AZ | EN | RU


Güləş >>
Güləşçilərimizdən 62 qızıl, 61 gümüş, 132 bürünc medal
24 dekabr 2016   11:08

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.

Olimpiya.az xəbər verir ki, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Yığma komandalarımızın üzvləri 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Olimpiya Oyunları, Avropa və Dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla toplam 86 medal qazanıb. Son 8 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal qazansa da 2016-cı ildə bu rəqəm 86-ya yüksəlib.

Böyüklər

İlin əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.

Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Sərbəst güləşçilərimiz 6 idmançıya 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqlayıb.

Makedoniyanın Skopye şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 4 gümüş və 3 bürünc medalla tamamlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.

İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Bir çox aparıcı güləş ölkələrinin medal qazana bilmədiyi Dünya çempionatını hər növdə iki idmançı ilə təmsil olunan yığmamız 2 bürünc medalla tamamlayıb.

U-23

Bolqarıstanın Ruse şəhərində tarixdə ikinci dəfə keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 3 qızıl, 4 gümüş və 6 bürünc medalla tamamlayıb və ötənilki nəticəni (9 medal) daha da yaxşılaşdırıb.

Gənclər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatıbda pəhləvanlarımız ümumilikdə 12 medala (5 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.

Fransanın Makon şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması  8 (2 qızıl, 1 gümüş və 5 bürünc)medal qazanıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.

Yeniyetmələr

2016-cı il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız İsveçin paytaxtı Stokholm şəhərində təşkil edilən Avropa çempionatında 15 (1 qızıl, 4 gümüş və 10 bürünc)medal qazanıb (ötən il bu rəqəm 9 olub), sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub.

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Dünya çempionatında isə güləşçilərimiz 10 (2 qızıl, 3 gümüş və 5 bürünc) medal qazanıblar. Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstərib.

Bundan başqa, yığma komandalarımız bu il 9-cu dəfə keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıb. Bu medalların 45-nin əyarı qızıl, 38-i gümüş və 86-nın əyarı isə bürünc olub.

Beləliklə, 2016-cı il ərzində güləşçilərimiz 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıb. Bu medallardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 13 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 103 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 130-nu sərbəst, 94-nü yunan-Roma güləşçiləri qazanıb, 31 medal isə qadın güləşçilərin payına düşüb.

Qarşıdan gələn 2017-ci il idmançılarımız üçün növbəti məsuliyyətli bir təqvim ili olacaq. Belə ki, ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və güləşçilərimizin qarşısında bu yarışda da uğurlu çıxış etmək, bu günə qədər qazanılan nailiyyətlərin sırasına yenilərini əlavə etmək məqsədi durur.

 

 

 



Çap et | e-mail

     

2018-11-08  Güləşçilərimiz dünya çempionatında iştirak edəcək heyəti

2018-10-27  Eldəniz Əzizli belə dünya çempionu oldu - VİDEO

2018-10-26  Dünya çempionumuzdan açıqlama - VİDEO

2018-10-26  Rəsul Çunayev dünya çempionatında bürünc medal qazandı

2018-10-26  Güləşçimiz dünya çempionu oldu!

2018-10-24  Azərbaycan güləşçisi dünya çempionatının finalında

2018-10-23  \"Çempion olacağıma inanırdım\" - Cəbrayıl Həsənov - VİDEO

2018-10-22  Cəbrayıl finalda uduzdu - dünya çempionatı

2018-10-14  Nurməhəmməd Hacıyev \"Ugra Open\"in qalibi oldu

2018-10-14  Şahanə Nəzərova Olimpiadada bürünc medal qazanıb

2018-10-09  Güləşçimiz dünya çempionu olub

2018-09-13  Dünya çempionatının keçiriləcəyi şəhər bilindi

2018-08-06  Gənc sərbəst güləşçilərimiz Avropa ikincisi oldu

2018-08-05  Sərbəst güləşçilər ilk gündə 3 medal qazanıb

2018-08-04  Azərbaycanda güləş üzrə beynəlxalq turnir keçiriləcək

2018-08-03  Avropa çempionatının ikinci günündə 1 medal

2018-07-28  Azərbaycanın 10 güləşçisi Avropa çempionatında çıxış edəcək

2018-06-04  Hacı Əliyev may ayının ən yaxşı idmançısıdır

2017-08-23  Elvin Mürsəliyev bürünc medal qazandı

2017-08-22  Güləşçilərimizdən dünya çempionatında uğursuz start

Bütün xəbərlər
 
Bu gün
13:26  Paşayev 35 dəqiqə oynadı, komandası uduzdu
13:13  İbrahimoviçin “Milan”a dönüşü alınmayıb
13:00  "Neftçi" klubunda yeni müqavilə
12:45  Sterlinqə qarşı irqçilik
12:19  Libertadores kubokunu “River Pleyt” qazandı - VİDEO
11:53  Reynaldo yenidən “Qarabağ”da
02:06  "River Pleyt" 4-cü dəfə Libertadores Kubokunu qazandı
09 dekabr 2018
23:28  A seriyasında 12 ildən sonra maraqlı hadisə
23:13  "Ehtiyatda qalmağıma səbəb Mirabdulladır" - Karikari
22:33  "Neftçi"nin "Sumqayıt"la qolsuz heç-heçəsi - VİDEO
22:24  "Qərar budur, nə edə bilərik? Hörmətlə yanaşırıq" - Rəşad Sadıqov
22:04  "Bu gün bizim günümüz deyildi" - Roberto Bordin
21:44  "Futbolçularımın əziyyətini boşa vermək istəmirdim" - Ayxan Abbasov
21:38  "Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb" - Aftandil Hacıyev
21:23  “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq" - Sənan Qurbanov
20:59  "Qəbələ"dən xal itkisi - VİDEO
20:46  "Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır" - Samir Abasov
19:41  "Millədə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu" - Qurban Qurbanov
19:28  "Səbail" "Qəbələ" oyununda qalib müəyyənləşmədi
19:02  "Qarabağ"dan darmadağın
18:49  "Neftçi" - "Sumqayıt": start heyətlər
18:44  "Bir insanın 22 futbolçunu idarə etməsi çətindir" - Tərlan Əhmədov
18:25  "Kimlərin gedəcəyini müəyyənləşdirmişik" - Elşad Əhmədov
18:12  "Liverpul"un oyunçusu 6 aylıq disklafikasiya oluna bilər
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.