AZ | EN | RU


Atletika >>
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu - 2017" keçiriləcək
06 fevral 2017   12:53

 Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək.

Fonddan verilən xəbərə görə, ikinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

“Bakı Marafonu-2017” ötən il olduğu kimi marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Qeyd edək ki, 2016-cı il mayın 1-də təşkil olunan ilk yarımarafonda 7 mindən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən yarımarafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri də qoşulub. Yarımarafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən turistlər də iştirak edib.

Bu il keçiriləcək yarımarafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. “Bakı Marafonu-2017”də iştirak etmək istəyənlər qeydiyyat üçün fevralın 10-dan aprelin 20-dək Bakının ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu-2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunan ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcəklər.

“Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Bununla yanaşı, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçısı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar “Bakı Marafonu-2017”nin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon  www.bakumarathon.az saytında təqdim olunacaq.



Çap et | e-mail

     

2018-08-14  \"Əllərimi qaldırmasaydım, Avropa rekordunu qıracaqdım\"

2018-08-13  Burnundan qan açılan atlet Avropa çempionu oldu

2018-08-13  Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb

2018-08-10  İki atletimiz Avropa çempionatının finalında

2018-08-10  Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib

2018-08-10  Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu

2018-08-08  Azərbaycanlı atlet: \"Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaqdır\"

2018-07-30  Azərbaycan yığması Avropa birinciliyinin qalibi olub

2017-08-21  Ramil Quliyevdən növbəti qızıl medal - VİDEO

2017-08-18  Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək

2017-08-16  Qızıl medal qazanmış atletimizdə dopinq aşkarlandı

2017-08-11  İlham Əliyev Ramili təbrik etdi

2017-08-11  Ramil Quliyev: \"Azərbaycan bayrağını qaldırmaq arzum idi\"

2017-08-11  Türkiyə prezidenti azərbaycanlı idmançını təbrik etdi

2017-08-11  Ramil Quliyev Londonda dünya çempionu oldu - VİDEO

2017-07-19  İslam oyunlarında fərqlənən ağırlıqqaldıranlarımız mükafatlandırılıb

2017-07-07  Azərbaycanlı atletdən tarixi uğur

2017-07-02  Azərbaycanlı atlet ən yüksək nəticəyə imza atdı

2017-06-15  Ramil Quliyev Useyn Boltu keçdi

2017-06-01  Anasının \"bakirədir\" dediyi idmançımızın oğlu oldu

Bütün xəbərlər
 
Bu gün
16:00  "Zirə" - "Keşlə" matçında dəyişiklik
15:46  Çempionlar Liqasının yeni topu təqdim edildi - FOTO
15:44  6 illik azarkeş qadağası ləğv edilir
12:50  "Barselona"nın sabiq üzvü İsveçrə klubunda
12:35  "Atletiko"lu oyunçu "Mançester Yunayted"in təklifini rədd edib
12:27  "Roma" oyunçu ilə yollarını ayırdı
12:09  Messi milli karyerası ilə bağlı qərarını verdi
11:51  "İnter"də yeni müqavilə
11:19  "Modriç əvvəl-axır İtaliyaya gedəcək"
11:00  "Qarabağ"-ın UEFA-dan əldə edəcəyi qazancı müəyyənləşdi
10:50  "Real" - "Atletiko" Superkubok matçı - hansı kanalda?
10:42  "Artıq bu oyunu unudub, Avroliqanı fikirləşməliyik" - Qurban Qurbanov
10:20  “Fənərbaxça” yenə ÇL-dan kənarda qaldı
10:18  ÇL-nın pley-off mərhələsində qarşılaşacaq bütün cütlüklər
10:06  Azərbaycan mövqeyini dəyişdi - UEFA reytinqi
09:11  BATE - "Qarabağ" matçında vurulan qollar - VİDEO
14 avqust 2018
22:49  "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək - YENİLƏNİB
18:45  "Roma"dan 28 milyonluq transfer - rəsmi
18:18  Rusiya millisinin hücumçusu "Valensiya"da
18:09  "Keşlə" 2 transferini bildirdi - rəsmi
18:05  Yığmamız "Qarabağ"ın oyununda tribunada olacaq
17:30  Milimiz Belarusa qalib gəldi
17:00  DÇ-2018-in gümüş medalçısı milli karyerasını başa vurdu
16:40  "Əllərimi qaldırmasaydım, Avropa rekordunu qıracaqdım"
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.