AZ | EN | RU


Boks >>
Boksçularımız üçün mundiala yol Avropa çempionatından keçəcək
30 may 2017   12:44

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. 

Olimpiya.az xəbər verir ki, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək.

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına seçim sisteminə əsasən “köhnə qitə”dən mundiala yollanacaq boksçular yalnız Xarkovda müəyyənləşəcək. Qaydalara görə, dünya çempionatında iştirak hüququ 5 qitənin birinciliyində veriləcək.

Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəki dərəcəsində 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yeri AİBA müəyyənləşdirib, həmin boksçuya “wild card” verəcək. Digər 26 iştirakçı isə qitə çempionatları arasında bölüşdürülüb.

Ən çox yer Avropa çempionatına verilib ki, “köhnə qitə” hər çəki dərəcəsində 8 idmançı ilə təmsil olunmaq hüququna malikdir. Bu isə o deməkdir ki, Xarkovda 1/4 finala çıxacaq hər bir boksçu mundiala vəsiqəni təmin edəcək. Yığmamızın dünya çempionatındakı iştirakçıları da Avropa birinciliyində yarımfinalın 1 addımlığınadək irəliləyəcək boksçulardan ibarət olacaq. 1/4 finala yüksəlməyən idmançılar isə “wild card”a ümid edəcəklər.

Dünya çempionatındakı digər yerlər 4 qitə arasında bölüşdürülüb. Asiya və Amerikanın hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, milli komandamız Avropa çempionatına 10 boksçu ilə yollanacaq.

 

 

 

 



Çap et | e-mail

     

2018-08-20  Azərbaycan boksçuları Serbiyada 3 medal qazanıb

2018-08-18  Boksçularımız Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

2018-08-08  Zabit Səmədov fransalı çempion ilə üz-üzə

2018-08-02  Dünya çempionu qəhrəman titulundan imtina etdi

2017-08-28  Azərbaycan Boks Federasiyası dünya çempionatında hakim özbaşınalığına etiraz edib

2017-08-25  Boksçularımızın rəqibləri müəyyənləşdi

2017-08-07  Boksçularımız Belarusda beş medal qazanıblar

2017-08-04  Kliçko 25 illik boks karyerasını başa vurdu

2017-07-19  1 milyard qazanan üçüncü idmançı olacaq

2017-07-09  Boksçumuz Rusiyada nokautla qalib gəldi

2017-06-22  Kamran Şahsuvarlı medalı təmin etdi

2017-06-21  Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı

2017-06-20  3 boksçumuz dünya çempionatına lisenziya qazandı

2017-06-19  Boks yarışı zamanı kəllə-beyin travması alan döyüşçü ölüb

2017-06-15  İki əfsanəvi döyüşçü Las-Veqasda üz-üzə gələcək

2017-06-15  Azərbaycan boksçuları beynəlxalq turnirdə 19 medal qazanıblar

2017-06-05  Azərbaycan millisinin heyətində dəyişikliklər edilib

2017-06-03  Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

2017-05-20  Keçmiş dünya çempionu yol qəzasında öldü

2017-05-17  İslamiada: Teymur Məmmədov finalda

Bütün xəbərlər
 
16 fevral 2019
23:11  "Fənərbaxça" növbəti dəfə xal itirdi
22:37  "Qarabağ"la oyunda "Qəbələ"yə azarkeşlik edəcəyik" - "Neftçi"nin legioneri
22:15  "Zirə" "Nefti" ilə heç-heçə etdi - VİDEO
19:46  "Sumqayıt" müdafiəçi transfer edib
19:34  "Keşlə" belə qalib gəldi - VİDEO
19:25  "Keşlə" qalib gəldi, "Neftçi" xal itirdi - YENİLƏNİB
18:09  "Düşünürəm ki, bu qələbə təzyiqi yüngülləşdirər" - Tərlan Əhmədov
17:27  "Rəhbərliklə görüşümüz olacaq" - Ayxan Abbasov
17:13  Luiş Naninin yeni klubu açıqlandı
17:00  "Zirə" - "Neftçi": start heyətlər
16:10  “Qarabağ”ın fan-şopunda "qış endirimi"
15:38  İngiltərə klubunda iki yeni müqavilə
14:21  "Keşlə" - "Sumqayıt": start heyətlər
14:00  "Qarabağ"ın "Qəbələ" ilə oyun öncəsi növbəti məşqi
13:46  "Səbail"də nigeriyalı futbolçu - rəsmi
13:24  "Neftçi" yeni transferini sifariş etdi
15 fevral 2019
15:30  Avroliqada həftənin rəmzi komandası
15:13  Paşayevin komandasından qalib gəldi
14:40  Neymarın qayıdacağı tarix bilindi
14:30  "Neftçi" Moldova millisinin üzvünü transfer etdi - VİDEO
14:10  “Zirə” - “Neftçi”: 15-ci duel
13:25  "Sabah" klubunda 2 itki
13:12  “Tobol”a keçidimlə irəli yeni bir addım atdım" - Emil Balayev
12:57  "Barselona" Valverde ilə müqavilə yenilədi
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.