AZ | EN | RU


Digər növlər >>
Bakıda Beynəlxalq Kanoe Federasiyasının Konqresi başlayıb
24 noyabr 2016   10:28

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi başlayıb.
Olimpiya.az xəbər verir ki, "Bolevard Hotel"də təşkil olunan tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb.
Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. İCF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib.
Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçirilib.
Konqresi İCF prezidenti Xose Perurena Lopez açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra bu il ərzində kanoe ailəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunub.
Ardınca Xose Perurana Lopez sözü Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova verib.
E.Zeynalov qonaqları salamladıqdan sonra Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O vurğulayıb ki, 10 illiyini qeyd edən AMAF geridə qalan müddətdə kifayət qədər uğur qazanıb: “AMAF 2006-cı ildə yaranıb. Bu il 10 illiyimizi qeyd edirik. Geridə qalan müddətdə ölkəmizdə bu idman növünün inkişafına, nüfuzunun artırılmasna, infrastrukturun yaradılmasına diqqət yetirmişik. İdmançılarımız da kifayət qədər uğurlu nəticələr əldə ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız dünya və Avropa çempionatlarında medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında qazancımız isə gümüş və bürünc medal olub. Ümumilikdə, 10 il ərzində idmançılarımız beynəlxalq arenada 17 qızıl, 24 gümüş və 13 bürünc medal qazanıblar. Ölkəmizdə bu idman növünün inkişafı üçün səmərəli işlər davam etdirilməkdədir”.
İCF prezidenti qeyd edib ki, bu Konqresdə qurumun strukturu müzakirə ediləcək. Burada İCF-nin yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə, Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olacaq.
Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.
Bundan başqa İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016 - 2018-ci illəri əhatə edən dövr üçün Növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.
Qeyd edək ki, İCF Konqresində Azərbaycan Milli Avarçəkmə Federasiyasını qurumun prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edəcək.
Tədbirə noyabrın 26-da yekun vurulacaq.

 

 

 

 

 



Çap et | e-mail

     

2017-02-27  Millinin üzvü qəzada öldü

2017-02-23  Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb

2017-02-23  Əfsanəvi basketbolçu prezident seçildi

2017-02-21  Milli komandamızın əcnəbi üzvləri kimdir?

2017-02-21  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi

2017-02-17  Tennisçimiz \"France Open\"in qalibi oldu

2017-02-16  Bakı-2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək

2017-02-16  Azərbaycanlı idmançı xəsarət aldı, həkim tapılmadı - FOTO

2017-02-15  3 qat Olimpiya çempionu həbs olundu

2017-02-14  Formula 1 biletləri yeni qiymətə təklif olunur

2017-02-14  Türkiyə yığması Rusiyada biabır oldu - 0:42

2017-02-13  Bakı klubunu avrokubokdan kənarlaşdırdılar

2017-02-09  Zabit Səmədova məğlub olan döyüşçü həbs olundu

2017-02-08  Qadınlar milli komandamızın üzvünü qarət etdi

2017-02-05  Qusarda buzadırmanma üzrə ölkə çempionatı keçirilib

2017-02-03  \"Ferrari\" Formula 1-in səhmlərini satın almaq istəyir

2017-02-01  \"Bayer\"in qapıçısı Bakı klubunda

2017-01-31  Bakıda \"Formula-1\" üzrə konfrans keçiriləcək

2017-01-26  Milli komandamız ukraynalı baş məşqçiyə tapşırıldı

2017-01-24  Formula 1-in rəhbəri dəyişdi

Bütün xəbərlər
 
Bu gün
00:08  "Zirə"yə qələbə qazandıran qol - VİDEO
00:04  İstanbul derbisini "Beşiktaş" qazandı
27 fevral 2017
20:42  "Zirə" doğma meydanda qalib gəldi
20:30  "Qarabağ" - "İnter" matçına doğru - VİDEO
17:50  "Neftçi" AZAL-a qalib gəldi
16:59  Ayın ən yaxşı qolunun müəllifi mükafatına qovuşdu - FOTO
16:28  Prosineçki məşqçilərlə görüşdü
15:40  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
14:35  Elçin İsmayılov millinin baş məşqçisi oldu
13:35  Qadın güləşçilərimiz Stadnikin vətənində
13:32  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı
13:29  UEFA prezidenti siyasətdən danışdı
11:48  Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə edəcəklər
11:46  Millinin üzvü qəzada öldü
10:08  Boksçumuz Bolqarıstanda 2-ci oldu
10:05  Voleybolçumuzun komandası Yaponiya çempionatında liderliyini qorudu
10:04  Ronaldodan daha bir rekord
09:56  Almanlar Bakıdakı oyun üçün 800 bilet sifariş etdilər
25 fevral 2017
20:27  "Qarabağ" - "İnter" matçının hakimi müəyyənləşdi
14:16  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:32  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
12:28  Azərbaycanlı mütəxəssis "Makkabi" klubuna baş məşqçi təyin olunub
12:10  Millimizin üzvü olan avtobusa azarkeş hücum çəkdi
01:06  Azarkeşləri Balotelini təhqir etdiyinə görə kluba şərti cəza
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.