AZ | EN | RU


Şahmat >>
FİDE prezidenti: "Şəmkir Azərbaycanın Linaresidir"
21 aprel 2017   11:00

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirinin açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Olimpiya.az xəbər verir ki, FİDE rəhbəri əvvəlcə ShamkirChess 2017 haqqında fikirlərini bildirib:

- Şəmkir əhalisini Vüqar Həşimovun 4-cü xatirə turnirinin açılışı münasibətilə təbrik edirəm. Hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm. Dünyanın ən güclü şahmatçıları "ShamkirChess"də iştirak etməyi özləri üçün böyük şərəf hesab edirlər. Bunun birinci səbəbi Vüqarın onlara qarşı hər zaman açıq qəlbli olması idi. İkinci səbəb Azərbaycanın dünya şahmatının paytaxtına çevrilməsidir. Əbəs yerə deyil ki, Şəmkiri "İkinci Linares" adlandırırlar. FİDE prezidenti kimi də Şəmkiri "Azərbaycanın Linaresi" adlandırmaq istərdim. Gələn il bu turnirin 5 illik yubileyi qeyd olunacaq. Əminəm ki, ilk yubiley turnirində də planetimizin ən elitar şahmatçıları Şəmkirə toplaşacaqlar. Turnir iştirakçılarına amansız mübarizə aparmalarını və öz oyunları ilə şahmat azarkeşlərini sevindirmələrini arzulayıram.

- Şahmat proqnozu sevməsə də, FİDE prezidentinin favoritininin kimliyini bilmək maraqlı olardı...

- Bu suala cavab vermək olduqca çətindir. Çünki son zamanlar bütün şahmatçıların səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Şəmkirdə yalnız dünya çempionu Maqnus Karlsen yoxdur. Digər top-oyunçular isə bu gözəl diyara toplaşıblar. Onların hər biri dəfələrlə həm təkbətək, həm də turnir xarakterli yarışlarda ən yüksək mübariz keyfiyyətlərini, sonadək mübarizə aparma qabiliyyətlərini ortaya qoymağı bacarıblar. Yadınızdadırsa, 2 il əvvəl Sergey Karyakin Bakıdakı Dünya Kubokunda Peter Svidlerlə matçın gedişində 0:2 hesabı ilə geridə olarkən, dönüş etdi. Nəticədə o, Dünya Kubokunu "dişlərinə aldı". Əminəm ki, Vüqarın ruhu naminə bütün iştirakçılar ən gözəl oyunlarını nümayiş etdirəcəklər. Proqnoz vermək istəmirəm. İndi kimisə favorit hesab etdiyimi desəm, düşünəcəksiniz ki, hakimlər onun rəqiblərinin qapısına penalti təyin edəcəklər. Hamısına azarkeşlik edirəm. Qoy, güclü qalib gəlsin.

- Son günlər FİDE daxilində baş verənlərlə bağlı son vəziyyət necədir?

- 2018-ci ildə FİDE prezidenti seçkisinə namizədliyimi verəcəyimi dünən rəsmən açıqladım. Seçki Gürcüstanın Batumi şəhərindəki Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutacaq. Təxminən 2 həftə öncə FİDE-nin Prezident Şurasında yaşananlar isə sadəcə anlaşılmazlıq, texniki problem idi. Mənim ideyalarım da, komandam da, proqramım da açıqdır. Kimin yaxşı fikri, ideyaları varsa, onları komandamda görməyə, hamısı ilə işləməyə hazıram.

- Yenidən seçilsəniz, sizə qarşı çıxanları komandadan uzaqlaşdırmağa hazırsınız?

