AZ | EN | RU


Digər növlər >>
Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb
23 fevral 2017   16:09

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfindən götürülmüş dopinq-testlərin göndəriləcəyi antidopinq laboratoriyasının adına hələ aydınlıq gəlməyib.
Olimpiya.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriya seçiləcək: "Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testləri Köln şəhərinə göndəriləcək. Bu, müasir laboratoriyadır. Bizə həm logistika, həm də maliyyə baxımından uyğun olanını axtarırıq. Laboratoriyanın dəqiq adını martda müəyyənləşdirəcəyik".
AMADA-nın icraçı direktoru deyib ki, dopinq riskli idman növləri daha çox diqqət mərkəzində olacaq: "Ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növlər siyahısındadır. Futbolda da dopinq-testlər götürmək niyyətindəyik".
O, AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradıldığını, qurumun fəaliyyətinə isə 5 nəfərdən ibarət Müşahidə Şurasının nəzarət edəcəyini vurğulayıb.
Ş.Hüseynli Azərbaycanın Ümumdünya Antidopinq Agentliyi tərəfindən müvafiq tələblərə cavab verməyən ölkələr siyahısına Rusiyaya görə salınma ehtimallarını təkzib edib: "Mən burada siyasi problem görmürəm. Yaşadığımız problemlərin Rusiya ilə bağlı olduğunu düşünmürəm. Biz WADA ilə çox sıx münasibətdəyik. Onlar AMADA yeni yaradılanda bizə çox böyük dəstək veriblər". 

 

 

 

 



Çap et | e-mail

     

2017-08-18  Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək

2017-08-17  Tanınmış amerikalı basketbolçu vəfat edib

2017-08-16  Azərbaycanlı hakim avrokubok matçına təyinat aldı

2017-08-15  Ölkə çempionu doğma anasının başını bədənindən ayırdı - FOTO

2017-08-11  \"Gəncə Marafonu - 2017\" keçiriləcək

2017-08-09  Rusiya-Kanada matçında kütləvi dava - VİDEO

2017-08-09  Azərbaycan millisinin sabiq üzvü qəzada öldü

2017-08-08  Atçılığın cıdır növü üzrə \"Böyük Bakı Derbi\" turnirinin qalibi müəyyənləşib

2017-08-08  Elçin Əsədov Ukraynada 3-cü oldu

2017-08-07  Millimiz İtaliya ilə qarşılaşacaq

2017-08-02  Azərbaycanlı məktəblilər erməni idmançıları vaxtından əvvəl məğlub ediblər

2017-07-29  Millimiz dünya reytinqində mövqeyini qorudu

2017-07-25  Olimpiya çempionumuza cinayət işi açıldı

2017-07-25  Bakıda Olimpiya çempionunun maşınla vurduğu qadın öldü

2017-07-25  Tennisçimiz Avropa çempionu oldu

2017-07-20  Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu - VİDEO

2017-07-13  Güllə atıcılığı üzrə respublika çempionatına yekun vuruldu

2017-07-13  18 yaşlı Avropa çempionumuz intihar edib

2017-07-12  Bakıda yeni tennis kortunun açılışı olub

2017-07-12  Paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb

Bütün xəbərlər
 
18 avqust 2017
18:00  Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
17:30  Premyer Liqa: 2-ci tur rəqəmlərin gözü ilə
17:26  Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi
16:11  "Qarabağ"ın oyununa 33 min bilet satılıb
16:00  Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək
14:39  UEFA "Legiya"nın siyasi pankarta görə cəzasını açıqladı
14:15  Azərbaycan reytinqdə mövqeyini qorudu
14:08  "Qarabağ" - "İnter" oyununa doğru - VİDEO
12:20  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:46  Millisi Sloveniyaya yenə məğlub oldu
11:34  Küveytli hakimlər Bakı Olimpiya Stadionuna gəlir
11:18  "Binə" növbəti transferini reallaşdırdı
11:06  Klublarımız Avropa Liqasından nə qədər qazandı?
10:50  "Beşiktaş" Ermənistan yığmasının futbolçusunu satışa çıxarır
09:41  İlin ən yaxşı məşqçisi və futbolçusu adına namizədlər kimlərdir?
09:27  "Fənərbaxça" səfərdən məğlub dönür - VİDEO
09:21  UEFA Maksim Medvedyevlə bağlı qərarı açıqladı
09:16  "Traktor Sazi" ilk qələbəsinə sevindi
17 avqust 2017
17:02  "Beşiktaş" "Qalatasaray"lı futbolçunu transfer etmək istəyir
16:35  Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu
16:27  "Qalatasaray"dan "Qəbələ" açıqlaması
16:08  "Real" qol rekordunu yenilədi
15:16  Macarıstanda keçiriləcək dünya çempionatında 17 cüdoçumuz mübarizə aparacaq - VİDEO
15:02  "Qarabağ" rəsmisi "Kopenhagen"in şikayətinə münasibət bildirdi
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.