AZ | EN | RU


Olimpizm >>
"Bakı 2019" Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edilib - FOTO
21 iyul 2018   16:42

Bu gündən etibarən Bakı şəhərində keçiriləcək 15-ci Yay Avropa Gənclər Olimpiya Festivalının açılış mərasiminə rəsmi geriyə sayım başlayıb.

Olimpiya.az xəbər verir ki, bununla əlaqədar olaraq “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF) Təşkilat Komitəsi tərəfindən “Bakı 2019” AGOF-un rəsmi emblemi təqdim edilib.

“Leo Burnett” adlı brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqayisədə fərqini və milyonlarla insanı bir araya gətirən idman tədbirində “bax və hiss et ” şüarını nümayiş etdirməkdir.

“Bakı 2019” AGOF-un emblemi Bakının irs və mədəniyyətini (“od” və qədim Azərbaycan naxışı olan “buta”-nı), bununla yanaşı, birlik və dostluq konsepsiyalarını birləşdirən möhtəşəm müasir memarlıq nümunələrini (“Alov Qüllələri” və “Heydər Əliyev Mərkəzi”ni) özündə əks etdirir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.

Azərbaycan Respublikasının gənclər və idman naziri və “Bakı 2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov emblem barədə fikirlərini bildirib: “Təqdim etdiyimiz bu emblem Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, eyni zamanda, Avropa Olimpiya hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idmanda qalibiyyət uğrunda mübarizəni əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibiyi edən Azərbaycan, Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı 2019-cu il iyulun 20-dən 28-dək Bakıda baş tutacaq.

 

 

 

 



Çap et | e-mail

     

2019-03-28  Müasir standartlara tam cavab verən 1 yaşlı Bona Dea - VİDEO

2018-10-22  Olimpiadada iştirak etmiş Azərbaycan idmançıları Bakıya qayıdıblar

2018-10-20  Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib

2018-10-18  Azərbaycan idmançıları Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub

2018-10-15  Turan Bayramov olimpiya çempionu oldu

2018-10-13  Atletimiz Olimpiadada gümüş medal qazandı

2018-10-10  2026-cı ildə Qış Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlandı

2018-10-09  Yeniyetmələrin IV Yay Olimpiya Oyunları hansı ölkədə keçiriləcək?

2018-08-08  Keniyalı dünya çempionu vəfat edib

2018-07-30  Olimpiya çempionunun cəsədi tapıldı

2017-06-23  İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

2017-06-09  İdmançısında dopinq tapılan federasiyanın pulu kəsiləcək

2017-06-09  Yay Olimpiya Oyunlarından imtina edirlər

2017-06-08  Sadıq Sadıqov: \"İnsan hər şeydən əvvəl öz işini sevməli, ürəyini qoymalıdır\"

2017-06-05  Çingiz Hüseynzadə: “IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi”

2017-06-02  \"Azərbaycanın Olimpiada keçirmək potensialı var\"

2017-06-01  Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı

2017-05-28  İrland mükafatçıları Rio Olimpiadasının medallarını geri qaytarıblar

2017-05-26  İslam Oyunlarında nə qədər dopinq-test götürülüb?

2017-05-26  Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

Bütün xəbərlər
 
22 aprel 2019
18:14  "Spartak" Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü
17:49  Region Liqasında ilk finalçı müəyyənləşdi
17:16  Marselodan ayrılıq iddialarına cavab
16:39  Azərbaycan Kuboku: yarımfinalı 3 futbolçu buraxacaq
16:11  Modriçin “Real”da yubiley matçı
15:46  Fərid Nəbiyev dubl etdi, komandası 6 qolla qalib gəldi
15:22  Braziliyada da çempion bəlli oldu
15:07  Mbappe tarixə düşdü
14:55  “Tarixin ən yaxşı “Liverpul”u ilə mübarizə aparırıq” - Qvardiola
14:38  34 ildən sonra gələn çempionluq
14:16  İlk dubl və 10-cu qol
13:40  "Bakıda ingilis finalı görmək istərdim" - Aleksandr Səmədov
13:15  Azərbaycan millisinin sabiq üzvü döyüldü
12:32  Yarımfinalın hakimləri bilindi - Azərbaycan kuboku
21 aprel 2019
16:36  Azərbaycan Odessada dördüncü, futbolçusu ən yaxşı oldu
15:16  Baş məşqçi Şeydayevin əvəzləməsindən danışdı
14:53  Tyerri Anrinin yeni klubu
14:23  Bundesliqa klubu baş məşqçi ilə yolları ayırdı
13:56  Zidan transferlərlə bağlı açıqlama verdi
13:23  Ronaldo "Yuventus"da qalacağını bildirib
12:41  Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
20 aprel 2019
18:39  Emil Balayev oynadı, komandası heç-heçə etdi
18:09  "Mançester Siti" "Tottenhem"i məğlub edərək liderliyə yüksəldi - VİDEO
17:36  “Real”da yeni müqavilə - 1.6 milyard avro
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.