- Mən qeyd etdim ki, komandamda hər kəsi görməyə hazıram. Həmçinin, həmin şəxsləri ora dəvət edə bilərəm. Qoy, məndən narazılıqlarını, fikirlərini bildirsinlər, buna hazıram. 22 ildir çalışıram ki, şahmat ailəsi birləşsin, möhkəmlənsin. Bu gün burada Veselin Topalov və Vladimir Kramnik iştirak edir. Harri Kasparov FİDE-dən gedəndə tacını da apardı, öz çempionatını keçirdi. 2006-cı ildə Kramnik Kasparovu məğlub etdi və dünya çempionu Topalovla qarşılaşmağa razılıq verdi. Kalmıkiyadakı o görüşdən sonra şahmat dünyası birlik ola bildi. Mən imkan vermərəm ki, arxamızda xırda intriqalar olsun və bu, şahmatın birliyinə, bütövlüyünə təsir etsin. Şahmat dünya boyunca genişlənir. Hazırda 600 milyon insan şahmat oynayır. İl ərzində 80 - 100 ölkədə oluram və həmin ölkələrdə şahmatın sevildiyini görürəm. Odur ki, yenidən namizədliyimi irəli sürməyə qərar verdim. Çünki hədəfim olan "1 milyard şahmatçı" devizini gerçəkləşdirmək istəyirəm. Qarşıdakı 5 ildə dünyada 1 milyard insanın şahmat oynamasını istəyirəm.

 

 

 

 

 



Çap et | e-mail

     

2018-10-13  Azərbaycan Avropa çempionatına darmadağınla start verdi

2018-10-04  Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb

2018-08-28  \"Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər aldım\" - Şəhriyar Məmmədyarov

2018-08-27  \"Mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur\" - Şəhriyar Məmmədyarov

2018-08-22  Məmmədyarov ermənistanlı şahmatçı ilə heç-heçə edib

2018-08-21  Məmmədyarov ABŞ-da Aronyanla görüşəcək

2018-08-19  Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başlayıb

2018-08-16  Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

2018-08-09  Azərbaycan Riqada keçirilən şahmat festivalında

2018-08-03  Şəhriyar Məmmədyarova mükafat təqdim olundu

2018-08-01  Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu

2018-07-31  Şahmatçılarımız dünya reytinq sıralamasında - FİDE

2018-07-13  FİDE prezidenti günahlarının qurbanı oldu

2017-06-12  Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

2017-05-31  Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

2017-05-01  Azərbaycanlı şahmatçı dünya çempionu ilə bərabərləşdi

2017-04-25  Azərbaycan şahmatçıları dünya çempionatında uğurla çıxış edirlər

2017-03-01  Teymur Rəcəbov 26-cı sıraya düşdü

2017-01-31  Şəhriyar Məmmədyarov hamıdan öndə

2017-01-09  Şahmatçımız turnirin qalibi oldu

Bütün xəbərlər
 
Bu gün
12:46  Ardanın ilk məhkəməsinin vaxtı bilindi
12:31  Almeyda 2-ci, Qarayev 4-cü oldu
10:40  UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
10:25  "Vorskla" klubu "Qarabağ"la ev oyunu üçün satışa ucuz biletlər çıxarıb
10:06  Klub futbolçularını yalan detektoru ilə test etdi
09:31  Millimiz seçmə mərhələni qələbəsiz başa vurdu
09:20  "Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzaladı
16 oktyabr 2018
16:49  "Başakşehir"dən Ardaya ağır cəza
16:35  "Keşlə" iki legioneri ilə yollanrını ayırır
16:26  "Formula 1"in bilet satışı başladı
14:12  Millimizin oyununda 6 qol
14:00  Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
13:55  Malta klubu Useyn Bolta müqavilə təklif edib
13:27  "Azərbaycanı məğlub etmək istəyirik" - Norveç yığmasının baş məşqçisi
13:12  Arda Turana cinayət işi açıldı - 12 illik həbsi istənilir
12:59  "Milliyə çağırılmamağım axmaqlıq idi" - Rüfət Dadaşov
12:43  "Qarabağ"a qol vuran "Arsenal"ın futbolçusu zədələnib
11:58  I Divizion: 7-ci turun təyinatları
11:44  "Sumqayıt" - "Sabah" oyununun stadionu dəyişdirildi
11:36  Həbib Konorla revanş görüşündən imtina etdi
11:20  Premyer Liqa: 8-ci turun təyinatları açıqlandı
15 oktyabr 2018
21:43  Anri "Monako"da ilk məşqinə çıxdı
21:18  “İspaniya millisi “Uembli”də keçirdiyi oyunu təkrarlaya bilər” - Luis Enrike
20:44  Ramil Şeydayev Rusiyada cərimələnib
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.