AZ | EN | RU


Olimpizm >>
Sadıq Sadıqov: "İnsan hər şeydən əvvəl öz işini sevməli, ürəyini qoymalıdır"
08 iyun 2017   16:47

Azərbaycan idmanında özünəməxsus xidmətləri olan, ölkədə idman və Olimpiya Hərəkatının inkişafında səmərəli fəaliyyət göstərən idman xadimlərimiz kifayət qədərdir. Onlardan biri də Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovdur. Bu insanın müxtəlif illərdə idman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında xeyli çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009-2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra etdiyi dövrlərdə "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

Sadıq Sadıqov “Olimpsport” saytına verdiyi müsahibəsində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi gördüyü işlərdən, cüdonun inkişafı və təbliğindən, eləcə də gələcək planlar barəsində danışdı.


-Sadıq müəllim, sizin adınız gələndə insanın ağlına ilk əvvəl öz işini sevən, idmana xüsusi diqqət və qayğı göstərən peşəkar, təcrübəli rəhbər, mütəxəssis gəlir. Bir çox rəhbər vəzifələrdə çalışmısınız. Uğurlarınızın sirri nədədir?


-Xoş sözlərə görə, təşəkkür edirəm. Uğurların səbəbi və sirri öz işimə məsuliyyətlə yanaşmağımdadır. “Olimpsport” saytı vasitəsilə dövlətimizin başçısına, Azərbaycan Cüdo Federasiyasının rəhbərinə mənə göstərdikləri etimada görə minnətdarlığımı bildirirəm. Öz növbəmdə çalışacağam ki, mənə göstərilən etimadı layiqincə doğruldum. Azərbaycanda cüdo idman növünün özünəməxsus ənənələri vardır. Bu növ bütün dünyada populyardır. Ölkəmizdə cüdoda müəyyən durğunluq yaşansa da, hazırda vəziyyət qənaətbəxşdir. İdmançılarımız beynəlxalq yarışlarda qələbə qazanmaqla ölkəmizi şərəflə təmsil edir, bayrağımızı yüksəklərə qaldırır, himnimizi səsləndirirlər. Biz də öz növbəmizdə çalışırıq ki, Azərbaycanın yüksəlişi naminə çalışdığımız sahədə öz töhfəmizi verək. Buna nə dərəcədə nail oluruq, sizlər deyə bilərsiniz, cüdoçularımızın qazandıqları nailiyyətlər deyə bilər. Sevindirici haldır ki, Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının qazandığı 18 medaldan 2-i məhz cüdoçuların payına düşür. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) hər ikisi olimpiadanı gümüş medalla başa vurdular. Bu da ölkədə idman və Olimpiya Hərəkatına, idmançılara dövlət səviyyəsində göstərilən diqqət və qayğının bir nəticəsidir. 


- Cüdo federasiyasının vitse-prezidenti seçilməzdən əvvəl “Neftçi” klubuna rəhbərlik etdiyiniz müddətdə klub Avroliqada müəyyən uğurlar qazandı. Cüdo idman növündə son müsbət dəyişikliklər bu sahədə də uğurlarınızdan xəbər verir. Necə düşünürsünüz, futbol sahəsində çalışmaq asandır, yoxsa cudoda?


-İnsan hər şeydən əvvəl öz işini sevməli, can yandırmalı, ürəyini qoymalıdır. Əgər bu yoxsa, heç bir uğurdan, müvəffəqiyyətdən söhbət gedə bilməz. Mən də öz növbəmdə çalışıram ki, fəaliyyət göstərdiyim sahədə işimə məsuliyyətlə yanaşım. Suala gəlincə, futbol və cüdo başqa-başqa sahələrdir və hər birinin özünün yükü ayrıdır. Etiraf edək ki, futbol bizdə o qədər də inkişaf etməyib. Amma cüdo idman növündə Olimpiya çempionlarımız, gümüş medalçılarımız, dünya və Avropa çempionlarımız vardır. Bu, insanda məsuliyyət hissini, işləmək həvəsini daha da artırır. Bu bir həqiqətdir ki, idmançının peşəkar karyera əldə edərək Olimpiya Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda uğur qazanması, nailiyyət əldə etməsi üçün çox zəhmət çəkilir. Bütün bunlar gərgin zəhmət bahasına başa gəlir.


- Futboldan ayrı düşdüyünüz üçün darıxmırsınız ki?


