AZ | EN | RU


Şahmat >>
"Mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur" - Şəhriyar Məmmədyarov
27 avqust 2018   12:20

“Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək, az oynayıb, özümdə güc saxlayım”.

Olimpiya.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “facebook” səhifəsində yazıb.

Hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşan 33 yaşlı qrossmeyster sponsorunun olmamasında şikayətlənib. O, qazanc məqsədi ilə çoxlu sayda oyun keçirmək məcburiyyətində qaldığını yazıb: “Əlbəttə, bu qədər ard-arda oynamaq biabırçılıqdır. Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm - bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq”.

Qeyd edək ki, "Sinquefield Cup" turnirində 8 turdan sonra 5 xal toplayan Fabiano Karuana liderdir. Rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Şəhriyar Məmmədyarov, ermənistanlı Levon Aronyan və norveçli Maqnus Karlsen 2 - 5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri hərəyə 4 xalla fransalı Maksim Vaşyö-Laqrav və hindistanlı Vişvanatan Anand tutur. Ardınca 3,5 xalla ABŞ təmsilçisi Uesli So və 3 xalla Hikaru Nakamura qərarlaşıb. Rusiyalı Sergey Karyakin isə 2,5 xalla sonuncudur. Avqustun 27-də başa çatacaq "Sinquefield Cup" turnirinin qalibi 75 min dollar qazanacaq. Ümumi mükafat fondu isə 300 min dollardır.



Çap et | e-mail

     

2018-10-13  Azərbaycan Avropa çempionatına darmadağınla start verdi

2018-10-04  Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb

2018-08-28  \"Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər aldım\" - Şəhriyar Məmmədyarov

2018-08-22  Məmmədyarov ermənistanlı şahmatçı ilə heç-heçə edib

2018-08-21  Məmmədyarov ABŞ-da Aronyanla görüşəcək

2018-08-19  Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başlayıb

2018-08-16  Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

2018-08-09  Azərbaycan Riqada keçirilən şahmat festivalında

2018-08-03  Şəhriyar Məmmədyarova mükafat təqdim olundu

2018-08-01  Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu

2018-07-31  Şahmatçılarımız dünya reytinq sıralamasında - FİDE

2018-07-13  FİDE prezidenti günahlarının qurbanı oldu

2017-06-12  Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

2017-05-31  Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

2017-05-01  Azərbaycanlı şahmatçı dünya çempionu ilə bərabərləşdi

2017-04-25  Azərbaycan şahmatçıları dünya çempionatında uğurla çıxış edirlər

2017-04-21  FİDE prezidenti: \"Şəmkir Azərbaycanın Linaresidir\"

2017-03-01  Teymur Rəcəbov 26-cı sıraya düşdü

2017-01-31  Şəhriyar Məmmədyarov hamıdan öndə

2017-01-09  Şahmatçımız turnirin qalibi oldu

Bütün xəbərlər
 
20 noyabr 2018
22:32  Kosovo - Azərbaycan: start heyətlər
22:01  "Real"dan qapıçısına yeni müqavilə
21:46  "Milan"dan İbrahimoviç açıqlaması
21:22  Milli komandamızın məşqçisi qələbədən danışdı
19:10  “Sumqayıt” “Zirə” ilə oyunun hazırlıqlarına başladı
18:55  U-19 millimizdən qələbə 
18:35  Ruslan Abışov məşqlərə başladı
18:21  Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
18:07  “Beşiktaş” klubunda ciddi itki " derbini buraxacaq
17:50  "Bavariya"dan rekord gəlir - 657 milyon avro
17:36  “Fənərbaxça” AFFA-nın sponsoruyla razılaşdı
17:13  "Milan" İbrahimoviçin agenti ilə görüşdü
16:50  Çeferindən Superliqa açıqlaması: "Bu, kimlərinsə uydurmasıdır"
14:51  PSJ-li futbolçu "Barselona"da oynamaq istəyir
14:33  "Millətlər Liqasının qalibi olmaq istərdik"
14:15  Müller 100-ə çatdı
13:50  U-19 millimiz qrupda son oyununa çıxır
13:31  Millimizin pley-offdakı potensial rəqibi bilindi
13:16  Poqba "Yuventus"a keçir?
13:06  "Kosovo ilə oyun millinin tarixində ən vacib qarşılaşmadır" - Elxan Məmmədov
12:56  Hollandiyanın mərhələ adladan heç-heçəsi - VİDEO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:33  Birinci divizionda hakim təyinatları açıqladı
12:16  "Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil" - Lukaşenko
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.