AZ | EN | RU


Digər növlər >>
Tofiq Heydərov: "İslam Həmrəyliyi Oyunlarında qarşımıza 5 medal qazanmağı məqsəd qoymuşuq"
19 yanvar 2017   12:35

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da inkişaf göz qabağındadır. Atletlərimiz irimiqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. İnkişafda olan idman növlərindən biri də ağır atletikadır. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov ölkəmizdə idmanın bu növünün inkişafı və qarşıda duran vəzifələr barədə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycanda ağır atletikanın inkişafını necə qiymətləndirirsiniz?

- Bu gün ağır atletika Azərbaycanda kütləvi inkişaf dövrünü yaşayır. Bölgələrdə AAAF-yə və klublara məxsus mərkəzlər fəaliyyət göstərir. Belə mərkəzlər dünyanın heç bir ölkəsində yoxdur. Biz zona və rayon yarışlarını məhz həmin mərkəzlərdə keçiririk. İdmanın bu növü üzrə kütləvilik yüksək səviyyədədir. Sovet dövrü və sonrakı vaxtlarda ölkə yarışlarında körpücük üzərinə çıxan idmançıların sayı 150-ni ötmürdü. Hazırda yarışlara 700-dən artıq idmançı qatılır. Xüsusən də yeniyetmələr arasında nəticələrimiz daha yüksəkdir. Hər il bu yaş kateqoriyasında yeni idmançılarımız parlayır, qitə və dünya, beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, həmin idmançılar bölgələri təmsil edirlər.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ağır atletikanın inkişafı bütün bölgələrdə sürətlə müşahidə olunmağa başladı. Hətta elə bölgələrimiz var ki, burada idmanın bu növü ilə ümumiyyətlə məşğul olmamışdılar. Buna misal olaraq, Lerik və Samux rayonlarını göstərmək olar. Hazırda həmin bölgələrin yetirmələri ölkə çempionatında inamlı çıxış edib, mükafatçılar sırasında yer alırlar. İndi Astarada böyük təlim-məşq bazası var. Həmçinin 60-a yaxın məşqçimiz fəaliyyət göstərir.

- Milli komandamıza legionerlərin dəvət olunması nəzərdə tutulubmu?

- Müstəqilliyin bərpasından sonra idmançılarımızın nəticələri o qədər də ürəkaçan deyildi. Legionerlərə ehtiyacımız var idi. İdmançıları başqa ölkələrdən dəvət edirdik. Ancaq bu gün bizim idmançılarımız başqa ölkələrə gedirlər. Buna misal olaraq, Nicat Rəhimovu göstərmək olar. O, Qazaxıstan millisinin heyətində Olimpiya çempionu oldu. Bir daha yeniyetmə idmançılarımızın uğurlu çıxışını vurğulamalıyam. Bir mütəxəssis kimi düşünürəm ki, bizim legioner idmançılara ehtiyacımız yoxdur. Regionlarda mərkəzlər yaratmışıq ki, oradan çıxan atletlərə dəstək olaq və onların millinin heyətində çıxış etməsinə kömək göstərək. Bizim üçün yerli idmançının beynəlxalq yarışda beşinci yerə çıxması legionerin qızıl medal qazanmasından daha yaxşıdır. Hazırda 12 ölkədə klublarımız fəaliyyət göstərir. Həmin klubların idmançıları bizə müraciət edərək Azərbaycanı təmsil etmək istədiklərini bildirirlər. Ancaq biz bunu qəbul etmirik. Onlara klub daxilində lazımı şərait yaradırıq ki, ölkələrində klubumuzu təmsil etsinlər. Ancaq legioner idmançılarımız da var. Onlar demək olar ki, artıq azərbaycanlılaşıblar. Neçə illərdir ki, ölkəmizdə yaşayırlar. Biz onların da qüvvəsində istifadə edəcəyik. Hətta legioner məşqçilərin belə gətirilməsini düşünmürük. Yeganə çatışmazlığımız qadınlardan ibarət yığmamızdadır. Biz yalnız buna görə xarici mütəxəssislərə müraciət etmişik.

- Ağır atletika idmanında dopinqdən istifadə hallarının qarşısı alınması istiqamətində Azərbaycanda hansı addımlar atılır?

- Dopinq problemi təkcə Azərbaycanda deyil. Bu problemlər bütün dünyada var. Ölkəmizdə dopinqə qarşı mübarizə həmişə diqqət mərkəzindədir. İdmanla məşğul olanlara həmişə belə preparatlar təklif olunur. Ancaq biz buna qarşıyıq. Çox vaxt deyirlər ki, bunun sayəsində medalsız qalacaqsınız. Fikir verin, 8 il əvvəl Olimpiya Oyunlarında çıxış etmiş idmançımızın analizindən nələrsə aşkarlanır. Səkkiz ildir həmin idmançıların qanı depolarda saxlanılır. Həmin vaxtla indiki texnologiyalar fərqlidir. İndi istifadəsinə icazə verilən dərmanların gələcəkdə necə olacağı bilinmir. Biz məşqçi və idmançılarla müqavilə bağlamışıq. Əgər hər hansı idmançı belə bir halla qarşılaşsa onu böyük cəza gözləyir. Həmçinin yeni yaradılan Azərbaycan Anti-dopinq Agentliyinin də fəaliyyətindən yararlanacağıq. Ağır atletikada dopinqsiz də uğura qazanmaq mümkündür. Bunun üçün idmançılar öz üzərində çox çalışmalıdırlar. Biz uğur qazanmaq istəyiriksə, ən güclü yeniyetmə idmançıları seçməliyik. Bilirsiniz ki, federasiyanın nəzdində “Zirvə” liseyi fəaliyyət göstərir. Hər il biz bölgələrdən yeniyetmələri liseyə cəlb edirik. Hazırda liseydə üç sinif fəaliyyət göstərir.

