AZ | EN | RU


Futbol >>
"Qarabağ"ın rəqibini yaxından tanıyaq
19 iyun 2017   17:48

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Samtredia” Gürcüstanın ən köklü klublarından biridir.

Samtredia şəhərini təmsil edən klub 1936-cı ildə yaradılıb. “Lokomotiv” kimi yaradılan komanda sonradan “Samtredia”, “Sanavardo”, “Cuba”, “İberiya” adlarını da daşıyıb. 1936-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində debüt edən Samtredia şəhərinin komandası uzun illər bu liqada mübarizə aparıb.

Klubun yüksəliş dövrü Gürcüstanın müstəqillik illərinə təsadüf edib. 1990-cı ildə ilk ölkə çempionatına qatılan komanda yüksək liqada mübarizə aparıb. Əvvəlki 4 mövsümdə ciddi uğuru olmayan samtredialılar 1993/94 mövsümündə 4-cü olub. 1994/95 mövsümündə isə klub tarixində ilk uğur əldə edilib. Komanda Gürcüstan çempionatını 2-ci pillədə başa vurub, gümüş medal qazanmaqla UEFA kubokunda oynamaq hüququna yiyələnib. Avropadakı debüt uğursuz alınıb. Makedoniya “Vardar”ına evdə 0:2, səfərdə 0:1 hesabı ilə məğlub olub.


Ötən əsrin 90-cı illərinin ortalarındakı uğurlardan sonra yenidən çempionatın ortabab, hətta yerini qorumaq üçün mübarizə aparan klublarından birinə çevrilən “Samtredia” 2001-ci ildə yüksək liqanı tərk edir. 2009/10-cu illər mövsümündə “Samtredia” elitaya qayıtsa da, cəmi  2 mövsüm sonra yenidən I Diviziona düşür və 2014/15-ci illərdə yenidən Yüksək Liqaya qayıdır. Klub növbəti uğurunu 2015/16-ci illər mövsümündə qazanıb. Belə ki, komanda tarixində ikinci dəfə gümüş medalların sahibi çıxıb.

“Samtredia” geridə qalan mövsümü tarixində ilk dəfə olaraq çempion kimi tamamlayaraq Çempionlar Liqasına vəsiqəni təmin edib.

“Samtredia” ev oyunlarını 15 min tamaşaçı tutumuna malik Erosi Manjqaladze stadionunda keçirir. “Samtredia”nın fəxri isə klubun öz yetirməsi olan Kaxaber Kaladze sayılır.

Komandanın baş məşqçisi yerli mütəxəssis Qeorqiy Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən “Samtredia”nın heyətində 4 legioner çıxış edir. (2 Ukrayna, 1 Rusiya və 1 Qana).

Hazırda davam edən Gürcüstan çempionatında “Samtredia” 17 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, "Samtredia" ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 hesabı ilə qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzsa da, mərhələ adlayıb.

 

 

 

 



Çap et | e-mail

     

2017-08-18  Premyer Liqa: 2-ci tur rəqəmlərin gözü ilə

2017-08-18  Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi

2017-08-18  \"Qarabağ\"ın oyununa 33 min bilet satılıb

2017-08-18  UEFA \"Legiya\"nın siyasi pankarta görə cəzasını açıqladı

2017-08-18  Azərbaycan reytinqdə mövqeyini qorudu

2017-08-18  \"Qarabağ\" - \"İnter\" oyununa doğru - VİDEO

2017-08-18  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2017-08-18  Millisi Sloveniyaya yenə məğlub oldu

2017-08-18  Küveytli hakimlər Bakı Olimpiya Stadionuna gəlir

2017-08-18  \"Binə\" növbəti transferini reallaşdırdı

2017-08-18  Klublarımız Avropa Liqasından nə qədər qazandı?

2017-08-18  \"Beşiktaş\" Ermənistan yığmasının futbolçusunu satışa çıxarır

2017-08-18  İlin ən yaxşı məşqçisi və futbolçusu adına namizədlər kimlərdir?

2017-08-18  \"Fənərbaxça\" səfərdən məğlub dönür - VİDEO

2017-08-18  UEFA Maksim Medvedyevlə bağlı qərarı açıqladı

2017-08-18  \"Traktor Sazi\" ilk qələbəsinə sevindi

2017-08-17  \"Beşiktaş\" \"Qalatasaray\"lı futbolçunu transfer etmək istəyir

2017-08-17  \"Qalatasaray\"dan \"Qəbələ\" açıqlaması

2017-08-17  \"Real\" qol rekordunu yenilədi

2017-08-17  \"Qarabağ\" rəsmisi \"Kopenhagen\"in şikayətinə münasibət bildirdi

Bütün xəbərlər
 
18 avqust 2017
18:00  Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
17:30  Premyer Liqa: 2-ci tur rəqəmlərin gözü ilə
17:26  Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi
16:11  "Qarabağ"ın oyununa 33 min bilet satılıb
16:00  Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək
14:39  UEFA "Legiya"nın siyasi pankarta görə cəzasını açıqladı
14:15  Azərbaycan reytinqdə mövqeyini qorudu
14:08  "Qarabağ" - "İnter" oyununa doğru - VİDEO
12:20  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:46  Millisi Sloveniyaya yenə məğlub oldu
11:34  Küveytli hakimlər Bakı Olimpiya Stadionuna gəlir
11:18  "Binə" növbəti transferini reallaşdırdı
11:06  Klublarımız Avropa Liqasından nə qədər qazandı?
10:50  "Beşiktaş" Ermənistan yığmasının futbolçusunu satışa çıxarır
09:41  İlin ən yaxşı məşqçisi və futbolçusu adına namizədlər kimlərdir?
09:27  "Fənərbaxça" səfərdən məğlub dönür - VİDEO
09:21  UEFA Maksim Medvedyevlə bağlı qərarı açıqladı
09:16  "Traktor Sazi" ilk qələbəsinə sevindi
17 avqust 2017
17:02  "Beşiktaş" "Qalatasaray"lı futbolçunu transfer etmək istəyir
16:35  Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu
16:27  "Qalatasaray"dan "Qəbələ" açıqlaması
16:08  "Real" qol rekordunu yenilədi
15:16  Macarıstanda keçiriləcək dünya çempionatında 17 cüdoçumuz mübarizə aparacaq - VİDEO
15:02  "Qarabağ" rəsmisi "Kopenhagen"in şikayətinə münasibət bildirdi
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.