AZ | EN | RU


Cüdo >>
Mingəçevir, Zaqatala və Qəbələdə cüdo bayramı - VİDEO
12 may 2017   12:39

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Olimpiya.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Mərkəzi-Aran və Şimal-Qərb bölgələrinə səfər ediblər.

Əvvəlcə Azərbaycan Cüdo Federasiyasının Mingəçevir Təlim-Məşq Mərkəzinin açılışı olub. Açılış mərasimində federasiya rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Nitq söyləyənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir şəhəri və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Sonra Federasiya rəsmiləri Zaqatalada olublar. Burada yeni fəaliyyətə başlayan Təlim-Məşq Mərkəzinin açılışında çıxış edənlər Azərbaycan prezidenti İlham Əliyevin Olimpiya Hərəkatının inkişafındakı xidmətlərinin dəfələrlə beynəlxalq Olimpiya Komitəsi və ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirldiyini xüsusi vurğulayıblar. Dövlət başçısının göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında parlaq qələbələr qazandıqları qeyd edilib. Əldə olunan bu uğurlarda cüdoçularımızın da xüsusi payı olduğu söylənilib. Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər bölgələrdə açılan yeni təlim-məşq mərkəzlərinin Azərbaycan cüdosuna böyük töhvə verəcəklərinə əmin olduqlarını bildiriblər.

Yeniyetmələrə cüdoqilər təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Qeyd edək ki, Zaqatalanın mərkəzində yerləşən cüdo mərkəzində ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr də cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Azərbaycan Cüdo Federasiyasının rəsmilərinin növbəti səfəri Qəbələ rayonuna olub. Burada Qəbələ İdman Klubunun cüdoçuları ilə görüş keçirilib. Çıxış edənlər son vaxtlar Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayaraq, cüdoçularımızın dünya arenalarındakı zəfərlərindən danışıblar.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən qayğıya görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qəbələ ilə yanaşı İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına da idman geyimləri hədiyyə olunub.

Qeyd edək ki, yaxın gələcəkdə ölkəmizin digər bölgələrində də Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzləri istifadəyə veriləcək.

 



Çap et | e-mail

     

2019-04-18  Bakıda cüdo üzrə beynəlxalq turnir keçirilib

2019-04-15  CÜDO TV təqdim edir: Məşqçimiz Yaponiyada diplomla təltif olunub

2019-04-15  Bakı Olimpiya Stadionunda cüdo hakimlərinin seminarı keçirilib

2019-04-07  Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazanıblar

2019-04-07  Azərbaycan cüdoçuları Antalya \"Qran-Pri\"sini uğurla başa vurublar

2019-04-07  Gənc cüdoçumuz İtaliyada 1-ci yeri tutub

2019-04-07  Cüdoçularımız Çexiyada keçirilən Avropa kubokunda 8 medal qazanıblar

2019-04-02  Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

2019-04-01  Azərbaycanlı hakimlər beynəlxalq seminarda iştirak ediblər

2019-03-10  Kiçikyaşlı Yeniyetmə cüdoçuların yarışında bütün qaliblər məlum olub

2019-03-10  Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında

2019-03-09  Paytaxtımızda daha bir cüdo yarışına start verilib

2019-03-06  Cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib

2019-03-03  Yeniyetmə cüdoçularımızdan Antalyada 3 medal

2019-02-28  Cüdo üzrə Azərbaycan birinciliyinin bütün qalibləri məlum olub

2019-02-27  Gənc cüdoçuların Azərbaycan birinciliyinə start verilib

2019-02-26  Usta cüdoçular arasında ölkə çempionatı keçirilib

2019-02-25  \"Mümkün olan hər şeyi etdim və qələbə qazandım\" - Məmmədəli Mehdiyev

2019-02-24  General-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan cüdo turniri başa çatıb

2019-02-24  Almaniyada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi

Bütün xəbərlər
 
23 aprel 2019
18:45  "Qəbələ" "Qarabağ"a belə qalib gəldi - VİDEO
18:31  "Çox istəyirdik qalib gələk, ancaq alınmadı" - Qurban Qurbanov
18:15  "İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq" - Sənan Qurbanov
17:54  "Qəbələ" "Qarabağ"a qalib gəldi
16:24  "Milan" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi
15:53  Almaniya klubunda yeni baş məşqçi
15:36  "Mançester Siti" rekord transferə hazırlaşır
15:14  "Qəbələ" - "Qarabağ": start heyətlər açıqlandı
14:44  Tərlan Əhmədovun cəzası açıqlandı
14:35  Saşa Yunisoğlu döyülməsinə aydınlıq gətirdi
14:26  "Qarabağ"ın futbolçusu turun ən yaxşısı seçildi
14:11  25-ci turun rəmzi komandası
13:55  AFFA klubları cərimələdi
13:37  Premyer Liqamızda 26-cı turun hakim təyinatları
13:15  Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir
12:48  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
22 aprel 2019
18:14  "Spartak" Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü
17:49  Region Liqasında ilk finalçı müəyyənləşdi
17:16  Marselodan ayrılıq iddialarına cavab
16:39  Azərbaycan Kuboku: yarımfinalı 3 futbolçu buraxacaq
16:11  Modriçin “Real”da yubiley matçı
15:46  Fərid Nəbiyev dubl etdi, komandası 6 qolla qalib gəldi
15:22  Braziliyada da çempion bəlli oldu
15:07  Mbappe tarixə düşdü
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.