AZ | EN | RU


Digər növlər >>
İlin ən yaxşıları müəyyənləşdi
26 dekabr 2016   22:50

Bu gün "Buta Palace"da 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbirin aparıcıları ilk dəfə olaraq "Bu şəhərdə" teatrının aktyorları, əməkdar artislər Rafael Dadaşov və Coşqun Rəhimov olub. Mərasim bədii hissə ilə başlayıb.
Mərasimdə ilk olaraq çıxış edən Azad Rəhimov qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, 2016-cı il idmanımızın təntənəsi olub: "Bu il 857 medal olub ki, onun 357-si qızıldır. İdmançılarımız 192 beynəlxalq turnirə qatılıblar. Bakıda 52 turnir olub".
Çingiz Hüseynzadə isə idmançılarımızın sınaqdan üzüağ çıxdıqlarını və tarixi nəticələr qazandıqlarını söyləyib.
Tədbir zamanı bir sıra nominasiyalar üzrə mükafatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın 2016-cı ildə qazandığı medallar ötən illə müqayisədə 3 medal çoxdur.
İlin ən yaxşı məşqçiləri - Elnur Amanov (taekvondo), Aslan Ağayev (sərbəst güləş), Fərhad Məmmədov (cüdo), Hikmət Hacıyev (kikboksinq).
İlin ən yaxşı idman hakimləri -  Faiq Həsənov (şahmat), Fikrət Vəliyev (qılıncoynatma), Hicran Şərifov (güləş), Rövşən Hüseynov (boks), Fariz Hüseynov (cüdo).
İlin ən fəal idman veteranı - Məmməd Useynov.
İlin idman həkimi - Esmiralda Ələkbərova.
İlin ən yaxşı idman jurnalisti - Elşən Məmmədov (Report.az).
İlin ən yaxşı media layihəsi - Space FM-də "İdmanda" verilişinin aparıcıları Elnur Əsədov və Anar Nəbiyev.
İlin ən yaxşı idman agentliyi - www.extratime.az.
İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı - "İdman-Azərbaycan" telekanalı.
İlin ən yaxşı idmanın təbliğatında uğurlu layihə - "CBC Sport" telekanalı.
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula-1), "Qəbələ" Atıcılıq İdman Klubu.
İlin ən yaxşı federasiyası -  Azərbaycan Taekvondo Federasiyası.
İlin ən yaxşı idman təşkilatı: “Neftçi İdman Klubu” İctimai Birliyi.
İlin ən yaxşı idman qurğusu: Heydər Əliyev adına İdman Konsert Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Cəlilabad Olimpiya İdman Kompleksi.
İlin ən yaxşı klub komandası: “Synergy Baku Cycling Procekt” velosiped komandası.
Oyun idman növləri üzrə ilin ən yaxşı komandası: Azərbaycanın futzal üzrə milli yığma komandası.
İlin ən yaxşı komandası - Azərbaycan Milli Olimpiya Komandası.
Aşağıdakı idmançılar fəxri diplomla təltif ediliblər:
Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiklərinə görə - Kamran Şahsuvarlı (boks), Lorenzo Sotomayor (boks), Milad Beygi Harçeqani (taekvondo), Patimat Abakarova (taekvondo), Şərif Şərifov (sərbəst güləş), Natalya Sinişin (qadın güləşi), Rəsul Çunayev (yunan-Roma güləşi), Cəbrayıl Həsənov (sərbəst güləş), Sabah Şəriəti (yunan-Roma güləşi), Hacı Əliyev (sərbəst güləş), Toğrul Əsgərov (sərbəst güləş), Xetaq Qazyumov (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Rüstəm Orucov (cüdo), Elmar Qasımov (cüdo), Ramil Qasmov (cüdo), Bayram Mustafayev (cüdo), Rövşən Səfərov (cüdo), Yelena Çebanu (atletika), Kamil Əliyev (atletika), İradə Əliyeva (atletika), Dmitri Saley (üzgüçülük), Raman Saley (üzgüçülük), İnna Osipenko Radomska (kayak), Valentin Demyanenko (kanoe sprint).
İlin ən yaxşı idmançıları - Hidayət Heydərov (cüdo üzrə Avropa birinciliyinin qalibi), İslam Abbasov (yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu), Rafael Ağayev (karate üzrə dünya çempionu), Oleq Stepko (idman gimnastikası üzrə dünya kubokunun qalibi), Ramazan Rüstəmov (qol güləşi üzrə dünya və Avropa çempionu), Bəxtiyar İskəndərzadə (kikboksinq üzrə peşəkarlar arasında dünya çempionu), Emil Həsənov (sambo üzrə dünya çempionatının gümüş mükafatçısı), Yelena Vıstropova (boks üzrə Avropa çempionu), Marina Durunda (bədii gimnastika üzrə dünya kubokunun bürünc mükafatçısı).
(report)

