AZ | EN | RU


Futbol >>
Kamran Quliyev: "Çempionatda 3 ay fasilə çoxdur"
19 may 2017   14:33

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasdan sonra komitənin sədri, “Sumqayıt”ın prezidenti Kamran Quliyev jurnalistlərin suallarnı cavablandırıb.

- Bugünkü iclasda hansı məsələləri müzakirə etdiniz?

- Klublardan bəzi suallar aldıq. Önümüzdəki mövsümün təqvimini öyrənmək üçün bəzi suallar yaranmışdı. Bildiyiniz kimi, bu iclasa PFL-in nümayəndəsini dəvət etdik. Həmçinin əməkdaş bizə belə bir məlumat verdi ki, hazırda PFL-lə millimizin baş məşqçisi Robert Prosineçki arasında danışıqlar gedir. Təbii ki, danışıqlar prosesində millinin də maraqları nəzərə alınacaq və yeni mövsümün təqvimi bəlli olacaq. İlkin məlumat ondan ibarətdir ki, çempionat həmişə olduğu kimi, avqust ayında başlayacaq. Amma hansı tarixdə başlayacağına PFL qərar verəcək.

- İlkin məlumatlara görə, çempionata avqust ayının 15-dən sonra start veriləcək...

- Hələlik müxtəlif variantlar səslənir. Ya ayın 15-dən əvvəl başlayacaq, ya da sonra. Bu, ilkin məlumatdı, amma rəsmi informasiya vermək hələlik tezdi. Çünki danışıqlar gedir.

- 3 ay fasilə çox deyilmi?

- Təbii ki, çoxdu. Amma biz bu məsələ ilə bağlı heç nə edə bilmərik. İslam Həmrəylik Oyunları var və futbol da o yarışın bir parçasıdı. Ona görə də bu mövsüm aprel ayında başa çatmalı olub. Gələn il isə çempionat may ayında başa çatacaq.

- Oyunçuların yaş limiti ilə bağlı məsələ var idi. O haqda hansı müzakirələri apardınız?

- Bildiyiniz kimi, son 2 mövsüm Premyer Liqanın keçirilməsi qaydalarına uyğun olaraq, meydançada ən azından bir futbolçu 21 yaşlılaran ibarət milli komandamıza dəvət ala biləcək yaşda olmalı idi. Ötən 2 mövsümdə 1994-cü ildə doğulan futbolçu limitə düşürdüsə, bundan sonra 1996-cı ildə doğulmuş futbolçu limitə düşə biləcək, 1998-ci ildə doğulan futbolçu isə ehtiyat oyunçular skamiyasında yer ala biləcək.

- Klublar limit məsələsinə narazılıq etmədilər?

- Xeyr, klublar bilmək istəyirdilər ki, əgər bu məlumat dəqiqdirsə, transferlərini buna uyğun etsinlər.

- Legioner limiti ilə bağlı müzakirələr aparmadınız?

- Xeyr. Bu barədə müraciət olmadığı üçün hansısa müzakirə aparmadıq.

- Gündəlikdəki digər məsələlər hansılar idi?

- Vacib bir məsələ haqda fikir mübadiləsi apardıq. Futbolun mediada daha geniş işıqlandırılmasını istəyirik. Bildiyiniz kimi, “CBC Sport” telekanalı Premyer Liqanı sön mövsümdə yüksək səviyyədə yayımlayır. Biz istəyərdik ki, digər telekanallar da futbolu təbliğ etsinlər. Azərbaycan futbolunun bir neçə problemi var ki, bunlardan biri də azarkeşlərin stadionlara az gəlməsidi. Bütün bunlar klubların üzərinə düşən problemdi. Amma eyni zamanda biz də istəyərdik ki, yayıma, işıqlandırmaya cavabdeh olan tərəflər bu işdə daha aktiv olsunlar. Konkret hansı təklif almışıq, deyə bilmərik, amma növbəti iclasda bizim müzakirələrimiz olacaq. Biz istəyirik ki, yeni mövsümdə yeni təkliflər olsun. İnanın, regionlarda Azərbaycanda futbolun olmasından xəbərdar olmayan şəxslər var.


- Demək istəyirsiniz ki, Premyer Liqanın yayım hüququnu digər telekanallar alsın?

- Xeyr. Ümumiyyətlə, dünya təcrübəsində belə şey görməmişik. Hazırkı yayım formatı bizi qane edir, amma işıqlandırma formatı yox. Digər telekanallarda verilişlər, icmallar olsun. Əlbəttə, materialın sahibi “CBC Sport” telekanalıdı. Biz istəyirik ki, digər telekanallar bu materialları alsınlar. Bildiyimizə görə, “CBC Sport” bu təklifi edib. Amma, nədənsə digər telekanllar keyfiyyətli videogörüntü götürmür. Bunu digər telekanallarla müzakirə edəcəyik. 

- Amma bir məsələ var ki, regionda cəmi 2 klub mövcuddu...

- Əvvəla “Sumqayıt” da region sayılır. İkincisi də, futbol yalnız Premyer Liqada oynayan komandalar üçün deyil. Birinci divizionda da komandalar var və həmin klubların təmsil etdiyi rayonların əhalisi də ən azından Premyer Liqada nə baş verdiyini bilməlidirlər. Mən bildiyimə görə, “CBC Sport” telekanalının bəzi bölgələrdə yayımında problem yaranır. İcmallar, görüntülər azdı. İnsanlar məlumatı qəzetdən oxuyurlar ki, bu da kifayət etmir.   