- Ağır atletlərimizin qarşıdakı yarışlara hazırlığı barədə nə deyə bilərsiniz?

- Ötən ilin sonunda ölkə kuboku yarışı təşkil olunub. Bununla milli komandanın heyəti formalaşdırılıb. Qarşıda duran əsas məqsəd İV İslam Həmrəyliyi Oyunlarında və yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir. Apreldə Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Biz yeniyetmələrdən ibarət komandanı bu yarışlara hazırlayırıq. Ötən təlim-məşq toplanışlarına yüzə yaxın idmançı cəlb olunmuşdu. Biz onların arasından öz gücü ilə medal qazana biləcək idmançıları seçdik. İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 15-18 yaşlı idmançılar təmsil edəcəklər. Biz Bakıda təşkil olunacaq yarışda 5 medal qazanmağı qarşıya məqsəd qoymuşuq.

- Tofiq müəllim, maraqlı müsahibəyə görə sağ olun.

- Təşəkkür edirəm, sağ olun.



Çap et | e-mail

     

2017-04-20  Məşhur idmançı qələbədən sonra özünü asdı

2017-04-19  \"Formula-1\"də böyük qalmaqal - Milyarder həbs olundu

2017-04-14  Maksim Averin Azərbaycan yığması və klubundan kənarlaşdırılıb

2017-04-14  Azərbaycanlı velosipedçi \"Tour de Maroc\"un qalibi oldu

2017-03-04  Azərbaycan Futnet Assosiasiyasının təqdimatı olub

2017-02-28  Keçmiş SSRİ-nin məşhur hokkeyçısı vəfat edib

2017-02-27  Millinin üzvü qəzada öldü

2017-02-23  Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb

2017-02-23  Əfsanəvi basketbolçu prezident seçildi

2017-02-21  Milli komandamızın əcnəbi üzvləri kimdir?

2017-02-21  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi

2017-02-17  Tennisçimiz \"France Open\"in qalibi oldu

2017-02-16  Bakı-2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək

2017-02-16  Azərbaycanlı idmançı xəsarət aldı, həkim tapılmadı - FOTO

2017-02-15  3 qat Olimpiya çempionu həbs olundu

2017-02-14  Formula 1 biletləri yeni qiymətə təklif olunur

2017-02-14  Türkiyə yığması Rusiyada biabır oldu - 0:42

2017-02-13  Bakı klubunu avrokubokdan kənarlaşdırdılar

2017-02-09  Zabit Səmədova məğlub olan döyüşçü həbs olundu

2017-02-08  Qadınlar milli komandamızın üzvünü qarət etdi

Bütün xəbərlər
 
Bu gün
18:00  Premyer Liqanın bütün medalçıları bəlli oldu
16:48  Millimiz Qazaxıstanla qarşılaşacaq
16:31  Premyer Liqa: Gümüş medallar "Qəbələ"nin oldu
16:00  Azərbaycan çempionatında yeni rekord
15:29  Devid Bekhem mükafatlandırıldı
15:20  "Forza Neftçi"dən boykot qərarı
15:16  Türkiyə klubunda yeni baş məşqçi
12:30  "Qarabağ" - "Sumqayıt" matçında vurulan qollar - VİDEO
12:24  Premyer Liqada mövsümün ən yaxşı futbolçusu məlum oldu
12:05  İslamiada: Rəsmi uniformalar təqdim edildi - FOTO
11:18  Çempionlar Liqasının qalibi müəyyənləşdi
10:22  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
09:54  "El-Klasiko"da vurulan qollar - VİDEO
09:40  Türkiyə Superliqasında çıxış edən futbolçu intihar etdi
09:36  "Kəpəz"in vacib səfər qələbəsi - VİDEO
00:01  "Qarabağ" medallarına və kuboka qovuşdu - VİDEO
23 aprel 2017
16:47  Hidayət Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu"su mükafatına layiq görüldü
15:28  "CÜDO TV" təqdim edir: Avropa çempionumuz Elxan Məmmədov - VİDEO
13:06  "Qəbələ" "Gent"ə qalib gəldi - VİDEO
11:50  Türkiyə Superliqasında futbolçular jurnalisti döydülər - FOTO
11:35  "Qarabağ" ilk ulduzuna qovuşdu - FOTO
11:31  İspaniya La Liqasında yenilik olacaq
22 aprel 2017
20:08  Elxan Məmmədov da Avropa çempionu oldu!
18:24  I Divizion klubu baş məşqçini qovdu
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.