AZ | EN | RU


Futbol >>
Şehiç "Qarabağ"da keçirdiyi hər gündən həzz alır
09 yanvar 2017   18:35

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç klubun rəsmi saytına açıqlama verib.

Olimpiya.az xəbər verir ki, o, əvvəlcə komandasının Antalya toplanışı haqda danışıb:

“İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz legioner futbolçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik, məncə, tətil tam yerinə düşdü. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”.

Bosniyalı qolkiper  mövsümün ilk yarısını da dəyərləndirib: “Hər il bizim üçün çətin olur. Geridə qalan həm yaxşı, həm pis günlərimiz oldu. Həm zədəlilərimiz, həm də cəzalılarımız oldu.  Mövsümün ilk yarısı da bizim üçün uğurlu alındı. Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni edib Premyer Liqaya tam hazır olmalıyıq”.

Şehiç ötən ili karyerasının ən uğurlu ili adlandırıb: “Ötən il mənim həyatımda ən uğurlu il oldu. Həm milli komandada, həm də "Qarabağ"da uğurlar əldə etdim. Bunun səbəbi də “Qarabağ”dır, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”.

Son olaraq Şehiç "Qarabağ"dakı rəqabətdən danışıb: "Komandamızda hər mövqedə rəqabət var və hər kəs də komandaya xeyir vermək üçün əlindən gələni edir. Hər mövqedə 2-3 futbolçu olmalıdır. Hazırda da komandamızda 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.



Çap et | e-mail

     

2017-02-22  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

2017-02-22  Premyer Liqa: XX tur rəqəmlərin gözü ilə

2017-02-22  Çempionlar Liqaı: \"Mançester Siti\" və \"Atletiko\" qalib gəldi

2017-02-21  Çempionlar Liqasının oyunlarını necə izləyək? - TV AFİŞA

2017-02-21  \"Kəpəz\"in stadionundan nə xəbər var?

2017-02-21  \"Qarabağ\" Respublika Stadionunda oynamayacaq

2017-02-21  \"Zirə\"nin qolkiperi siyahıdan çıxdı

2017-02-21  Neymar və 2 klub yenidən məhkəmə qarşısında

2017-02-21  Futbol oyunu zamanı qarşıdurma yaratmış 28 azarkeş saxlanılıb

2017-02-21  Azərbaycan çempionatında yeni komanda

2017-02-20  Çempionlar Liqası tarixində ilk qadın məşqçi

2017-02-20  Azərbaycanlı futbolçu rəsmən \"Anji\"də

2017-02-20  Ruslan Abışovun durumuna aydınlıq gəldi

2017-02-20  \"Barselona\" tarixində ilk dəfə

2017-02-20  17-ci turun təqvimi açıqlandı

2017-02-20  \"Fənərbaxça\"nın prezidenti yenidən məhkəmədə

2017-02-20  İtaliya klubunda baş məşqçi dəyişikliyi

2017-02-20  \"Sumqayıt\"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib

2017-02-20  Premyer Liqa: Turun rekordu Qəbələdə qeydə alındı

2017-02-20  Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Bütün xəbərlər
 
Bu gün
13:26  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
09:44  Premyer Liqa: XX tur rəqəmlərin gözü ilə
08:52  Çempionlar Liqaı: "Mançester Siti" və "Atletiko" qalib gəldi
21 fevral 2017
17:35  Çempionlar Liqasının oyunlarını necə izləyək? - TV AFİŞA
16:31  "Kəpəz"in stadionundan nə xəbər var?
16:23  "Qarabağ" Respublika Stadionunda oynamayacaq
16:20  "Zirə"nin qolkiperi siyahıdan çıxdı
12:46  Milli komandamızın əcnəbi üzvləri kimdir?
12:43  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi
09:40  Neymar və 2 klub yenidən məhkəmə qarşısında
09:37  Futbol oyunu zamanı qarşıdurma yaratmış 28 azarkeş saxlanılıb
09:12  Azərbaycan çempionatında yeni komanda
20 fevral 2017
21:30  Çempionlar Liqası tarixində ilk qadın məşqçi
21:22  Azərbaycan birinciliyi başa çatdı
21:18  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb
16:58  Azərbaycanlı futbolçu rəsmən "Anji"də
16:29  Ruslan Abışovun durumuna aydınlıq gəldi
16:24  "Barselona" tarixində ilk dəfə
14:16  Hacı Əliyev: "Dünya Kubokunda haqsızlıqla üzləşdik"
14:07  17-ci turun təqvimi açıqlandı
12:30  "Fənərbaxça"nın prezidenti yenidən məhkəmədə
12:25  "Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib
12:21  Premyer Liqa: Turun rekordu Qəbələdə qeydə alındı
12:10  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.