 

 

 

 

 



Çap et | e-mail

     

2017-01-19  Milli komandada yeni baş məşqçi

2017-01-19  Tofiq Heydərov: \"İslam Həmrəyliyi Oyunlarında qarşımıza 5 medal qazanmağı məqsəd qoymuşuq\"

2017-01-17  Basketbol çempionatının təqvimi açıqlandı

2017-01-16  İntiqam Zairov: \"Ömrümü idmanda boşa verdim\"

2017-01-16  Bakıda keçiriləcək Avropa çempionatında yeniliklər

2017-01-16  Arda Turan basketbol oynadı - FOTO

2017-01-11  Azərbaycanda basketbolçu həbs olundu

2016-12-29  Prezident Kubokunun qalibi müəyyənləşib

2016-12-28  İlin ən yaxşı idmançısı məlum oldu

2016-12-28  Azərbaycan millisi dünya reytinq cədvəlində ilk onluqda

2016-12-23  Azərbaycan prezidenti ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

2016-12-21  Bakı klubu Avrokubok matçlarını Azərbaycanda oynamaqdan imtina etdi

2016-12-21  Məşhur tennisçi evinə girən oğru tərəfindən bıçaqlandı

2016-12-18  Azərbaycanlı kikboksçu növbəti çempionluq

2016-12-15  İdmançımız ermənini məğlub edib dünya çempionu oldu

2016-12-15  \"Synergy Baku\" dünya reytinqində 4-cü oldu

2016-12-15  Azərbaycanı təmsil edən idmançı mövqeyini qorudu

2016-12-14  İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə tədbirləri təsdiqləndi

2016-12-14  Əmrah Çəlikəl və Qurban Qurbanov açılış mərasimində

2016-12-14  Amerika futbolunun tanınmış oyunçusu vəfat edib

Bütün xəbərlər
 
Bu gün
12:17  Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA
12:00  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:53  Millimizin üzvü İtaliyada məğlubiyyətə üzüldü
10:48  Azərbaycanlılar "Birlik kuboku" ilə bağlı yaxşı təklif irəli sürüblər
10:46  Paytaxt klubu İtaliyaya yollandı
10:41  "Traktor Sazi" qələbə qazandı
10:28  Məşhur futbolçunun "Qəbələ"yə keçidi baş tutmadı
09:32  "Barselona"nın futbolçusu ciddi zədələndi
09:09  Millimizin üzvü yenə komandasının qələbəsini kənardan izlədi
08:48  "Qarabağ" Bakıya bu qələbə ilə qayıdır - VİDEO
08:46  Kral klubunda daha 2 itki
21 yanvar 2017
14:02  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
13:49  Cerard "Liverpul"a qayıtdı
13:36  "Zirə"dən yeni transfer - FOTO
13:28  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
13:14  Kollinaya FİFA-da yeni vəzifə verildi
13:10  Ulduz futbolçunun maşınına hücum etdilər
13:00  Həftənin ən gözəl qolları - VİDEO
12:53  FİFA-ya tarixi cəza
12:45  "Traktorsazi" də 20 Yanvarı unutmadı - FOTO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:36  "Qəbələ" "Traktorsazi"ni darmadağın etdi - VİDEO
20 yanvar 2017
11:42  Azərbaycan Belarus millisinə qarşı
11:40  Çin klubundan Ardaya növbəti təklif
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.