AZ | EN | RU


Olimpizm >>
Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
02 mart 2017   19:36

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb.
Olimpiya.az xəbər verir ki, sənəd Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq ölkədə olimpiya hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədi ilə imzalanıb.
Sərəncamda bildirilir ki, 2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur.
Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etmiş və olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakıda Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdman Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır.
Mötəbər beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. 2015 ci ildə Bakıda I Avropa Oyunlarının müvəffəqiyyətlə baş tutması və 2016-cı ildə Rio de Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medala layiq görülməsi ilə dövlət müstəqilliyimizin bərpasından sonra qazanılmış medalların ümumi sayının 47-yə çatdırılması təqdirəlayiq haldır. Bütün bunlar artıq dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Milli Olimpiya Komitəsinin himayəsi ilə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının da lazımi səviyyədə mütəşəkkil keçiriləcəyinə tam əminlik yaradır.
Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 

 

 



Çap et | e-mail

     

2017-04-28  İslamiada: \"Xəzərdən başlayan səyahət\" Qəbələyə yetişib

2017-04-27  İslamiada: Daxili İşlər Nazirliyi 14 idmançı ilə təmsil olunacaq

2017-04-27  İslamiada: Azərbaycan idmançılarının sayı açıqlandı

2017-04-27  İslamiada: Bəhreyn 3 idman növündə təmsil olunacaq

2017-04-26  İslamiada: 8 hakimimiz idarəçilik edəcək

2017-04-26  İslamiada: Rəqibimiz 9 oyunçu ilə gəlir

2017-04-24  İslamiada: Rəsmi uniformalar təqdim edildi - FOTO

2017-04-22  Mehriban Əliyevanın sədrliyi ilə İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib

2017-04-21  İslamiada: Misir 46 nəfərlə gəlir

2017-04-20  İslamiada: 1000-dən çox jurnalist XİN-də  akkreditasiyadan keçib

2017-04-20  İslamiada: Millimizin oyunlarının təqvimi açıqlandı

2017-04-19  İslamiada: Əfqanıstan Bakıya gəlmir

2017-04-19  İslamiada: 280 nəfərlik nümayəndə heyəti ilə gəlirlər

2017-04-18  İslamiada: Millimizin oyunlarının təqvimi açıqlandı

2017-04-17  İslamiada: Bakıya 57 ölkənin idmançıları gəlir

2017-04-17  İslamiadanın açılış mərasiminin vaxtı məlum oldu

2017-04-17  İslamiada: \"Xəzərdən başlayan səyahət\" Horadizə yetişdi

2017-04-16  Bakı-2017: \"Xəzərdən başlayan səyahət\" Ağcabədiyə yetişdi

2017-03-03  İlham Zəkiyev vitse-prezident seçildi

2017-03-03  İslamiadada kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb

Bütün xəbərlər
 
Bu gün
18:02  "Qarabağ"dan növbəti çempionluq
17:58  Həftənin ən yaxşı qapıçı qurtarışları - VİDEO
17:40  "Qalatasaray" erməni futbolçu tansfer edir?
16:31  Həftənin ən yaxşı qol ötürmələri - VİDEO
16:22  "Kəpəz"in kapitanı azarkeşlərə müraciət etdi
16:14  "Neftçi" - "Qarabağ" matçında doğru - VİDEO
16:10  Tovuzda baş tutan təltifetmə mərasimi - VİDEO
14:38  İslamiada: "Xəzərdən başlayan səyahət" Qəbələyə yetişib
11:50  Argentina millisinin yeni baş məşqçisi müəyənləşdi
11:45  Həftənin ən gözəl qolları - VİDEO
11:21  Cənubi koreyalı idmançılar Asiya Oyunları vaxtı pivə içdikləri üçün diskvalifikasiya olunub
10:39  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:24  FİFA referisi "Bakı Marafonu 2017"də iştirak edəcək
10:18  Birinci divizionun bombardiri kim oldu?
10:10  MOİK - "Göyəzən" matçında vurulan 7 qol - VİDEO
10:05  I Divizion: "Turan Tovuz" kubok və medallarna qovuşdu
27 aprel 2017
18:00  İslamiada: Daxili İşlər Nazirliyi 14 idmançı ilə təmsil olunacaq
17:19  "Forza Neftçi" bəyanat yaydı, rəhbərliyə səsləndi
17:09  Premyer Liqada neçə klub olacaq?
16:26  Millimiz yenə məğlubiyyətlə üzləşdi
15:48  İslamiada: Azərbaycan idmançılarının sayı açıqlandı
15:37  AFFA "İnter"in Müşahidə Şurasının sədrinin adını açıqladı
15:02  Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb
14:56  Fərhad Vəliyev daha 1 il "Sumqayıt"da
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.