AZ | EN | RU


Gimnastika >>
Bakı Dünya Kubokuna hazırlaşır
09 fevral 2017   16:20

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələsinə hazırlıq yekunlaşır.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

 

 

 

 



Çap et | e-mail

     

2017-07-27  Gimnastlarımız Polşada Ümumdünya Oyunları 2017-də gümüş medal qazanıblar

2017-07-12  Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

2017-05-10  Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

2017-04-30  İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu

2017-04-26  Rusiyalı gimnastlar Bakıya gəldi

2017-04-19  Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır

2017-04-14  Gimnastlarımız İtaliyada 3-cü oldular

2017-02-27  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı

2017-02-20  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

2017-02-15  Bakıda Dünya Kubokunda yüksək nəticə göstərəcək gimnastlara xüsusi mükafat veriləcək - FOTO

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

2016-07-14  2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bütün xəbərlər
 
Bu gün
02:15  Çempionlar Liqasında gecənin nəticələri
01:45  "Bəlkə də Türkiyədə bu cür səhvləri bağışlayırlar" - Fatih Terim
00:49  "Qəbələ" kubok oyununa Bakıda hazırlaşır
00:12  "Qalatasaray" məğlub olaraq avroliqaya getdi - VİDEO
11 dekabr 2018
22:38  "Olimpiakos" Yaya Tureni göndərdi
22:17  37 yaşlı hücumçu Messiyə çatdı
21:42  David Silva sıradan çıxdı
18:41  AFFA əməkdaşı beynəlxalq forumda iştirak edir
18:07  AFFA "Səbail"in şikayətini rədd etdi
17:42  Millimizlə adı keçən məşqçidən açıqlama
17:15  “Azərbaycan millisini hər iki oyunda məğlub etməliyik” - Slovakiya millisinin üzvü
17:08  Millimiz Braziliya ilə qarşılaşa bilər
16:55  U-21 yığma komandamızın oyunlarının təqvimi
16:38  Avroliqanın Bakıda keçiriləcək finalına biletlərin qiyməti açıqlandı
16:13  Kuboku idarə edəcək hakimlər açıqlandı
14:10  Mövsümün 5-ci avtoqolu
13:51  Məşhur futbolçunun ölümündə 2 həkim şübhəli bilinir
13:35  "Qarabağ"dan rekord, Dani və Mahirdən yubiley
12:58  Milllimizin oyunlarının təqvimi
12:24  Millimizin rəqibləri müəyyənləşdi
11:43  "Arsenal"ın aparıcı üzvü "Qarabağ"a qarşı oynamayacaq
11:35  Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi
11:28  "Mançester Siti"də yeni müqavilə
11:09  Xorvatiya - Azərbaycan oyununun stadionu bəlli oldu
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.