AZ | EN | RU


Voleybol >>
Yığması dünya çempionatına finala birbaşa vəsiqə qazana bilər
03 iyun 2017   00:28

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda bu gün IV turun oyunları keçirilib.

Olimpiya.az xəbər verir ki, Azərbaycan milli komandası İsrail yığması ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0. Beləliklə, ardıcıl 4-cü oyunundan qalib ayrılan Azərbaycan millisi liderliyini qoruyub.
Turun daha bir önəmli qarşılaşmasında Hollandiya Ukraynanı çətinliklə yenib. Ciddi müqavimətlə üzləşən "narıncılar" oyunun "tay-breyk"ə uzanmasına imkan verməyiblər - 3:1.
Autsayderlərin qarşılaşmasında isə Norveç Danimarkanı eyni hesabla yenərək, ilk qələbəsini əldə edib.

Bu nəticələrdən sonra Azərbaycan və Hollandiya hərəyə 12 xalla 1-2-ci yerləri bölüşürlər. 6 xalı olan Ukrayna 3-cü pillədə qərarlaşıb. 3 xala malik İsraillə Norveç 3-4-cü yerləri bölüşür. Xalsız Danimarka isə sonuncudur.

Beləliklə, son turda dünya çempionatına yeganə vəsiqənin taleyi Azərbaycan - Hollandiya matçında həll olunacaq. Qalib komanda Yaponiyada keçiriləcək mundiala yollanacaq. Məğlub tərəf isə "pley-off"da çıxış edəcək. İyunun 3-də Norveç - İsrail və Ukrayna - Danimarka matçları da keçiriləcək.

Dünya çempionatının seçmə mərhələsi
E qrupu
IV tur

Danimarka - Norveç - 1:3 (25:21, 15:25, 23:25, 15:25)
Hakimlər: Roberto Boris (İtaliya), Mixail Temelis (Yunanıstan)

İsrail - Azərbaycan - 0:3 (9:25. 14:25, 18:25)
Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)

Hollandiya - Ukrayna - 3:1 (30:28, 18:25, 25:13, 27:25)
Hakimlər: Saşa Stanisiç (İsveçrə), Bruno Muxa (Xorvatiya).

 

 

 

 



Çap et | e-mail

     

2017-07-20  Azərbaycanlı mütəxəssis Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub

2017-07-10  Millisi Avropa çempionatına hazırlıq üçün Qubaya yollandı

2017-07-09  Azərbaycan Kuboku canlı yayımlanacaq

2017-06-29  Millimizin üzvü İtaliya A Seriyasında

2017-06-16  Azərbaycan Avroliqada mübarizəyə başlayır

2017-06-15  \"Challenge Cup\" turnirində klublarımızın rəqibləri bilindi

2017-06-08  Azərbaycan millisinin dünya çempionatındakı son 2 rəqibi avqustun sonunda məlum olacaq

2017-06-03  Azərbaycan millisi növbəti dəfə dünya çempionatına vəsiqə qazandı

2017-06-01  Voleybolçularımız Danimarka millisini də məğlub etdilər

2017-06-01  Yığmamız Ukrayna millisinə də qalib gəldi

2017-05-30  Millimiz dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

2017-05-26  Milli komandamızda ciddi itki

2017-05-25  Millimiz İslamiadada udduğu rəqibi qarşısında darmadağın oldu

2017-05-24  Azərbaycan millisinin üzvü \"Fənərbağça\"da

2017-05-24  Millimiz Türkiyə yığmasına qarşı oynayacaq

2017-05-24  Dünya çempionatı üçün Bakıya gələcək hakimlər məlum oldu

2017-05-23  Azərbaycan millisinin üzvü Türkiyə çempionatında

2017-05-02  Faiq Qarayev Romada prezidentlərlə görüşdü

2017-04-24  Çempionlar Liqasının qalibi müəyyənləşdi

2017-04-18  Azərbaycan voleybol millisi İran yığmasını məğlub edib

Bütün xəbərlər
 
Bu gün
11:21  UEFA reytinqində mövqeyimiz dəyişmədi
11:18  "Sumqayıt" Boluda sonuncu yoxlama matçına çıxacaq
10:50  FİFA Türkiyəni cərimələdi
09:38  Paşayevin debütu baş tutmadı
09:12  "Qalatasaray" ulduz futbolçusu ilə yeni müqavilə imzaladı
09:06  "Kəpəz" millimizə məğlub oldu
00:54  "Qəbələ" "Panatinaikos"a uduzdu - VİDEO
27 iyul 2017
17:32  "Kəpəz"in zədəliləri sıraya dönür
16:11  UEFA-nın vitse-prezidenti istefa verib
15:50  A seriyasının püşkü atıldı
15:24  "Kəpəz"in komandalarında məşqçi dəyişiklikləri
14:18  Kamran Ağayevin keçidi rəsmiləşdi
14:06  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:30  Prosineçki "Panatinaikos" - "Qəbələ" oyununu izləməyəcək
11:24  "Sumqayıt"ın növbəti hazırlıq günü - VİDEO
11:12  Gimnastlarımız Polşada Ümumdünya Oyunları 2017-də gümüş medal qazanıblar
11:00  "Qızıl kubok"un qalibi müəyyənləşib - VİDEO
10:59  "Başakşəhər"in oyununda 6 qol - VİDEO
10:42  Fatih Terim "Qalatasaray"ın baş məşqçisi olur?
10:30  "Səbail" Ərəbistan klubuna məğlub oldu
10:26  Ramil Şeydayev "Trabzonspor"a qarşı oynadı
10:18  Millimiz Qazaxıstana qalib gəldi
25 iyul 2017
15:51  Azərbaycan millisi İlisuda meydana çıxacaq
15:40  Olimpiya çempionumuza cinayət işi açıldı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.