AZ | EN | RU


Digər növlər >>
İntiqam Zairov: "Ömrümü idmanda boşa verdim"
16 yanvar 2017   14:29

"Gündə bir oyun çıxarırlar, baş aça bilmirəm. Belə də olmaz". Olimpiya.az xəbər verir ki, bunu  ağırlıqqaldırma üzrə Azərbaycanın yığma komandasının sabiq üzvü İntiqam Zairov orqanizmindən istifadəsi qadağan olunmuş preparatının dəfələrlə aşkarlanması ilə əlaqədar danışarkən deyib.

O, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunları, 2013-cü il Avropa çempionatı və 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi ilə əlaqədar fikirlərini bölüşüb: "Bəli, məndən dopinq tapıldı. Amma baxın: Bir olimpiadadan 8 il, o biridən 4 il keçib. Belə şey olar? Adicə hər gün bir telefonun yeni modelləri çıxır. Yeni texnikalar olduqca, hamı dopinqə düşməlidir".

İ.Zairov orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatlarının dəfələrlə aşkarlanması ilə əlaqədar heç kimi günahlandırmadığını və bu sahədə çəkdiyi əziyyətin hədər olduğunu söyləyib: "Deyirlər ki, 2013 və 2015-ci illərdə də dopinq-testdən keçə bilməmisən. Nə deyim? Onlara nəyisə sübut etmək qeyri-mümkündür. 20 il çəkdiyim əziyyət hədər oldu. Məndən 4 dəfə dopinq tapılıb. Belə çıxır ki, ömrümü idmanda boşa vermişəm. Bunlar siyasət, Rusiya ilə əlaqədar olan məsələlər, hamısı yoxlama ilə görülən işlərdir. Yəni, xəbərim olmadan mənə qadağan olunmuş dərman verməyiblər. Bu məsələdə kimisə günahkar saymaq boş şeydir. Daldan atılan daş topuğa dəyər".

Yığmanın 32 yaşlı sabiq üzvü peşəkar idmançı karyerasını başa vurduğunu bildirib. O, məşqçi kimi fəaliyyət göstərməyə hazır olduğunu dilə gətirib: "2015-ci ildə tək məni yox, bir neçə idmançını 8 il müddətinə diskvalifikasiya etdilər. Artıq 32 yaşım var və idmanı buraxdım. İmkan olsa, məşqçi kimi işləyəcəyəm. Federasiyadan məsləhət görsələr, işləyərəm. Niyə də işləməyim? Mən bu yolda olmuşam. "Başqa iş gör" desələr, onu da edəcəyik. Yəqin ki, gec-tez bir işlə təmin olunaram".

Qeyd edək ki, İntiqam Zairov dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün "Pekin-2008" və "London-2012"də müvafiq olaraq, tutduğu 9-cu və 6-cı yerlərdən məhrum edilib. O, 2013-cü il Avropa çempionatında qızıl medal qazansa da, orqanizmindən istifadəsi qadağan olunmuş preparatın tapılması səbəbindən 2 illik cəzalanıb. Cəza müddətini başa vurduqdan sonra Zairov 2015-ci il dünya çempionatına qatılıb. Amma bu dəfə təcrübəli ağırlıqqaldıran dopinq-testi müsbət nəticə verdiyi üçün 9-cu yerdən məhrum edilib.



Çap et | e-mail

     

2017-07-20  Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu - VİDEO

2017-07-13  Güllə atıcılığı üzrə respublika çempionatına yekun vuruldu

2017-07-13  18 yaşlı Avropa çempionumuz intihar edib

2017-07-12  Bakıda yeni tennis kortunun açılışı olub

2017-07-12  Paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb

2017-07-11  Yığmamızdan 4 darmadağınlı qələbə

2017-07-10  İkiqat dünya çempionu Gəncədə adam öldürdü

2017-07-06  \"Araz\" klubunun futzal üzrə UEFA kubokunda rəqibləri müəyyənləşib

2017-07-03  Millimiz beynəlxalq turnirdə 3-cü oldu

2017-06-29  Bakıda çempion qızı maşın belə vurub öldürdü - VİDEO

2017-06-29  Azərbaycan milli komandasında yeni baş məşqçi

2017-06-29  \"Formula 1\" Azərbaycan Qran Prisində ən yüksək sürət qeydə alınıb

2017-06-29  Xanım çempionumuz faciəvi şəkildə öldü - FOTO

2017-06-28  \"Formula 1\" üzrə Azərbaycan Qran Prini nə qədər tamaşaçı izləyib?

2017-06-26  Ramazan bayramınız mübarək!

2017-06-25  Azərbaycan Prezidenti Qran-Prinin qalibinə kuboku təqdim edib

2017-06-25  Fyodor Yemelyanenko nokautla uduzdu - VİDEO

2017-06-25  \"Formula-1\" üzrə Azərbaycan Qran-prisinin qalibi kim olacaq?

2017-06-24  5 pilot Bakı trasında qəza törətdi

2017-06-24  Azərbaycan Qran Prisinin pilotları ilə növbəti avtoqraf sessiyası keçirilib

Bütün xəbərlər
 
21 iyul 2017
17:29  UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
17:04  "Qarabağ" - "Şerif" matçı canlı yayımda
16:52  UEFA Superkubokunun hakim təyinatları müəyyənləşib
16:30  "Kəpəz"in daha 2 rəqibinin adına aydınlıq gəldi
14:25  "Qarabağ" - "Şerif" matçının biletləri satışda
14:17  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
13:09  "Panatinaikos" - "Qəbələ" oyununun vaxtı açıqlandı
13:00  "Səbail" məğlub oldu
12:28  Bu klubunun nizam-intizamı pozan futbolçuları mağazalarda satıcı işləyəcəklər
11:45  Futbol əfsanəsi azadlığa çıxır
11:36  "Sumqayıt" ərəbləri darmadağın etdi - VİDEO
10:41  Kamran Ağayevin özünə yeni klub tapdı
10:28  Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
09:10  "Qalatasaray"dan erkən vida - VİDEO
09:02  "Qəbələ"ni növbəti mərhələyə yüksəldən qollar - VİDEO
08:59  "Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO
20 iyul 2017
16:40  "Qarabağ"dan daha bir ilk
15:26  Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu - VİDEO
15:12  Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
15:01  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:20  "Qarabağ" - "Şerif" matçının biletlər satışa çıxarılır
12:11  Azərbaycanlı mütəxəssis Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
10:55  "Sumqayıt"ın növbəti yoxlama oyununda ərəblərlə qarşılaşacaq
10:40  "Qarabağ" - "Şerif" matçının vaxtı açıqlandı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.