AZ | EN | RU


Futbol >>
"Neftçi"nin ən böyük azarkeş klubunun rəhbəri: "Ruslan Abışovun transferinə qarşıyıq"
12 yanvar 2017   13:28

“Ruslan Abışovun transferinə qarşıyıq. Onu yenidən “Neftçi”nin formasında görmək istəmirik”. Bunu  “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyib.
 
Azərbaycan millisinin üzvü Ruslan Abışovun “İnter”dən “Neftçi”yə keçməsi birmənalı qarşılanmayıb. Xüsusən də, “Forza Neftçi” fan-klubu bu keçidi qətiyyətlə pisləyir.
 
Məsələ ilə bağlı danışan Sübhan Əliyev 29 yaşlı oyunçunu heç vaxt qəbul etməyəcəklərini vurğulayıb: “Ruslan Abışov 2012-ci ildə “Xəzər Lənkəran”ın 1,2 milyon dollarlıq təklifini qəbul edib qaçdı. “Neftçi”ni sevsəydi, döyüş vaxtı atıb getməzdi. O, Messi də olsa, “Neftçi”yə qayıtmasını istəmirik. Necə ki, Araz Abdullayev o vaxt azarkeşi söydüyü üçün bağışlanmadısa, Abışovu da “Xəzər Lənkəran”a keçməsinə görə bağışlamırıq. “Neftçi”də oynasa da, azarkeş tərəfindən sevilməyəcək. Bizim üçün onun varlığı ilə yoxluğu bilinməyəcək. Bizi pis gündə dəyişib əzəli rəqibə keçən oyunçu ilə barışa bilmərik”.
 
Fan-klub rəhbəri Ruslan Abışovu sadiq olmamaqda günahlandırıb. Onun fikrincə, təcrübəli oyunçu indi də “İnter”i pis vəziyyətdə qoyub: “Neftçi”də Zaur Tağızadə, İqor Getman olub, vaxtilə Anatoli Banişevski kimi futbolçu çıxış edib. Sadiqliyi onlar göstəriblər. Bunu 20 illik tribuna təcrübəmə əsasən deyirəm. Yaxşı yadımdadı, Zaur Tağızadəyə “Xəzər Lənkəran” böyük pullar təklif elədi, amma o, getmədi. “Xəzər Lənkəran” da başa düşdü ki, əzəli rəqibdi, arada prinsipiallıq var. Flavinyo da “Neftçi”də 300 minə oynayırdı. Ruslan Abışov, sadiq idinsə, elə onda qalardın da. Belə olsaydı, indi kapitan kimi komandanı meydana çıxarırdın. İndi də “İnter”ə zərbə vuraraq gəlirsən. “İnter”in transfer qadağası var. Sadiq oyunçu belə vəziyyətdə komandasını atmaz. Sən “Qəbələ”də də, “İnter”də də qol vuranda formanın üzərindəki gerbi öpmüsən. Yəqin ki, indi yaxşı pul müqabilində gəlir”.
 
Sübhan Əliyev “Neftçi”nin yeni transferinə qarşı oyunlar zamanı hansı addımı atacaqlarına hələ qərar vermədiklərini söyləyib: “Biz bu gün “Neftçi”də Mirhüseyn Seyidovu görmək istərdik. Onun oyununu, sadiqliyini görmüşük, öz yetirməmizdi. Türkiyədə Gökhan Gönül pula görə “Fənərbaxça”nı “Beşiktaş”a dəyişdi. Amma fanatlar onu bağışlamadılar, Kadıköydəki görüşdə başına oyun açdılar. Biz azad qrupuq, başqaları kimi, klubdan maliyyələşmirik. Qərarları özümüz veririk. Bu gün də Ruslan Abışovun transferinə qarşıyıq”.
 
“Forza Neftçi” fan-klubu uğursuz çıxışa görə, mövsümün ilk iki dövrəsində komandanın əksər oyunlarını boykot edir, oyunlarına gəlmirdi. Əliyev ikinci yarıdan etibarən kluba dəstəklərini əsirgəməyəcəklərini deyib: “İki il gözlədik və sonra başa düşdük ki, bizi aldadırlar, komandanı məhv etmək üçün gəliblər. Bu səbəbdən oyunları boykot etməyi qərara aldıq. Baş məşqçi Elxan Abdullayev isə gələndən deyirdi ki, mənə yanvara qədər vaxt verin. Üçüncü dövrədən komandaya necə lazımdısa dəstək olacağıq. İnanırıq ki, o da verdiyi sözə əməl edəcək. İnşallah, biz də başqa “Neftçi” görərik, əvvəlki əzəmətini qaytaran, çempionluğa oynayan komanda izləyərik”.
 
