AZ | EN | RU


Digər növlər >>
"Gəncə Marafonu - 2017" keçiriləcək
11 avqust 2017   13:35

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də “Gəncə Marafonu - 2017” keçiriləcək.
Olimpiya.az xəbər verir ki, Azərbaycanın qədim tarixə sahib Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
“Gəncə Marafonu - 2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
“Gəncə Marafonu - 2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat avqustun 14-dən sentyabrın 17-dək aşağıdakı ünvanlarda aparılacaq:
1) “Azercell Telekom”un Gəncə şəhərindəki ofislərində
2) “Azercell Telekom”un Bakı şəhərindəki ofislərində
3) Gəncə "ASAN xidmət" mərkəzində
4) Azərbaycan Dövlət Aqrar Universitetində
5) Gəncə Dövlət Universitetində
6) Azərbaycan Dövlət Texnologiya Universitetində
7) Gəncədəki “Gənclər evi”ndə
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etməyəcəklər.
“Gəncə Marafonu - 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 manat, 2-ci yerin qalibi 2 000 manat, 3-cü yerin qalibi isə 1 000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu - 2017”nin rəsmi feysbuk səhifəsi - facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunacaq.
Qeyd edək ki, “Gəncə Marafonu - 2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərəcək. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq, suallarını ünvanlaya bilərlər.
Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 000-dən çox iştirakçı qoşulub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.

 

 

 

 

 



Çap et | e-mail

     

2017-08-17  Tanınmış amerikalı basketbolçu vəfat edib

2017-08-16  Azərbaycanlı hakim avrokubok matçına təyinat aldı

2017-08-15  Ölkə çempionu doğma anasının başını bədənindən ayırdı - FOTO

2017-08-09  Rusiya-Kanada matçında kütləvi dava - VİDEO

2017-08-09  Azərbaycan millisinin sabiq üzvü qəzada öldü

2017-08-08  Atçılığın cıdır növü üzrə \"Böyük Bakı Derbi\" turnirinin qalibi müəyyənləşib

2017-08-08  Elçin Əsədov Ukraynada 3-cü oldu

2017-08-07  Millimiz İtaliya ilə qarşılaşacaq

2017-08-02  Azərbaycanlı məktəblilər erməni idmançıları vaxtından əvvəl məğlub ediblər

2017-07-29  Millimiz dünya reytinqində mövqeyini qorudu

2017-07-25  Olimpiya çempionumuza cinayət işi açıldı

2017-07-25  Bakıda Olimpiya çempionunun maşınla vurduğu qadın öldü

2017-07-25  Tennisçimiz Avropa çempionu oldu

2017-07-20  Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu - VİDEO

2017-07-13  Güllə atıcılığı üzrə respublika çempionatına yekun vuruldu

2017-07-13  18 yaşlı Avropa çempionumuz intihar edib

2017-07-12  Bakıda yeni tennis kortunun açılışı olub

2017-07-12  Paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb

2017-07-11  Yığmamızdan 4 darmadağınlı qələbə

2017-07-10  İkiqat dünya çempionu Gəncədə adam öldürdü

Bütün xəbərlər
 
17 avqust 2017
17:02  "Beşiktaş" "Qalatasaray"lı futbolçunu transfer etmək istəyir
16:35  Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu
16:27  "Qalatasaray"dan "Qəbələ" açıqlaması
16:08  "Real" qol rekordunu yenilədi
15:16  Macarıstanda keçiriləcək dünya çempionatında 17 cüdoçumuz mübarizə aparacaq - VİDEO
15:02  "Qarabağ" rəsmisi "Kopenhagen"in şikayətinə münasibət bildirdi
15:00  "Barselona" Ardanın transfer qiyməti açıqladı
13:46  "9 ildə ilk dəfə "Real"dan zəif olduğumuzu etiraf edirəm"
13:11  "Everton" transfer rekordunu təzələdi
12:31  Tanınmış amerikalı basketbolçu vəfat edib
12:24  Premyer Liqa: 2-ci turun oyun cədvəli
12:00  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:28  "Kəpəz"in ev oyununu keçirəcəyi stadion müəyyənləşdi
11:10  Millimiz Sarayevoda məğlub oldu
11:03  Messi Ramosu təhqir etdi - VİDEO
10:42  "Qəbələ" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib
10:39  Azərbaycanlı futbolçu İsveç liqasında
10:16  "Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi
10:04  İspaniya Super Kubokunu "Real" qazandı - VİDEO
01:20  Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunları başa çatdı
16 avqust 2017
14:02  Azərbaycanlı hakim avrokubok matçına təyinat aldı
13:50  "Tivibuspor"da "Qarabağ"dan danışdılar - VİDEO
13:40  Qızıl medal qazanmış atletimizdə dopinq aşkarlandı
12:20  "İnter" Rauf Əliyevlə bağlı bəyanat yaydı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.