AZ | EN | RU


Digər növlər >>
"Bakıda kanal yaradılsa, biz dünya çempionatı təşkil edə bilərik"
24 noyabr 2016   15:06

"Çox şadam ki, Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi Bakıda keçirilir. Bu, bizim ölkə, federasiyamız üçün böyük şərəfdir".

Olimpiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov deyib.

Beynəlxalq Kanoe Federasiyasının (İCF) Bakıda keçirilən XXXVI Konqresindən danışan E.Zeynalov bu iclasın AMAF-ın yubiley ili ilə üst-üstə düşdüyünü bildirib: "Federasiya 2006-cı ildə təsis olunub. Bu il 10 illiyi qeyd edirik. Bu Konqres də həmin 10 illiklə üst-üstə düşür. Koqresdə 87 ölkənin nümayəndəsi iştirak edir. 200-dən artıq nümayəndə var. Bu da çox əhəmiyyətli tədbirdir. Bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah İCF-in yeni prezidenti də seçiləcək".

AMAF prezidenti Azərbaycanın gələcəkdə İCF-in İcraiyyə Komitəsində təmsil oluna biləcəyini söyləyib: "Hər qitədən, o cümlədən Avropadan İcraiyyə Komitəsində 4 nümayəndə təmsil olunur. Azərbaycan da bu qitəyə aiddir. Gələcəkdə Azərbaycana İcraiyyə Komitəsində üzvlük təklifləri ola və ölkəmiz də təmsil oluna bilər. Amma hazırda bu, gözlənilmir".

E.Zeynalovun sözlərinə görə, qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları da Bakıda keçirilə bilər: "Keçən il "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe də təmsil olundu və bu növlər üzrə yarış Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdır. Üstəlik, bu kanal Bakıda qurulmalıdır. Ölkəmizə çoxsaylı qonaqlar gəlir. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili lazımdır. Belə səbəblərdən, mənə elə gəlir ki, bu cür çempionatlar Bakıda keçirilməlidir. Bununla bağlı müəyyən işlər görülür. Çox şübhəsiz, Bakıda kanal yaradılsa, biz həm Avropa, həm də dünya çempionatı təşkil edə bilərik".

Qeyd edək ki, "Boulevard Hotel"də bu gün işə başlayan İCF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.



Çap et | e-mail

     

2017-01-19  Milli komandada yeni baş məşqçi

2017-01-19  Tofiq Heydərov: \"İslam Həmrəyliyi Oyunlarında qarşımıza 5 medal qazanmağı məqsəd qoymuşuq\"

2017-01-17  Basketbol çempionatının təqvimi açıqlandı

2017-01-16  İntiqam Zairov: \"Ömrümü idmanda boşa verdim\"

2017-01-16  Bakıda keçiriləcək Avropa çempionatında yeniliklər

2017-01-16  Arda Turan basketbol oynadı - FOTO

2017-01-11  Azərbaycanda basketbolçu həbs olundu

2016-12-29  Prezident Kubokunun qalibi müəyyənləşib

2016-12-28  İlin ən yaxşı idmançısı məlum oldu

2016-12-28  Azərbaycan millisi dünya reytinq cədvəlində ilk onluqda

2016-12-26  İlin ən yaxşıları müəyyənləşdi

2016-12-23  Azərbaycan prezidenti ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

2016-12-21  Bakı klubu Avrokubok matçlarını Azərbaycanda oynamaqdan imtina etdi

2016-12-21  Məşhur tennisçi evinə girən oğru tərəfindən bıçaqlandı

2016-12-18  Azərbaycanlı kikboksçu növbəti çempionluq

2016-12-15  İdmançımız ermənini məğlub edib dünya çempionu oldu

2016-12-15  \"Synergy Baku\" dünya reytinqində 4-cü oldu

2016-12-15  Azərbaycanı təmsil edən idmançı mövqeyini qorudu

2016-12-14  İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə tədbirləri təsdiqləndi

2016-12-14  Əmrah Çəlikəl və Qurban Qurbanov açılış mərasimində

Bütün xəbərlər
 
Bu gün
11:42  Azərbaycan Belarus millisinə qarşı
11:40  Çin klubundan Ardaya növbəti təklif
11:36  Fatih Terimi tənqid etdiyi üçün cəzalandı
11:30  Millimiz Səudiyyə Ərəbistanına yenildi
19 yanvar 2017
17:46  "Beşiktaş" futbolçusunu İngiltərə klubuna satdı
17:09  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
16:05  "CÜDO TV"nin beynəlxalq seminarla bağlı hazırladığı xüsusi veriliş - VİDEO
16:03  "Qoca sinyorlar"da 19 yaşlı futbolçu
15:55  Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlandı
14:42  Avropa çempionatının sonuncu loqosu da təqdim olundu
14:39  UEFA "Qarabağ" klubuna 980 min avro vəsait ayırdı
14:01  Milli komandada yeni baş məşqçi
13:29  Azərbaycanlı olimpiya çempionu hərbi xidmətdə - VİDEO
12:35  Tofiq Heydərov: "İslam Həmrəyliyi Oyunlarında qarşımıza 5 medal qazanmağı məqsəd qoymuşuq"
12:34  "İnter"in heç-heçəsi - VİDEO
12:23  Futbolçu müqaviləsini xəstəxanada imzaladı
12:19  Azərbaycan taekvondoçusu yığmanın sabiq baş məşqçisi tərəfindən döyülüb
11:48  "Sumqayıt" Antalyada son oyununa çıxır
11:37  Kral klubunun futbolçusu ciddi zədələndi
11:34  Reynaldo Türkiyə və Avropada oynamaq istəyir
11:33  Futbolçu yeni klubu ilə müqaviləni xəstəxanada imzaladı
10:16  "Lion"lu futbolçu 25 yaşında karyerasını bitirdi
09:25  "Yekədiş" bu dəfə Honqkonqda futbol məktəbi açdı
08:59  "Boavişta" Kamran Ağayevin müdafiəsinə qalxdı
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.