AZ | EN | RU


Futbol >>
“Neftçi” 1-ci yer uğrunda mübarizə aparmalıdı” - Paratski
10 avqust 2018   18:15

“Neftçi”nin yarımmüdafiəçi Qoran Paratski klubun rəsmi saytına müsahibə verib.

Olimpiya.az xəbər verir ki, yeni mövsümün startını səbirsizliklə gözləyən futbolçu Xorvatiya milli komandasının Dünya çempionatında uğuru ilə bağlı sualları da cavablandırıb:

- Sabah yeni mövsüm start götürəcək. İlk oyun öncəsi necə hisslər keçirirsiz?
- Sözün düzü, artıq çempionatın başlanmasını gözləyə bilmirəm. İstəyirəm, tez başlasın. Çox çalışmışıq. Nəhayət, Premyer Liqanın ilk oyununa çıxıb, azarkeşlərimizi sevindirmək istəyirik.

- Hesab etmək olar ki, Avropa Liqasındakı uğursuzluq artıq unudulub?
- Təbii ki, Avroliqa ilə bu qədər tez vidalaşmağı planlaşdırmamışdıq. "Uypeşt” üzərində Bakıdakı qələbədən sonra düşünürdük ki, növbəti mərhələyə keçə bilərik. Deməzdim ki, arxayınlaşmışdıq. Sadəcə, Budapeştdəki gecə bizim gecəmiz deyildi. O oyunu unudub, bütün fikirlərimizi çempionata yönəltmişik. Premyer Liqada uğurlu çıxış üçün köklənmişik.

- "Neftçi”nin əsas hədəfləri nə olmalıdı?
- Hər oyunda meydanda can qoymaq, qələbə üçün vuruşmaq. Birinci yer uğrunda mübarizə aparmalıyıq. Heç bir proqnoz verməyəcəm, gəlin, məqsədlərimizə pillə-pillə çataq.

- İlk turda rəqibiniz olacaq "Sumqayıt” necə təsir bağışlayır?
- Rəqibin bəzi görüşlərinə baxmışıq. Kompakt oynayırlar. Səbrli olmalıyıq və öz oyunumuzu oynamalıyıq.

- Doğma Xorvatiyadan tutmuş ekzotik Yeni Zelandiyaya qədər bir neçə klubda çıxış etmisən. "Neftçi”ni bu komandalardan fərqləndirən əsas amil hansıdı?
- Məncə, azarkeşlər. Onlar komandanı çox sevməklə yanaşı, klubun tarixinə hörmətlə yanaşırlar. "Neftçi” Azərbaycanın ən böyük klubudu. Bunu hər gün hiss edirəm.

- Ötən həftə "Qarabağ”ın Çempionlar Liqasındakı görüşünü stadiondan canlı izləyirdin. Rəqibin oyununa baxırdın, yoxsa həmvətənin Filip Ozobiçi dəstəkləyirdin?
- Biz Filiplə dostuq, vaxtı ilə bir yerdə oynamışıq. Amma əsas məqsədim "Qarabağ”ın oyununu izləmək idi. Çünki "Qarabağ” bizim çempionatda əsas rəqibimizdi. Fürsətdən istifadə edib, rəqibin oyununu seyr etməyə getmişdim. Yeri gəlmişkən, biz "Qarabağ”la qarşılaşanda Ozobiçlə olan dostluğumuz 90 dəqiqə ərzində heç bir əhəmiyyət daşımayacaq.

- Xorvatiya futbolu üçün fantastik bir yay oldu. Milli komandanız Dünya çempionatının finalına yüksəldi. Xorvatiyalı futbolçu olmaq, dünyanın ikinci futbol ölkəsini təmsil etmək necə bir hissdi?
- Mən bu hissi sözlə ifadə edə bilmərəm. Fantastik hissdi. Xorvatiyada futbolu çox sevirlər. Əbəs yerə demirlər ki, Xorvatiyada 4 yüz min məşqçi yaşayır. İstedadlı futbolçularımız da çoxdu.

