AZ | EN | RU


Güləş >>
"Qızıl Qran Pri" turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı
23 noyabr 2016   12:09

Sabahdan Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başlayır.

Olimpiya.az xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək.

Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusu 22 güləşçimizi sınaqdan keçirəcək. Heyətdə Əfqan Xaşalov, Mircəlal Həsənzadə, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov, Zəlimxan Vəliyev, Əli Rəhimzadə (hər üçü 61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Coşqun Əzimov (hamısı 65 kq), Gitinomaqomed Hacıyev, Hacımurad Ömərov, Orxan Abbasov (hər üçü 70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov, Əşrəf Əliyev (hər üçü 74 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov, Roman Bəkirov (hər ikisi 97 kq), Umar İsrailov və Əli İsayevin (hər ikisi 125 kq) yer alacağı planlaşdırılır.

Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında mübarizə aparacaq qadın güləşçilərin yarışında 12 idmançımız yer alacaq. Yarışlarda Patimat Baqomedova, Şəfəq Muradzadə, Sona Tumarxanova (hər üçü 48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Alyona Kolesnik, Solmaz Həşimzadə (hər ikisi 55 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyevanın (75 kq) iştirakı nəzərdə tutulur.

Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında mübarizə aparacaq yunan-Roma güləşçiləri yarışların son günündə xalçaya çıxacaq. 23 güləşçinin yer aldığı heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Murad Məmmədov (hər üçü 59 kq), Kamran Məmmədov, Rövşən Tağıyev, Azad Əliyev (hər üçü 66 kq), Həsən Əliyev, Rüstəm Əliyev, Ruhin Mikayılov (hər üçü 71 kq), Elvin Mürsəliyev, Şəmistan Quluzadə, Mehrac Kərimov (hər üçü 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov, Elton Vəzirzadə (hər üçü 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Arif Niftullayev (hər üçü 85 kq), Orxan Nuriyev, Araz Həsənov, Nizami Şəmilov (hər üçü 98 kq), Sabah Şəriəti və Oyan Nəzərianinin (hər ikisi 130 kq) yarışlarda iştirak etməsi nəzərdə tutulur.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

 

 

 

 



Çap et | e-mail

     

2018-08-06  Gənc sərbəst güləşçilərimiz Avropa ikincisi oldu

2018-08-05  Sərbəst güləşçilər ilk gündə 3 medal qazanıb

2018-08-04  Azərbaycanda güləş üzrə beynəlxalq turnir keçiriləcək

2018-08-03  Avropa çempionatının ikinci günündə 1 medal

2018-07-28  Azərbaycanın 10 güləşçisi Avropa çempionatında çıxış edəcək

2018-06-04  Hacı Əliyev may ayının ən yaxşı idmançısıdır

2017-08-23  Elvin Mürsəliyev bürünc medal qazandı

2017-08-22  Güləşçilərimizdən dünya çempionatında uğursuz start

2017-08-21  Çunayevdən gözlənilməz məğlubiyyət - VİDEO

2017-08-16  Millimizin dünya çempionatı üçün heyəti açıqlanıb

2017-08-15  Dünya çempionatında Azərbaycanı 7 sərbəst güləşçi təmsil edəcək

2017-08-14  Rəsul Çunayev zirvədə

2017-08-02  Erməniyə qalib gələn idmançımız dünya çempionu oldu - VİDEO

2017-07-10  Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 8 medal qazanıblar

2017-06-29  Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci oldu

2017-06-28  İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal

2017-06-23  Avropa çempionatında çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

2017-06-16  Bakıda özlərini güləşçi kimi göstərmək üçün baxın nə etdilər! - VİDEO

2017-06-12  Azərbaycan güləşçiləri \"Qızıl Qran Pri\"də 4 medal qazanıblar

2017-06-07  Güləşçilərimizdən bir günə 4 medal

Bütün xəbərlər
 
Bu gün
16:00  "Zirə" - "Keşlə" matçında dəyişiklik
15:46  Çempionlar Liqasının yeni topu təqdim edildi - FOTO
15:44  6 illik azarkeş qadağası ləğv edilir
12:50  "Barselona"nın sabiq üzvü İsveçrə klubunda
12:35  "Atletiko"lu oyunçu "Mançester Yunayted"in təklifini rədd edib
12:27  "Roma" oyunçu ilə yollarını ayırdı
12:09  Messi milli karyerası ilə bağlı qərarını verdi
11:51  "İnter"də yeni müqavilə
11:19  "Modriç əvvəl-axır İtaliyaya gedəcək"
11:00  "Qarabağ"-ın UEFA-dan əldə edəcəyi qazancı müəyyənləşdi
10:50  "Real" - "Atletiko" Superkubok matçı - hansı kanalda?
10:42  "Artıq bu oyunu unudub, Avroliqanı fikirləşməliyik" - Qurban Qurbanov
10:20  “Fənərbaxça” yenə ÇL-dan kənarda qaldı
10:18  ÇL-nın pley-off mərhələsində qarşılaşacaq bütün cütlüklər
10:06  Azərbaycan mövqeyini dəyişdi - UEFA reytinqi
09:11  BATE - "Qarabağ" matçında vurulan qollar - VİDEO
14 avqust 2018
22:49  "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək - YENİLƏNİB
18:45  "Roma"dan 28 milyonluq transfer - rəsmi
18:18  Rusiya millisinin hücumçusu "Valensiya"da
18:09  "Keşlə" 2 transferini bildirdi - rəsmi
18:05  Yığmamız "Qarabağ"ın oyununda tribunada olacaq
17:30  Milimiz Belarusa qalib gəldi
17:00  DÇ-2018-in gümüş medalçısı milli karyerasını başa vurdu
16:40  "Əllərimi qaldırmasaydım, Avropa rekordunu qıracaqdım"
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.