Qış fasiləsində baş tutan transferlərə də münasibət bildirən Əliyev “Neftçi” rəhbərliyinin bu siyasətindən tam razı qalmadıqlarını vurğulayıb: “Qış transferlərinin 3-4-ündən razıyıq. Məsələn, Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Erreranın keçidindən razıyıq. Amma yerli oyunçular daha çox almaq lazımdı. Ortada limit söhbəti var. Axı kimləri oynadacaqsan? Bizə maraqlı gələn odu ki, bu gün yerli futbolçular “Neftçi”yə gəlmək istəmirlər. Bilmirik, rəhbərliyə görə gəlmirlər, yoxsa başqa səbəbdən. Nədənsə, güclü yerlilər burdan boyun qaçırırlar. Təki gələnlər yaxşı olsun və əvvəlki “Neftçi”ni izləyək”.

apasport



Çap et | e-mail

     

2017-02-24  Mourinyo Klaudio Ranyeriyə dəstək oldu

2017-02-24  Məşqçilər Komitəsi millimizin nümayəndələri ilə görüşdü

2017-02-24  \"Bavariya\"da 16 yaşlı futbolçu

2017-02-24  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2017-02-24  \"Neftçi\"də \"İnter Arena\"ya köçdü

2017-02-24  \"Şəmkir\"in yeni baş məşqçisi məlum oldu

2017-02-24  Çempion olduqdan 9 ay sonra qovuldu

2017-02-24  Avropa Liqası: Gecənin bütün nəticələri

2017-02-24  \"Qarabağ\"ın prezidentinə \"Şöhrət\" ordeni təqdim edildi - FOTO

2017-02-23  TFF Dəniz Yılmazın cəzasını açıqladı

2017-02-23  \"Energetik\" - \"Tovuz Turan\" matçında 8 qol - VİDEO

2017-02-23  İstanbul derbisinin hakimi müəyyənləşdi

2017-02-23  Millimizin futbolçusu əfv edildi

2017-02-23  \"Göyəzən\" - \"Səbail\" matçında qol yağışı - VİDEO

2017-02-23  Hansı oyunu, hansı kanalda? - TV AFİŞA

2017-02-23  Azərbaycan millisini İslamiadaya Yaşar Vahabzadə çıxaracaq

2017-02-23  Azərbaycanlı əfsanə 71 yaşında

2017-02-23  Çempionlar Liqasında yeni rekord

2017-02-23  \"Qaradağ Lökbatan\"dan 3 cavabsız qol - VİDEO

2017-02-23  AZAL növbəti transferini reallaşdırdı

Bütün xəbərlər
 
Bu gün
12:17  Mourinyo Klaudio Ranyeriyə dəstək oldu
12:13  Məşqçilər Komitəsi millimizin nümayəndələri ilə görüşdü
11:37  "Bavariya"da 16 yaşlı futbolçu
11:35  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:24  Rüstəm Orucovdan maraqlı açıqlamalar - VİDEO
11:20  "Neftçi"də "İnter Arena"ya köçdü
09:26  "Şəmkir"in yeni baş məşqçisi məlum oldu
09:13  Çempion olduqdan 9 ay sonra qovuldu
09:02  Avropa Liqası: Gecənin bütün nəticələri
00:25  "Qarabağ"ın prezidentinə "Şöhrət" ordeni təqdim edildi - FOTO
00:21  Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışdılar - VİDEO
23 fevral 2017
20:38  "Azərreyl" Çempionlar Liqasında Türkiyə komandasına məğlub oldu
20:33  TFF Dəniz Yılmazın cəzasını açıqladı
17:50  "Energetik" - "Tovuz Turan" matçında 8 qol - VİDEO
16:09  Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb
15:36  İstanbul derbisinin hakimi müəyyənləşdi
14:18  Əfsanəvi basketbolçu prezident seçildi
14:07  Millimizin futbolçusu əfv edildi
13:45  "Göyəzən" - "Səbail" matçında qol yağışı - VİDEO
13:40  Hansı oyunu, hansı kanalda? - TV AFİŞA
12:12  Azərbaycan millisini İslamiadaya Yaşar Vahabzadə çıxaracaq
10:20  Azərbaycanlı əfsanə 71 yaşında
10:14  Çempionlar Liqasında yeni rekord
10:11  "Azərreyl" klubu Çempionlar Liqasında V tur matçına çıxacaq
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.