AZ | EN | RU


Boks >>
Azərbaycan millisinin heyətində dəyişikliklər edilib
05 iyun 2017   17:01

Kişi boksçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişikliklər edilib.

Olimpiya.az xəbər verir ki, bu barədə yığmanın böyük məşqçisi Nəriman Abdullayev federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyət üzvlərindən bəzilərinin iyunun 14-də Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatına aparılmayacaqlarını söyləyib: “Bəzi boksçularımız İslamiadada zədələndi. Bu səbəbdən, əvəzedicilərinə şans verəcəyik. Məsələn, yarışda qaşları partlayan Tamerlan Abdullayev Avropa çempionatında iştirak edə bilməyəcək. Onun əvəzinə təcrübəli Pərviz Bağırovu sınayacağıq. 81 kq-da da dəyişiklik etmişik. Rauf Rəhimovun əvəzinə Eldar Quliyev özünü göstərməyə çalışacaq. Məsud Yusifzadənin isə çəkisi az olduğu üçün 52 kq-da deyil, 49 kq çəki dərəcəsində işləyəcək. Bu çəkidə dünya çempionumuz Elvin Məmişzadə rinqə çıxacaq. 91 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədovun İslamiadadan da öncə dirsəyində zədəsi vardı. Bu yarışda final döyüşündən sonra yenidən ağrılar hiss olunmağa başladı. Hazırda müalicə olunduğundan Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevə şans verəcəyik”.

N. Abdullayev Avropa çempionatı ilə bağlı hədəflərini də açıqlayıb. O bildirib ki, məqsədləri uğurlu çıxışla yanaşı, dünya çempionatına maksimum sayda lisenziya qazanmaqdır: “Komandamızın heyətində 3 dünya çempionu var. Elvin Məmişzadə, Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidova ümidlərimiz böyükdür. Amma bu o demək deyil ki, digərlərinə inanmırıq. Biz hər bir boksçumuzdan uğur gözləyirik. Püşkdən də çox şey asılı olacaq. Qitə birinciliyində dünya çempionatına 10 vəsiqə də hədəfləmişik. Bunun üçün ilk “səkkizliy”ə düşmək kifayət edəcək”. 

Qeyd edək ki, iyunun 26-dək davam edəcək Avropa çempionatında baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək. 

 

 

 

 

 



Çap et | e-mail

     

2017-07-19  1 milyard qazanan üçüncü idmançı olacaq

2017-07-09  Boksçumuz Rusiyada nokautla qalib gəldi

2017-06-22  Kamran Şahsuvarlı medalı təmin etdi

2017-06-21  Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı

2017-06-20  3 boksçumuz dünya çempionatına lisenziya qazandı

2017-06-19  Boks yarışı zamanı kəllə-beyin travması alan döyüşçü ölüb

2017-06-15  İki əfsanəvi döyüşçü Las-Veqasda üz-üzə gələcək

2017-06-15  Azərbaycan boksçuları beynəlxalq turnirdə 19 medal qazanıblar

2017-06-03  Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

2017-05-30  Boksçularımız üçün mundiala yol Avropa çempionatından keçəcək

2017-05-20  Keçmiş dünya çempionu yol qəzasında öldü

2017-05-17  İslamiada: Teymur Məmmədov finalda

2017-05-08  Boksçularımız Polşadan 2 qızıl medalla dönürlər

2017-05-05  İslamiada: Final görüşləri mayın 18-də keçiriləcək

2017-05-04  Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar

2017-05-02  Məşhur boksçu Evander Holifildin oğlu həbs olunub

2017-04-30  Coşua Vitali Kliçko nokauta saldı

2017-04-25  Boksçularımız Ukraynadan 3 medalla qayıdır

2017-04-13  Kliçkodan İlham Əliyevə hədiyyə

2017-03-03  Rusiyalı boksçu Aleksandr Povetkin diskvalifikasiya olunub

Bütün xəbərlər
 
25 iyul 2017
15:51  Azərbaycan millisi İlisuda meydana çıxacaq
15:40  Olimpiya çempionumuza cinayət işi açıldı
12:39  "Səbail" belə uduzdu - VİDEO
12:05  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:30  "Səbail" Özbəkistan klubuna məğlub oldu
10:14  Bakıda Olimpiya çempionunun maşınla vurduğu qadın öldü
09:52  Tennisçimiz Avropa çempionu oldu
09:31  "Kəpəz" Türkiyədə son oyununu keçirdi
09:08  "Qarabağ" - "Şerif" oyununa satılan biletlərin sayı açıqlandı
21 iyul 2017
17:29  UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
17:04  "Qarabağ" - "Şerif" matçı canlı yayımda
16:52  UEFA Superkubokunun hakim təyinatları müəyyənləşib
16:30  "Kəpəz"in daha 2 rəqibinin adına aydınlıq gəldi
14:25  "Qarabağ" - "Şerif" matçının biletləri satışda
14:17  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
13:09  "Panatinaikos" - "Qəbələ" oyununun vaxtı açıqlandı
13:00  "Səbail" məğlub oldu
12:28  Bu klubunun nizam-intizamı pozan futbolçuları mağazalarda satıcı işləyəcəklər
11:45  Futbol əfsanəsi azadlığa çıxır
11:36  "Sumqayıt" ərəbləri darmadağın etdi - VİDEO
10:41  Kamran Ağayevin özünə yeni klub tapdı
10:28  Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
09:10  "Qalatasaray"dan erkən vida - VİDEO
09:02  "Qəbələ"ni növbəti mərhələyə yüksəldən qollar - VİDEO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.