- Bir az da “Sumqayıt”dan danışaq. Klubun növbəti mövsümdəki hədəfi nə olacaq?

 -Biz hər mövsüm nəticəmizi yaxşılaşdırmaq istəyirik. Düşünürəm ki, komanda bu mövsüm daha təcrübəli olacaq. Ötən il bizdə təcrübə çatmadı. Bu da bizim siyasətimiz, gənc futbolçuların yetişdirilməsi ilə bağlıdır. Bəziləri hər il eyni sözləri eşitməklə razılaşmaz. Lakin öyrəşmək lazımdı, “Sumqayıt”ın siyasəti budur. Bizim klubumuzda yetişən bir neçə futbolçu millimizdə çıxış edir. Bu il Samir Abasov və onun məşqçi heyəti də təcrübə topladı. İnanıram ki, növbəti mövsüm daha iddialı olacağıq.


- “Sumqayıt” bu mövsüm də legioner futbolçu transfer etməyəcək?

- Bəli. Ən azından bu il olmayacaq.

- Deyilənə görə, AFFA “Sumqayıt”ın legioner futbolçu transfer etməsinə icazə vermir...

- AFFA-nın bu məsələyə heç bir aidiyyatı yoxdur. Bu, klubun sahiblərinin daha əvvəl qurduğu siyasətdir. Bu siyasət klubun sahiblərini qane edir. Onlar hesab edirlər ki, bu siyasət Azərbaycan futboluna çox xeyir verəcək. Əlbəttə, istəyərdik ki, güclü legionerimiz olsun. Amma güclü legioner çox pul tələb edir.

- Klubun büdcəsində hansısa dəyişiklik olmayacaq?

- Demək olar ki, yox. Büdcəmiz eyni qalmalıdı (sport24.az).



Çap et | e-mail

     

2017-05-23  \"Turan\"ın kapitanı \"Kəpəz\"də

2017-05-23  \"Barselona\"nın futbolçusundan \"Kral klubu\"na \"məsləhət\"

2017-05-23  \"İnter\" baş məşqçisini dəyişir

2017-05-23  Daha bir baş məşqçi qovuldu

2017-05-23  Sadiqov \"Qəbələ\"ni tərk etdi

2017-05-23  Türkiyə millisinin oyunçusu həbs olunub

2017-05-23  Mançesterdə stadionda terror - 19 nəfər öldü

2017-05-23  \"Beşiktaş\" Azərbaycana gələcək

2017-05-23  \"Çelsi\"nin futbolçusu \"Yuventus\"da

2017-05-23  \"Qəbələ\" italyanlarla heç-heçə etdi

2017-05-22  \"Qarabağ\" üçün növbəti potensial rəqib

2017-05-22  \"Qəbələ\"nin futbolçusu \"Sumqayıt\"da

2017-05-22  Premyer Liqada mövsümün qolu müəyyənləşdi - VİDEO

2017-05-22  \"Qarabağ\"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu

2017-05-22  \"Barselona\" əzəli rəqibini təbrik etdi

2017-05-22  Mourinyo meydana buraxdığı heyətlə Premyer Liqanın tarixinə düşdü

2017-05-22  Transfer dövrlərinin tarixi müəyyənləşdi

2017-05-22  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2017-05-22  Millimizin Oman üzərindəki qələbəsi - VİDEO

2017-05-22  \"Real\"a çempionluq gətirən qollar - VİDEO

Bütün xəbərlər
 
Bu gün
16:34  Çingiz Hüseynzadə: "İslamiadada 162 yox, 250 medal qazanmışıq"
15:04  "Turan"ın kapitanı "Kəpəz"də
15:01  "Barselona"nın futbolçusundan "Kral klubu"na "məsləhət"
15:00  Dopinq-testdən keçə bilməyən idmançımızın cəza müddəti açıqlanıb
14:51  Prezident İlham Əliyev İslam Oyunlarının mükafatçıları və onların məşqçiləri ilə görüşüb
13:34  İslamiada: "Zəfər günləri"ndə son mükafatlar verildi
13:31  "İnter" baş məşqçisini dəyişir
13:29  Daha bir baş məşqçi qovuldu
13:26  Sadiqov "Qəbələ"ni tərk etdi
12:04  Türkiyə millisinin oyunçusu həbs olunub
11:36  Mançesterdə stadionda terror - 19 nəfər öldü
11:27  "Beşiktaş" Azərbaycana gələcək
10:40  Azərbaycan millisinin üzvü Türkiyə çempionatında
10:33  55-ci WBC Konvensiyası Bakıda keçiriləcək
09:16  "Çelsi"nin futbolçusu "Yuventus"da
09:08  "Qəbələ" italyanlarla heç-heçə etdi
22 may 2017
22:39  Azərbaycan İslam Həmrəyliyi Oyunlarının estafetini Türkiyəyə verdi
20:30  "Qarabağ" üçün növbəti potensial rəqib
20:17  IV İslam Həmrəyliyi Oyunları başa çatdı - Azərbaycandan rekord göstərici
17:45  "Qəbələ"nin futbolçusu "Sumqayıt"da
17:21  Premyer Liqada mövsümün qolu müəyyənləşdi - VİDEO
13:27  "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu
13:07  İslamiada: Azərbaycan qalib oldu
13:03  "Barselona" əzəli rəqibini təbrik etdi
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.