AZ | EN | RU


Digər növlər >>
Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı
02 dekabr 2016   17:02

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq. Olimpiya.az xəbər verir ki, eyni zamanda biletləri 17 müxtəlif məntəqədən, o cümlədən Park Bulvar və Gənclik alış-veriş mərkəzlərində, ASAN xidmətin Bakı və Sumqayıt şöbələrində və paytaxtın bir sıra teatr və mədəniyyət mərkəzlərində yerləşən bilet satışı məntəqələrindən əldə etmək mümkün olacaq.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi kimi öz yerini alıb.

Əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30%-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir.

BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Fürsətdən istifadə edərək hamını 2017-ci ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün indidən bilet alaraq bu möhtəşəm endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Ötən yay baş tutmuş yarış zamanı əldə etdiyimiz böyük uğur bizi əvvəlkindən daha böyük və daha yüksək səviyyədə Qran Pri yarışını keçirmək və Bakını Formula 1 təqvimində yer alan ən çox sevilən yarışlardan birinə çevirmək üçün  daha da böyük səylə çalışmağa ruhlandırdı. Növbəti iyun ayında Bakıda yarışı sizinlə birlikdə qeyd etməyi səbrsizliklə gözləyirik!”

Yarışın rəsmi adının Formula 1 Azərbaycan Qran Prisinə dəyişdirilməsi ilə əlaqədar A.Rəhimov belə qeyd edib: “İlk yarışımıza Avropa Qran Prisi titulunu seçən zaman məqsədimiz  ölkəmizi Avropanın bir parçası kimi, bizim qran prini isə Avropa yarışı kimi təqdim etmək idi. Eyni zamanda sahib olduğumuz Avropa dəyərlərini və qonaqpərvərliyimizi bütün dünyaya nümayiş etdirmək istədik ki, arzu edən hər kəs ölkəmizə gəlib  burada istədiyi rahatlığı tapa bilsin. Ancaq indi,yarışın Formula 1 Azərbaycan Qran Prisi  adlandırılmasının tam vaxtıdır. Ötən yay keçirdiyimiz yarışdan sonra çox sayda Formula 1 azarkeşi cəmiyyətimizin sahib olduğu Avropa dəyərlərinin şahidi oldu. Biz hesab edirik ki, bundan sonra bütün dünya ictimaiyyətinin diqqətini yarışın məhz Azərbaycanda keçirildiyinə cəlb etməliyik və buna görə də yarışın bundan sonra ölkənin adı ilə adlandırılması ən müvafiq addımdır".

2017 Formula 1 Azərbaycan Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir.

Bununla yanaşı yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün bir günlük biletlər də təklif olunur.

Dörd günlük endirimli biletlərin qiyməti 150 - 550 AZN, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 - 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Dünyanın ən böyük avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini canlı müşahidə etmək istəyənlərə müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın!



Çap et | e-mail

     

2017-02-21  Milli komandamızın əcnəbi üzvləri kimdir?

2017-02-21  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi

2017-02-17  Tennisçimiz \"France Open\"in qalibi oldu

2017-02-16  Bakı-2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək

2017-02-16  Azərbaycanlı idmançı xəsarət aldı, həkim tapılmadı - FOTO

2017-02-15  3 qat Olimpiya çempionu həbs olundu

2017-02-14  Formula 1 biletləri yeni qiymətə təklif olunur

2017-02-14  Türkiyə yığması Rusiyada biabır oldu - 0:42

2017-02-13  Bakı klubunu avrokubokdan kənarlaşdırdılar

2017-02-09  Zabit Səmədova məğlub olan döyüşçü həbs olundu

2017-02-08  Qadınlar milli komandamızın üzvünü qarət etdi

2017-02-05  Qusarda buzadırmanma üzrə ölkə çempionatı keçirilib

2017-02-03  \"Ferrari\" Formula 1-in səhmlərini satın almaq istəyir

2017-02-01  \"Bayer\"in qapıçısı Bakı klubunda

2017-01-31  Bakıda \"Formula-1\" üzrə konfrans keçiriləcək

2017-01-26  Milli komandamız ukraynalı baş məşqçiyə tapşırıldı

2017-01-24  Formula 1-in rəhbəri dəyişdi

2017-01-23  Formula 1-də Ekklstoun erası başa çatır?

2017-01-19  Milli komandada yeni baş məşqçi

2017-01-19  Tofiq Heydərov: \"İslam Həmrəyliyi Oyunlarında qarşımıza 5 medal qazanmağı məqsəd qoymuşuq\"

Bütün xəbərlər
 
Bu gün
17:35  Çempionlar Liqasının oyunlarını necə izləyək? - TV AFİŞA
16:31  "Kəpəz"in stadionundan nə xəbər var?
16:23  "Qarabağ" Respublika Stadionunda oynamayacaq
16:20  "Zirə"nin qolkiperi siyahıdan çıxdı
12:46  Milli komandamızın əcnəbi üzvləri kimdir?
12:43  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi
09:40  Neymar və 2 klub yenidən məhkəmə qarşısında
09:37  Futbol oyunu zamanı qarşıdurma yaratmış 28 azarkeş saxlanılıb
09:12  Azərbaycan çempionatında yeni komanda
20 fevral 2017
21:30  Çempionlar Liqası tarixində ilk qadın məşqçi
21:22  Azərbaycan birinciliyi başa çatdı
21:18  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb
16:58  Azərbaycanlı futbolçu rəsmən "Anji"də
16:29  Ruslan Abışovun durumuna aydınlıq gəldi
16:24  "Barselona" tarixində ilk dəfə
14:16  Hacı Əliyev: "Dünya Kubokunda haqsızlıqla üzləşdik"
14:07  17-ci turun təqvimi açıqlandı
12:30  "Fənərbaxça"nın prezidenti yenidən məhkəmədə
12:25  "Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib
12:21  Premyer Liqa: Turun rekordu Qəbələdə qeydə alındı
12:10  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:08  İtaliya klubunda baş məşqçi dəyişikliyi
19 fevral 2017
21:35  "Sumqayıt" AZAL-ı belə məğlub etdi - VİDEO
21:18  Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.