AZ | EN | RU


Cüdo >>
Azərbaycan Cüdo Federasiyasının rəsmisi yeni qaydalardan danışdı
10 yanvar 2017   17:46

Cüdo idman növünün qaydalarındakı yeni dəyişikliklər İJF-nin (Beynəlxalq Cüdo Federasiyası) hakimlər və məşqçilər üçün Bakıda təşkil etdiyi seminarda nümayiş etdirilib.
Bu barədə  Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Fariz Hüseynov məlumat verib.
O, yeni qaydaların sınaq xarakterli olduğunu bildirib: "Yeni qaydalar avqustda keçiriləcək dünya çempionatına qədər sınaqdan çıxarılacaq. Qaydalar müsbət effektli olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər tətbiq ediləcək".
F.Hüseynov cüdo görüşlərində hakimlərin sayının azaldığını da açıqlayıb. Onun sözlərinə görə, görüşləri yalnız bir hakim idarə edəcək: "Bu addım tamaşaçıların anlamasını da asanlaşdırır. Əvvəl zala girən adam baxırdı ki, iki nəfər görüşür, ancaq 3 hakim var. İndi isə görüşləri bir hakim idarə edəcək. Bu da kənardan cüdonu qavramaq üçün daha asandır".
Komitə sədri ümumilikdə cüdo qaydalarında bir neçə dəyişikliyin olduğunu söyləyib: "Bundan sonra kişi və qadınların görüşləri 5 dəqiqə yox, 4 dəqiqə davam edəcək. Yarışın 4 dəqiqəsində hansısa idmançı texniki fənd göstərməsə, qalib cərimə xallarına əsasən müəyyənləşməyəcək və görüş qızıl xala doğru gedəcək. Bu zaman ilk texniki fəndi edən idmançı qalib gələcək. Üstəlik, 3 cərimə xalı olan idmançı da məğlub sayılacaq. Yuko fəndi tamamilə ləğv olunub. Bundan sonra yukoya da vaza-ariyə vaza-ari xalı veriləcək. Əvvəl iki vaza-arı ippona bərabər idisə, indi həmin fəndlərin sayı məhdudlaşdırılmayacaq. Üstəlik, cərimə xallarının sayı 4 yox, 3 olacaq. Artıq 3 cərimə alan idmançı məğlub olacaq. Ayaqdan hücum və ya müdafiə qaydalarında da dəyişiklik edilib. Əvvəllər bu, birbaşa məğlubiyyət idisə, indi ilk ayaqdan tutmağa şido, ikinci dəfədə isə məğlubiyyət verilir. İdmançıları, yeniyetmələri fəqərə zədəsindən, onurğa fəsadlarından qorumaq üçün də dəyişiklik edilib. Artıq başın yerə dəyməsinə ippon yox, hansuki veriləcək. Əvvəlki qaydalara əsasən, baş yerə dəydisə, sən vəziyyətdən vaza-ari ilə də çıxa bilərdin. Amma indi bu fəndə birbaşa məğlubiyyət verilir".
F.Hüseynovun sözlərinə görə, yeni qaydalar bir neçə gün sonra keçiriləcək Bakı birinciliyində tətbiq olunacaq: "Həmin seminardan sonra biz Azərbaycanın bütün məşqçi və hakimlərini Bakıya dəvət edib, onlarla görüşdük. Seminar təşkil etdik və bütün yeni qaydaları onların diqqətinə çatdırdıq. Bu səbəbdən, düşünürəm ki, birincilikdə yeni qaydaların tətbiqi heç bir problem yaratmayacaq".
Qeyd edək ki, yanvarın 6-da Bakıda İJF-nin hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar start götürüb. İki gün davam etmiş seminarda 99 ölkədən 370 şəxs iştirak edib. Yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

report



Çap et | e-mail

     

2017-01-24  U-13 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib

2017-01-23  Yeniyetmə cüdoçularımız yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırılıb - FOTOLAR

2017-01-19  \"CÜDO TV\"nin beynəlxalq seminarla bağlı hazırladığı xüsusi veriliş - VİDEO

2017-01-18  Millimiz Fransaya 7 cüdoçu ilə gedir

2017-01-16  \"CÜDO TV\" təqdim edir: Gənclərin Bakı şəhər açıq birinciliyindən maraqlı anlar

2017-01-12  Cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə start verilib

2017-01-12  Pakistan idmançıları Bakıya 200 nəfərlik heyətlə gələcək

2017-01-10  Azərbaycanın tanınmış cüdoçuları Avstriyada

2017-01-09  Bakıda qəbul edilən yeni qaydalar cüdoçular, hakimlər və yerli məşqçilərin diqqətinə çatdırıldı - FOTOSESSİYA

2017-01-09  Marius Vizer Sadıq Sadıqova Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatını təqdim etdi

2016-12-30  Nazir müavini 2016-cı ilin yekun tədbirində

2016-12-24  Cüdo TV təqdim edir: 2016-cı ilin son cüdo yarışından maraqlı anlar - VİDEO

2016-12-23  Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLAR

2016-12-18  Azərbaycan cüdoçuları \"Qızıl Liqa\" yarışının medallarını qazandılar

2016-12-16  Bakıda cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək - VİDEO ANONS

2016-12-12  Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

2016-12-12  Azərbaycan millisinin üzvü Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

2016-12-12  Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyində əzmkar mübarizə - VİDEO

2016-12-11  Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

2016-12-10  Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyində ikinci günün qalibləri müəyyənləşdi

Bütün xəbərlər
 
Bu gün
15:26  Hakimlərimizin Antalyadakı son oyunları
14:52  U-13 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib
14:48  "Şəmkir"dən mesaj - "Hədəfimiz Premyer Liqadır!" - VİDEO
12:36  Millimizin üzvü Türkiyə klubundan qovuldu
12:00  AZAL Qulliti transfer etdi
11:57  Milli komandamızın üzvü Türkiyə Superliqasında debüt etdi
11:54  Premyer Liqada ilin ilk oyunlarının vaxtı açıqlandı
11:38  "Qəbələ" son sınağına çıxır
11:23  Beyldən "Real" azarkeşlərinə şad xəbər
11:09  Maşallah Əhmədov son sözdən imtina etdi
10:41  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:36  "Səbail" Almaniya klubu ilə sülhə razılaşdı
10:27  Aleksandr Səmədov millimizdən imtinasının səbəbini açıqladı
10:04  Seneqal və Tunis Afrika Kubokunun 1/4 finalına vəsiqə qazanıb
09:29  Formula 1-in rəhbəri dəyişdi
09:28  "Beşiktaş" liderliyi ələ keçirdi
09:16  Dortmund klubunda yeni müqavilə
23 yanvar 2017
16:21  Mustafa Dənizli Azərbaycan millisinin futbolçularının baş məşqçisi olacaq?
15:41  Dünya çempionatının püşkatma mərasimi Kremldə
15:23  Ən çox kobudluq Neymara qarşı edilir
15:21  "Roma" 87 illik rekordunu təkrarladı
14:38  Daha bir futbolçu "Mançester Yunayted"i tərk edir
14:33  Formula 1-də Ekklstoun erası başa çatır?
13:52  Yeniyetmə cüdoçularımız yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırılıb - FOTOLAR
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.