AZ | EN | RU


Olimpizm >>
Faiq Qarayev pul mükafatını kimlərə verəcək?
19 may 2017   10:18

"Belə möhtəşəm yarışda iştirak etmək arzumuz idi. Hər kəs voleybolda qızıl medal gözləyirdi. Baxmayaraq ki, əsas oyunçularımızın 4-ü çıxış etmirdi".

Bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan voleybolçu qadınlardan voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayev deyib. O bildirib ki, itkilərlə əlaqədar komandada həyəcan olub: "Polina Rəhimova Yaponiyadan yeni qayıdıb və sabah Bakıda olacaq. Orta sahə oyunçusu Olena Həsənova çox ciddi zədə alıb. Dispetçer Şəfaqət Həbibova ayağından əməliyyat olunub. Valeriya Korotenkonun ciddi zədəsi var idi. İynə vurdurub oyuna çıxdı. Çünki komandaya lider oyunçu lazım idi. Yəni, tam heyətlə oynamırdıq. Daha dəqiqi, keçən il Avroliqanın qalibi olan heyətdən llk "altılıq"da 4 nəfər oynamırdı. Gənclərə də şans vermişdik. Ona görə də çətinliklərimiz və həyəcan var idi".

Təcrübəli mütəxəssis doğma publika qarşısında qızıl medal qazanmalarından məmnunluq ifadə edib. O, finalda Türkiyə yığması ilə görüşün asan alınmadığını vurğulayıb: "Birinci setdə çox asan qalib gəldik. Halbuki, çətinliklə qələbə qazansaydıq, sonrakı set asan keçərdi. Üçüncü setdə vəziyyəti xeyrimizə həll edə bildik. Ümumilikdə oyun gözəl keçdi. Bilirik ki, Türkiyə güclü rəqibdir. Ona görə də xoşbəxtik ki, öz vətənimizdə qızıl medal qazandıq. Voleybolu Azərbaycanda sevirlər. Hətta Azərbaycana voleybol ölkəsi deyirlər. Çünki qadınlardan ibarət komandaların uğurları çoxdur. Komandamla fəxr edirəm".

F.Qarayev qarşıdakı planlardan da danışıb: "10 gündən sonra dünya çempionatı üçün seçmə yarışları var. İyuldan Avropa çempionatına hazırlıqlarına başlayacağıq. Yəqin ki, onda tam heyətlə oynaya biləcəyik. Tədbirlər görülür, işlər gedir. 3 gündən sonra komanda Bolqarıstana yola düşür. Yığmamız orada Bolqarıstanın 4 komandası ilə görüş keçirib ayın 28-də Bakıya qayıdacaq. Sevinməyə də heç vaxtımız yoxdur".

Təcrübəli mütəxəssis qızıl medal müqabilində məşqçilərə veriləcək mükafatı öz köməkçilərinə və komandanın həkimlərinə verəcəyini açıqlayıb: "Mənə düşən mükafatı köməkçi-məşqçilərə, həkimlərə və digər texniki personala verəcəyəm ki, öz aralarında bölüşdürsünlər. Çünki onlar gənc məşqçidirlər. Bu da onlara stimul olacaq. Federasiyanın prezidenti Cavid Qurbanov da yəqin ki, öz tərəfindən idmançıları və məşqçiləri təbrik edəcək. Çünki o, voleybol üçün çox şey edir".

Sonda baş məşqçi kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasını da təbrik edib: "Onlar İslamiadada 4 oyundan 4 qalibiyyət əldə ediblər. Yarımfinalda Əlcəzairlə oynayacaqlar. Qalib gəlsələr, onlar da qızıl medala iddia edə bilərlər".
("Report")

 

 

 

 

 

 



Çap et | e-mail

     

2018-10-22  Olimpiadada iştirak etmiş Azərbaycan idmançıları Bakıya qayıdıblar

2018-10-20  Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib

2018-10-18  Azərbaycan idmançıları Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub

2018-10-15  Turan Bayramov olimpiya çempionu oldu

2018-10-13  Atletimiz Olimpiadada gümüş medal qazandı

2018-10-10  2026-cı ildə Qış Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlandı

2018-10-09  Yeniyetmələrin IV Yay Olimpiya Oyunları hansı ölkədə keçiriləcək?

2018-08-08  Keniyalı dünya çempionu vəfat edib

2018-07-30  Olimpiya çempionunun cəsədi tapıldı

2018-07-21  \"Bakı 2019\" Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edilib - FOTO

2017-06-23  İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

2017-06-09  İdmançısında dopinq tapılan federasiyanın pulu kəsiləcək

2017-06-09  Yay Olimpiya Oyunlarından imtina edirlər

2017-06-08  Sadıq Sadıqov: \"İnsan hər şeydən əvvəl öz işini sevməli, ürəyini qoymalıdır\"

2017-06-05  Çingiz Hüseynzadə: “IV İslam Həmrəyliyi Oyunları İslamın mütərəqqi ideyalarını paytaxtımızdan bütün bəşəriyyətə çatdıra bildi”

2017-06-02  \"Azərbaycanın Olimpiada keçirmək potensialı var\"

2017-06-01  Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı

2017-05-28  İrland mükafatçıları Rio Olimpiadasının medallarını geri qaytarıblar

2017-05-26  İslam Oyunlarında nə qədər dopinq-test götürülüb?

2017-05-26  Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

Bütün xəbərlər
 
Bu gün
02:02  ÇL: "Atletiko Madrid" və "Mançester Siti" qalib gəldi
20 fevral 2019
23:35  Avroliqada ilk 1/8 finalçı komanda müəyyənləşdi
23:17  "Qəbələ" - "Keşlə": 48-ci duel
22:45  "Qarabağ" "Sabah"la oyunun hazırlıqlarına başladı
19:07  Emil Balayevdən möhtəşəm qurtarışlar - VİDEO
18:48  "Benfika" baş məşqçisi ilə müqavilə yenilədi
18:20  “Qarabağ”a qol vuran futbolçu Paşayevlə eyni klubda
18:05  Klublar Komitəsinə seçkinin vaxtı açıqlandı
17:48  Maluda İsveçrə klubunda
17:20  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub
17:08  PSJ-dən Arsen Vengerə əməkdaşlıq təklifi
16:53  "Yuventus" hücumçusunu 9 milyon avroya satdı
16:31  Premyer Liqa tarixində futbolçulara ən çox maaş ödəyən klub
15:56  Xorvatiya millisində ciddi itkilər - Azərbaycanla oyun öncəsi
13:32  Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək
13:15  Emil Balayev oynadı, komandası "Rubin"ə qalib gəldi
12:56  "Atletiko"nun "Yuventus"la oyun üçün heyəti - siyahı
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:17  "Mançester Siti" rəhbərliyi Çində klub alıb
11:54  "Mövsümün ikinci yarısında daha çox qol vuracağıq" - Ramil Şeydayev
19 fevral 2019
20:26  "Bavariya"nın sabiq futbolçusunun mənzili qarət olunub
19:55  AFFA "Səbail"i cərimələdi
17:53  "Qalatasaray"ın "Benfika"yla oyun üçün heyəti - siyahı
17:29  "Zenit" - "Fənərbaxça" matçının hakimləri bilindi
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.