-(gülür) Darıxmağa vaxt yoxdur. Cüdo federasiyasının işi ilə bağlı o qədər işlərimiz var ki, başımızı qaşımağa vaxt olmur. Bugünlərdə təqvim planına baxırdıq, cədvələ görə 52 təqvim gününün 51-i yarışlarımız var. Bu da o deməkdir ki, hər həftə müəyyən yaş kateqoriyaları üzrə cüdo yarışları keçirilir. Gərgin iş qrafikində işləyirik. Əsas hədəfimiz cüdo idman növünü əvvəlki səviyyəsinə çatdırmaq və daha da inkişaf etdirməkdir.


-Acınacaqlı haldır ki, “Neftçi” futbol klubu ölkə çempionatını 7-ci yerdə başa vurdu. Bu, sizə necə təsir etdi?


-Belə nəticə təbii ki, bir Azərbaycan vətəndaşı, “Neftçi”yə yaxın olan bir insan kimi mənə pis təsir bağışladı. Bu klub mənə çox doğmadır, vaxtilə bu kollektivdə işləmişəm. Əlbəttə ki, komandanın hər uğuruna sevinir, uğursuzluğuna kədərlənirik. Amma pessimisst deyiləm, düşünürəm ki, “Neftçi” müəyyən müddət sonra öz əvvəlki imicini bərpa edəcək. Sadəcə, zamana ehtiyac vardır.


- “Neftçi”də işlədiyiniz müddətdə kollektivdə xoş, səmimi münasibətlər yaratmışdınız. Bəlkə, elə əldə olunan uğurların əsasında məhz bu münasibətlər durur?


- Hər rəhbərin özünəməxsus idarəçilik forması vardır. Mən çalışıram ki, istər işlədiyim sahədə, istərsə də ətrafımdakı insanlarla xoş, səmimi münasibət yaradım. “Neftçi”də işlədiyim müddətdə də rəsmilər də, jurnalistlər də bilirdilər ki, mən bu münasibəti qorumağa çalışıram. İndi klubun təmsilçilərini görəndə mehriban görüşürük. Kluba gəlincə, düşünürəm ki, mütamadi olaraq məşqçilərin dəyişməsi və yaxud bir-birini əvəzləməsi ümumi işin xeyrinə deyil. “Neftçi” klubundakı struktur dəyişiklikləri öz bəhrəsini verəcək, mən buna inanıram. Səbr etmək və gözləmək lazımdır, sadəcə.


- Qarşıda hansı planlarınız var?


- Cüdo federasiyasında görülən işlər göz qabağındadır. İdmançılarımız bir-birinin ardınca nailiyyətlər qazanmaqda davam edirlər. Yuxarıda qeyd etdiyim ki, Rio-2016 Olimpiadasında 2 gümüş medal, Avropa çempionatında əldə olunan uğurlar, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında komandamızın 1-ci yeri tutması, bütün bunlar görülən işlərin, çəkilən zəhmətin bəhrəsidir. Uğur bir sonrakı uğura yol açır, deyirlər. Bu, doğrudan da, belədir. Qazanılan uğurlar, əldə olunan nəticələr bizi daha yeni qələbələrə, uğurlara səsləyir. Qarşıda cüdoçularımızı avqista ayında təşkil ediləcək dünya çempionatı gözləyir. Sonra təmsilçilərimiz Tokio-2020 Olimpiya Oyunlarına lisenziya verən Qran-pri və Qran-şlem yarışlarında iştirak edəcəklər. Tokio-2020 Olimpiadasından söz düşmüşkən, biz bu mötəbər yarışa ciddi hazırlaşırıq. Rio-2016 Olimpiadasında komandamız 6 idmançı ilə təmsil olunurdu, təəssüf ki, qadın cüdoçularımız bu yarışda iştirak etmirdilər. Çalışacağıq ki, Tokio-2020-də cüdoçularımız tam heyətlə təmsil olunsunlar. İstəyirik ki, olimpiadaya gedəcək heyətdə 7 kişi və 3 xanım cüdoçumuz yer alsın. Bu istiqamətdə yorulmadan və gərgin işləyirik.


- Cüdonun kütləviliyinə nail olmaq üçün hansı tədbirləri həyata keçirirsiniz?


