tura start verilir
08:14  Ramos İspaniyaya qələbə qazandırdı - VİDEO
23 mart 2019
22:46  İngiltərə millisində itki
22:24  Esyen "Səbail"də ilk oyununa çıxdı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.