- Dünya çempionatının finalçılarından kimləri şəxsən tanıyırsız?
- Bir neçə futbolçunu şəxsən tanıyıram, amma İvan Striniçlə daha yaxından tanışam. Onunla Xorvatiyanın U-19 yığma komandasında oynamışıq.



Çap et | e-mail

     

2018-08-16  Premyer Liqa: 2-ci tur rəqəmlərin gözü ilə

2018-08-16  Bu gün UEFA Avropa Liqasında \"Qarabağ\"ın rəqibi müəyyənləşəcək

2018-08-16  Dieqo Kosta tarix yazdı

2018-08-15  \"Barselona\" qalib gələrək kubok qazandı

2018-08-15  \"İnyesta \"Barselona\"ya qayıdacaq\" - Bartomeu

2018-08-15  \"Real\" - \"Atletiko\" Superkubok: START heyətlər

2018-08-15  \"Bu klubun kapitanı olmaq böyük şərəfdir\" - Lionel Messi

2018-08-15  Daha bir oyunçu milli karyerasını başa vurdu

2018-08-15  Orxan Sadıqlı \"Sumqayıt\"da - rəsmi

2018-08-15  \"Çelsi\"nin futbolçusu \"Torino\"da

2018-08-15  \"Sumqayıt\"ın stadionunda son durum - VİDEO

2018-08-15  Xorvatiya yığmasının qolkiperi milli karyerasını başa vurdu

2018-08-15  \"Zirə\" - \"Keşlə\" matçında dəyişiklik

2018-08-15  Çempionlar Liqasının yeni topu təqdim edildi - FOTO

2018-08-15  6 illik azarkeş qadağası ləğv edilir

2018-08-15  \"Barselona\"nın sabiq üzvü İsveçrə klubunda

2018-08-15  \"Atletiko\"lu oyunçu \"Mançester Yunayted\"in təklifini rədd edib

2018-08-15  \"Roma\" oyunçu ilə yollarını ayırdı

2018-08-15  Messi milli karyerası ilə bağlı qərarını verdi

2018-08-15  \"İnter\"də yeni müqavilə

Bütün xəbərlər
 
Bu gün
11:30  Premyer Liqa: 2-ci tur rəqəmlərin gözü ilə
11:25  Bu gün UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi müəyyənləşəcək
11:10  Dieqo Kosta tarix yazdı
15 avqust 2018
23:56  "Barselona" qalib gələrək kubok qazandı
22:45  "İnyesta "Barselona"ya qayıdacaq" - Bartomeu
22:24  "Real" - "Atletiko" Superkubok: START heyətlər
22:15  "Bu klubun kapitanı olmaq böyük şərəfdir" - Lionel Messi
22:00  Daha bir oyunçu milli karyerasını başa vurdu
21:42  Orxan Sadıqlı "Sumqayıt"da - rəsmi
21:29  "Çelsi"nin futbolçusu "Torino"da
17:11  "Sumqayıt"ın stadionunda son durum - VİDEO
17:07  Xorvatiya yığmasının qolkiperi milli karyerasını başa vurdu
16:00  "Zirə" - "Keşlə" matçında dəyişiklik
15:46  Çempionlar Liqasının yeni topu təqdim edildi - FOTO
15:44  6 illik azarkeş qadağası ləğv edilir
12:50  "Barselona"nın sabiq üzvü İsveçrə klubunda
12:35  "Atletiko"lu oyunçu "Mançester Yunayted"in təklifini rədd edib
12:27  "Roma" oyunçu ilə yollarını ayırdı
12:09  Messi milli karyerası ilə bağlı qərarını verdi
11:51  "İnter"də yeni müqavilə
11:19  "Modriç əvvəl-axır İtaliyaya gedəcək"
11:00  "Qarabağ"-ın UEFA-dan əldə edəcəyi qazancı müəyyənləşdi
10:50  "Real" - "Atletiko" Superkubok matçı - hansı kanalda?
10:42  "Artıq bu oyunu unudub, Avroliqanı fikirləşməliyik" - Qurban Qurbanov
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.