- Azərbaycan Cüdo Federasiyası cüdonun inkişafı və kütləviliyinə nail olmaq üçün nəinki paytaxtda, hətta bölgələrdə müəyyən işlər görür. Rövnəq Abdullayevin xüsusi tapşırığı əsasında bu məqsədlə inkişaf proqramı hazırlanıb. Proqrama əsasən, biz 8 bölgədə uşaqları və yeniyetmələri cəlb etmək üçün bölmələr yaratmışıq. Həmin bölmələr federasiya tərəfindən təmənnasız olaraq avadanlıqlarla, idman geyimləri ilə təmin olunub. Biz hər bölməyə 3-4 nəfər olmaqla peşəkar mütəxəssislər, yəni məşqçilər göndərmişik. Gələn ildən başlayaraq, regionlar üzrə zona birincilikləri keçirməyi planlaşdırırıq. Hansı ki, bu yarışların qalibləri respublika çempionatında iştirak etmək hüququ qazanacaqlar. Çempionatın mükafatçıları isə təbii olaraq, yığmaya cəlb ediləcəklər. Qarşıda görüləsi işlər çoxdur. Hər birimiz Azərbaycanın müstəqilliyi və inkişafı naminə çalışırıq.


Məlumat üçün bildirək ki, Azərbaycan Cüdo Federasiyası ötən il Azərbaycan Mətbuat Şurasının və "Olimpiya dünyası" qəzetinin dəstəyi ilə "Olimpsport" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, ilin ən yaxşı nominasiyasının qalibi olub.



Çap et | e-mail

     

2017-06-23  İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

2017-06-09  İdmançısında dopinq tapılan federasiyanın pulu kəsiləcək

2017-06-09  Yay Olimpiya Oyunlarından imtina edirlər

2017-06-05  Çingiz Hüseynzadə: “IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi”

2017-06-02  \"Azərbaycanın Olimpiada keçirmək potensialı var\"

2017-06-01  Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı

2017-05-28  İrland mükafatçıları Rio Olimpiadasının medallarını geri qaytarıblar

2017-05-26  İslam Oyunlarında nə qədər dopinq-test götürülüb?

2017-05-26  Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

2017-05-25  2019-cu il Avropa Oyunlarının tarixi və idman növlərinin siyahısı açıqlanıb

2017-05-23  İlham Əliyev: \"Biz İslamiada da yeni standartlar tətbiq etdik\"

2017-05-23  Çingiz Hüseynzadə: \"İslamiadada 162 yox, 250 medal qazanmışıq\"

2017-05-23  Prezident İlham Əliyev İslam Oyunlarının mükafatçıları və onların məşqçiləri ilə görüşüb

2017-05-23  İslamiada: \"Zəfər günləri\"ndə son mükafatlar verildi

2017-05-22  Azərbaycan İslam Həmrəyliyi Oyunlarının estafetini Türkiyəyə verdi

2017-05-22  IV İslam Həmrəyliyi Oyunları başa çatdı - Azərbaycandan rekord göstərici

2017-05-22  İslamiada: Azərbaycan qalib oldu

2017-05-22  İslamiada: Növbəti medalı qazandıq

2017-05-22  Azərbaycan \"Bakı 2017\" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub

2017-05-22  İslamiada: Azərbaycan medalların əyarına görə əlçatmaz oldu

Bütün xəbərlər
 
25 iyul 2017
15:51  Azərbaycan millisi İlisuda meydana çıxacaq
15:40  Olimpiya çempionumuza cinayət işi açıldı
12:39  "Səbail" belə uduzdu - VİDEO
12:05  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:30  "Səbail" Özbəkistan klubuna məğlub oldu
10:14  Bakıda Olimpiya çempionunun maşınla vurduğu qadın öldü
09:52  Tennisçimiz Avropa çempionu oldu
09:31  "Kəpəz" Türkiyədə son oyununu keçirdi
09:08  "Qarabağ" - "Şerif" oyununa satılan biletlərin sayı açıqlandı
21 iyul 2017
17:29  UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
17:04  "Qarabağ" - "Şerif" matçı canlı yayımda
16:52  UEFA Superkubokunun hakim təyinatları müəyyənləşib
16:30  "Kəpəz"in daha 2 rəqibinin adına aydınlıq gəldi
14:25  "Qarabağ" - "Şerif" matçının biletləri satışda
14:17  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
13:09  "Panatinaikos" - "Qəbələ" oyununun vaxtı açıqlandı
13:00  "Səbail" məğlub oldu
12:28  Bu klubunun nizam-intizamı pozan futbolçuları mağazalarda satıcı işləyəcəklər
11:45  Futbol əfsanəsi azadlığa çıxır
11:36  "Sumqayıt" ərəbləri darmadağın etdi - VİDEO
10:41  Kamran Ağayevin özünə yeni klub tapdı
10:28  Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
09:10  "Qalatasaray"dan erkən vida - VİDEO
09:02  "Qəbələ"ni növbəti mərhələyə yüksəldən qollar - VİDEO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.