AZ | EN | RU


Taekvondo >>
Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA
23 yanvar 2017   12:17

Azərbaycanın taekvondoçu qadınlardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park Federasiyadan uzaqlaşdırılma və yığmanın aparıcı üzvü Fəridə Əzizovanı döyməsi barədə yayılmış məlumatları yalanlayıb.

Olimpiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, koreyalı mütəxəssis daha yaxşı iş təklifi olduğu üçün federasiyadan ayrıldığını bildirib:

"Fəridə Əzizova ilə əlaqədar yazının müəllifi Elşən Məmmədovla danışdım. Yazdıqlarını nəyə əsaslanaraq yazdığını soruşdum. Məqalənin tamamilə Fəridə Əzizovanın sözlərinə əsaslandığını söylədi. Azərbaycan Taekvondo Federasiyası tərəfindən də Elşən Məmmədova açıqlama verməsi üçün müraciət olduğuna görə, eyni izahatı federasiyaya göndərdiyini dedi. Federasiya tərəfindən işimdən uzaqlaşdırılmağım yalan məlumatdır. Əslində, müqavilə şərtləri ilə əlaqədar razılıq əldə edilmədiyinə və daha yaxşı şərtlərlə iş təkliflərinin mövcud olduğuna görə Azərbaycan Taekvondo Federasiyasında fəaliyyətimi durdurmağa qərar verdim. Çox şadam ki, Azərbaycan üçün Rio Olimpiyadasında Bürünc medal nəticəsini verə bildim. Taekvondoya göstərdiyi qayğı və dəstəyə görə Federasiyasının prezidenti Kəmaləddin Heydərova dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda fəaliyyətimi xoş və müsbət təəssüratla bitirməyi çox istəsəm də, bu cür böhtan və yalan dolu yazılar Azərbaycanla bağlı təəssüf hissi yaradır".

Sabiq baş məşqçimiz onu da qeyd edib ki, haqqında yazılmış ittihamlarla bağlı məhkəməyə müraciət edəcək: "Fəridə Əzizova bu sözləri dediyini inkar edir. Nəticə etibarilə Fəridə Əzizova və Elşən Məmmədov arasında iki şəxsdən biri yalan danışır və böhtan atır. Bu hər kimdirsə qanun qarşısında cavab verəcək".

Qeyd edək ki, Fəridə Əzizova 2012-ci ildə gənclər arasında dünya çempionu, 2013-cü ildə dünya, 2014-cü ildə isə Avropa çempionatının bürünc medalçısı olub. Yazıda 2015-ci ildə baş məşqçi ilə aralarında anlaşılmazlıq olduğu, məşqçinin idmançını vurması qeyd olunub. Həmin vaxtdan sonra onlar arasında soyuq münasibət yaranıb. Son olaraq da koreyalı mütəxəssis 2016-cı il dekabrın ortalarında Bakıda keçirilmiş Qran Prinin final mərhələsində və komandalararası dünya çempionatında Əzizovaya şans verməyib.

 

 

 

 

 



Çap et | e-mail

     

2017-08-23  Universiadada daha bir qızıl medal qazandıq

2017-08-22  Ermənini məğlub edən idmançımız gümüş qazandı

2017-08-17  Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu

2017-06-30  Azərbaycan taekvondoçusu dünya çempionu olub

2017-06-30  İdmançımız dünya çempionatında bürünc medal qazanıb

2017-05-01  Taekvondoçularımızdan Afinada 8 medal

2017-04-29  Azərbaycan taekvondoçusu Afinada qızıl medal qazanıb

2017-04-19  İdmançımız İranda 2 medal qazandı

2017-02-15  Yığmamız \"Turkish Open\"dən 10 medalla qayıdır

2017-02-14  Azərbaycan taekvondoçusu Türkiyədə çempion oldu

2017-02-13  Taekvondo yığmamızdan 7 medal

2017-02-10  Azərbaycan klubu Avropa çempionu oldu

2017-02-07  Azərbaycan taekvondoçuları Türkiyədə 9 medal qazanıblar

2017-02-04  Milli komandamız Avropa çempionatında çıxış edəcək

2017-01-25  Azərbaycan yığmasında yeni məşqçi

2017-01-19  Azərbaycan taekvondoçusu yığmanın sabiq baş məşqçisi tərəfindən döyülüb

2017-01-17  Milli komandamızda yeni baş məşqçi

2016-12-21  İlin ilk taekvondo yarışı yanvarda keçiriləcək

2016-12-12  Bakıda taekvondo üzrə komandalararası dünya çempionatı start götürüb

2016-12-06  Bakıya 47 ölkədən 128 taekvondoçu gələcək

Bütün xəbərlər
 
Bu gün
02:06  "River Pleyt" 4-cü dəfə Libertadores Kubokunu qazandı
09 dekabr 2018
23:28  A seriyasında 12 ildən sonra maraqlı hadisə
23:13  "Ehtiyatda qalmağıma səbəb Mirabdulladır" - Karikari
22:33  "Neftçi"nin "Sumqayıt"la qolsuz heç-heçəsi - VİDEO
22:24  "Qərar budur, nə edə bilərik? Hörmətlə yanaşırıq" - Rəşad Sadıqov
22:04  "Bu gün bizim günümüz deyildi" - Roberto Bordin
21:44  "Futbolçularımın əziyyətini boşa vermək istəmirdim" - Ayxan Abbasov
21:38  "Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb" - Aftandil Hacıyev
21:23  “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq" - Sənan Qurbanov
20:59  "Qəbələ"dən xal itkisi - VİDEO
20:46  "Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır" - Samir Abasov
19:41  "Millədə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu" - Qurban Qurbanov
19:28  "Səbail" "Qəbələ" oyununda qalib müəyyənləşmədi
19:02  "Qarabağ"dan darmadağın
18:49  "Neftçi" - "Sumqayıt": start heyətlər
18:44  "Bir insanın 22 futbolçunu idarə etməsi çətindir" - Tərlan Əhmədov
18:25  "Kimlərin gedəcəyini müəyyənləşdirmişik" - Elşad Əhmədov
18:12  "Liverpul"un oyunçusu 6 aylıq disklafikasiya oluna bilər
17:52  "Keşlə" səfərdə qalib gəldi
17:05  "Səbail" - "Qəbələ": start heyətlər
16:36  "Zirə" - "Qarabağ": heyətlər açıqlandı
16:25  Ramil Şeydayev futbolçuya hücum çəkdi - VİDEO
16:09  Messi 15 milyona təyyarə aldı
15:48  Prosineçkidən yeni xəbər
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.