
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxacaq.
Olimpiya.az xəbər verir ki, rəqib Türkiyə "Fənərbaxça"sı olacaq.
Bakıdakı Voleybol Mərkəzində keçiriləcək görüşü rusiyalı ALeksandr Pavlov və yunanıstanlı Epaminondos Gerotodorosdan ibarət hakimlər briqadası idarə edəcək.
4 turdan sonra "Fənərbaxça" 12 xalla C qrupuna başçılıq edir və növbəti mərhələyə vəsiqəni təmin edib. 9 xalla 2-ci pillədə olan "Azərreyl" də bu hüquqa vaxtından əvvəl yiyələnmək üçün Türkiyə təmsilçisindən 2 set almağı bacarmalıdır.
Qeyd edək ki, oyun saat 18:00-da başlanacaq.