AZ | EN | RU


Digər növlər >>
"Terrora görə Bakıya üz tutduq"
24 noyabr 2016   15:14

"Bu, Azərbaycana 3-cü səfərimdir. İlk gəlişim 2011-ci ildə Beynəlxalq Prezident Kuboku Reqatası vaxtı baş vermişdi. Ondan sonra "Bakı-2015" I Avropa Oyunlarında iştirak etmişdim. İndi isə burada iclasda iştirak edirik”. Olimpiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopez qurumun "Boulevard Hotel"də təşkil olunan XXXVI Konqresi barədə danışarkən deyib.

İspaniyalı qonaq İCF-nin növbəti Konqresinin Bakıda keçirilməsindən böyük məmnunluq hissi duyduğunu qeyd edib: "İCF Konqreslərini iki ildən bir keçirir. Sonucu Konqresdə qərara gəlmişdik ki, növbəti iclası Tunisdə keçirək. Təəssüf ki, Tunisdə terror hücumları baş verdiyindən, federasiyanın Rəyasət Heyəti Növbəti Konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar apardım. Azərbaycan tərəfi və İCF-nin Rəyasət Heyətinin razılığı ilə növbəti Konqresi Bakıda keçirməyə qərar verdik. 100-dən çox ölkənin nümayəndəsinin Bakıda qəbul edilməsi və tədbirin təşkili böyük məsuliyyət, peşəkarlıq tələb edir. Azərbaycanın yüksək potensialı ilə tanışam və bilirəm ki, bu ölkə beynəlxalq irimiqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. Dünən Rəyasət Heyətimizin iclasında yekdilliklə Bakıdakı şəraitdən böyük razılıq ifadə olundu".

O, bildirib ki, Azərbaycana da İCF-nin idarəçilik strukturunda təmsil olunmağı təklif edib: "Kanoe ictimaiyyəti və iclaslarımız demokratikdir. Demokratik baxışla ümumi sistemin qəbul edilməsi bir qədər müəmmalı görünər. Çünki ümumi sitemin hər bir predmetinin xüsusi mövqeyi ola bilər. Ona görə də Konqres iştirakçıları hər bir predmetə ayrıca səs verməyə üstünlük verdilər. Bu, bizim üçün çox vacibdir. Çünki bugünkü tədbir Növbədənkənar Konqres idi. İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramını, yeni idarəçilik strukturunu müzakirəyə qoyduq və bu da gündəmdə vacib yer tutur. Çox şadam ki, bütün Konqres nümayəndələri hər bir predmet üzrə səs verdilər. Bu gün iclasımızda yalnız struktur məsələləri müzakirəyə qoyuldu. Sabah isə növbəti iclasda İCF-nin yeni prezidenti seçiləcək. Burada hər qitədən 4 üzv iştirak edir. Mən Azərbaycan nümayəndəliyinə də təklif etdim ki, gələcək üçün bu istiqamət üzrə irəli addım atsınlar. Çünki, Azərbaycan kanoe sahəsində çox güclü ölkədir”.

İCF prezidenti Azərbaycanda kayak və kanoe növlərinin vəziyyətindən və nüfuzlu beynəlxalq yarışların təşkili imkanlarından da danışıb: "Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastruktur mövcuddur. Bununla yanaşı, kanoe sahəsində çox potensiallı idmançılarınız var. İlk Avropa Oyunları zamanı Mingəçevirdəki şəraitlə tanış oldum. Orada yüksək struktur yaradılıb. Amma mən nüfuzlu yarışların təşkili baxımından Bakıya daha çox üstünlük verirəm”.

Qeyd edək ki, İCF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.



Çap et | e-mail

     

2017-01-23  Formula 1-də Ekklstoun erası başa çatır?

2017-01-19  Milli komandada yeni baş məşqçi

2017-01-19  Tofiq Heydərov: \"İslam Həmrəyliyi Oyunlarında qarşımıza 5 medal qazanmağı məqsəd qoymuşuq\"

2017-01-17  Basketbol çempionatının təqvimi açıqlandı

2017-01-16  İntiqam Zairov: \"Ömrümü idmanda boşa verdim\"

2017-01-16  Bakıda keçiriləcək Avropa çempionatında yeniliklər

2017-01-16  Arda Turan basketbol oynadı - FOTO

2017-01-11  Azərbaycanda basketbolçu həbs olundu

2016-12-29  Prezident Kubokunun qalibi müəyyənləşib

2016-12-28  İlin ən yaxşı idmançısı məlum oldu

2016-12-28  Azərbaycan millisi dünya reytinq cədvəlində ilk onluqda

2016-12-26  İlin ən yaxşıları müəyyənləşdi

2016-12-23  Azərbaycan prezidenti ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

2016-12-21  Bakı klubu Avrokubok matçlarını Azərbaycanda oynamaqdan imtina etdi

2016-12-21  Məşhur tennisçi evinə girən oğru tərəfindən bıçaqlandı

2016-12-18  Azərbaycanlı kikboksçu növbəti çempionluq

2016-12-15  İdmançımız ermənini məğlub edib dünya çempionu oldu

2016-12-15  \"Synergy Baku\" dünya reytinqində 4-cü oldu

2016-12-15  Azərbaycanı təmsil edən idmançı mövqeyini qorudu

2016-12-14  İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə tədbirləri təsdiqləndi

Bütün xəbərlər
 
Bu gün
16:21  Mustafa Dənizli Azərbaycan millisinin futbolçularının baş məşqçisi olacaq?
15:41  Dünya çempionatının püşkatma mərasimi Kremldə
15:23  Ən çox kobudluq Neymara qarşı edilir
15:21  "Roma" 87 illik rekordunu təkrarladı
14:38  Daha bir futbolçu "Mançester Yunayted"i tərk edir
14:33  Formula 1-də Ekklstoun erası başa çatır?
13:52  Yeniyetmə cüdoçularımız yeni yarış və hakimlik qaydaları ilə məlumatlandırılıb - FOTOLAR
13:46  La Liqada ən çox kobudluq hansı futbolçuya edilir?
13:30  "Arsenal" - "Şaxtyor" oyunu azərbaycanlı referiyə həvalə olundu
13:08  "Qarabağ" Antalyadan qayıdır
12:17  Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA
12:00  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:53  Millimizin üzvü İtaliyada məğlubiyyətə üzüldü
10:48  Azərbaycanlılar "Birlik kuboku" ilə bağlı yaxşı təklif irəli sürüblər
10:46  Paytaxt klubu İtaliyaya yollandı
10:41  "Traktor Sazi" qələbə qazandı
10:28  Məşhur futbolçunun "Qəbələ"yə keçidi baş tutmadı
09:32  "Barselona"nın futbolçusu ciddi zədələndi
09:09  Millimizin üzvü yenə komandasının qələbəsini kənardan izlədi
08:48  "Qarabağ" Bakıya bu qələbə ilə qayıdır - VİDEO
08:46  Kral klubunda daha 2 itki
21 yanvar 2017
14:02  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
13:49  Cerard "Liverpul"a qayıtdı
13:36  "Zirə"dən yeni transfer - FOTO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.