AZ | EN | RU


Güləş >>
İki güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
11 dekabr 2016   00:05

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb. Çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edir.
İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
Sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Əhmədnəbi Qvarzatilov yarımfinala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Ardıcıl olaraq Monqolustan, Belarus və Hindistan idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimiz Gürcüstan idmançısı ilə gərgin keçən yarımfinal görüşündə hesabda öndə olmasına baxmayaraq son saniyələrdə minimal fərqlə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan Əhmədnəbi Fransadan olan rəqibini məğlub edərək fəxri kürsüdə yer alıb.
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində yarışan Həsən Əliyev də yığmamıza bürünc medal qazandırıb. Həsən ardıcıl olaraq Xorvatiya, Gürcüstan və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Moldova təmsilçisi ilə gərgin keçən görüşdə 3:3 hesablı bərabərlik qeydə alınsa da son xalı rəqib qazandığından finala yüksəlib. Həsən Əliyev bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisini üstələyən güləşçimiz fəxri kürsüdə yer alıb.
55 kq
1/8 final - Otgontsetseg Davaasux (MGL) - Alyona Kolesnik 10:5
61 kq
Bürünc medal görüşü - Yuriy Syemakin (FRA) - Əhmədnəbi Qvarzatilov 1:4
1/2 final - Beka Lomtadze (GEO) - Əhmədnəbi Qvarzatilov 12:11
1/4 final - Əhmədnəbi Qvarzatilov - Bajrang Bajrang (İND) 10:0
1/8 final - Heorhi Kaliyeu (BLR) - Əhmədnəbi Qvarzatilov 2:4
1/16 final - Tuvshintulga Tumenbileg (MGL) - Əhmədnəbi Qvarzatlov 2:12
71 kq
Bürünc medal görüşü - Adam Kurak (RUS) - Həsən Əliyev 1:2
1/2 final - Daniel Cataraga (MDA) - Həsən Əliyev 3*:3
1/4 final - Həsən Əliyev - Pavel Liax (BLR) 8:0
1/8 final - Həsən Əliyev - Mindia Tsulukidze (GEO 3:1
1/16 final - Həsən Əliyev - Dominik Etlinger (CRO) 2:1
Dekabrın 11-də isə sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə idmançılar mübarizə aparacaq.

 

 

 

 



Çap et | e-mail

     

2017-02-27  Qadın güləşçilərimiz Stadnikin vətənində

2017-02-20  Hacı Əliyev: \"Dünya Kubokunda haqsızlıqla üzləşdik\"

2017-02-18  Sərbəst güləşçilərimiz Dünya üçüncüsü oldu

2017-02-17  Azərbaycan və Türkiyə üz-üzə gələcək

2017-02-16  Millimiz dünya kubokuna qələbə ilə başladı

2017-02-15  Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

2017-01-09  \"Neftçi İdman Klubu\"nun üzvü dünya reytinq cədvəlində 3-cü oldu

2016-12-24  Güləşçilərimizdən 62 qızıl, 61 gümüş, 132 bürünc medal

2016-12-20  Umar Çeçenistanda Azərbaycana qızıl medal qazandırdı

2016-12-19  Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar

2016-12-15  Güləşçilərimiz Dağıstanda yarışacaq

2016-12-11  Güləşçilərimizdən fiasko

2016-12-07  Güləşçilərimiz dünya çempionatına bu heyətlə gedəcək

2016-12-06  Bakıda 19 yaşlı peşəkar idmançı intihar etdi

2016-11-28  Güləşçilərimiz 9 ildə 192 medal qazanıblar

2016-11-27  Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

2016-11-26  İdmançımız qızıl medal qazandı

2016-11-26  Qadın güləşçilərimiz 3 medal qazandı

2016-11-25  Güləşçilərimizdən ilk gündə 7 medal

2016-11-23  \"Qızıl Qran Pri\" turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı

Bütün xəbərlər
 
Bu gün
00:08  "Zirə"yə qələbə qazandıran qol - VİDEO
00:04  İstanbul derbisini "Beşiktaş" qazandı
27 fevral 2017
20:42  "Zirə" doğma meydanda qalib gəldi
20:30  "Qarabağ" - "İnter" matçına doğru - VİDEO
17:50  "Neftçi" AZAL-a qalib gəldi
16:59  Ayın ən yaxşı qolunun müəllifi mükafatına qovuşdu - FOTO
16:28  Prosineçki məşqçilərlə görüşdü
15:40  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
14:35  Elçin İsmayılov millinin baş məşqçisi oldu
13:35  Qadın güləşçilərimiz Stadnikin vətənində
13:32  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı
13:29  UEFA prezidenti siyasətdən danışdı
11:48  Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə edəcəklər
11:46  Millinin üzvü qəzada öldü
10:08  Boksçumuz Bolqarıstanda 2-ci oldu
10:05  Voleybolçumuzun komandası Yaponiya çempionatında liderliyini qorudu
10:04  Ronaldodan daha bir rekord
09:56  Almanlar Bakıdakı oyun üçün 800 bilet sifariş etdilər
25 fevral 2017
20:27  "Qarabağ" - "İnter" matçının hakimi müəyyənləşdi
14:16  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:32  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
12:28  Azərbaycanlı mütəxəssis "Makkabi" klubuna baş məşqçi təyin olunub
12:10  Millimizin üzvü olan avtobusa azarkeş hücum çəkdi
01:06  Azarkeşləri Balotelini təhqir etdiyinə görə kluba şərti cəza
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.