AZ | EN | RU


Güləş >>
Vitali Rəhimovun medalı əlindən alınaraq Qazaxıstan idmançısına verildi
21 noyabr 2016   10:51

2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən güləşçilərinin medallarının hansı ölkə təmsilçilərinə təqdim olunacağı açıqlanıb.

Olimpiya.az-ın Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin cəzalandırdığı pəhləvanlar arasında Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da var. UWW 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovu "Pekin-2008"in medalçıları siyahısından çıxarıb. Əvəzində gümüş medal onun yarımfinalda məğlub etdiyi qazaxıstanlı Nurbaxıt Tengizbayevə verilib. Bu halda qərara əsasən, Tengizbayevin olimpiada vaxtı əldə etdiyi bürünc medal onun 3-cü yer uğrunda görüşdə yendiyi çinli Tszyan Şenə çatıb. Azərbaycan təmsilçisi finalda rusiyalı İslambek Albiyevə uduzmuşdu.

Qeyd edək ki, "Pekin-2008"də medaldan məhrum edilən digər yunan-Roma güləşçiləri qazaxıstanlı Asset Mambetov (96 kq) və Xasan Baroyev (120 kq) olub. Mambetovun bürünc medalı Marek Şveçə (Çexiya), Baroyevin "gümüş"ü isə Mindauqas Mizqaytisə (Litva) verilib. "London-2012"də orqanizmindən istifadəsi qadağan olunmuş maddə tapılanlar isə sərbəst güləş üzrə 60 kq çəki dərəcəsindəki final görüşündə Azərbaycan təmsilçisi Toğrul Əsgərova məğlub olan Besik Kuduxov (Rusiya), 74 kq-da Soslan Tigiyev (Özbəkistan) və Taymuraz Tigiyev (96 kq) olub. Kuduxov artıq dünyasını dəyişdiyi üçün medalı heç kimə verilməyib. Tigiyev qardaşlarının gümüş medalları isə müvafiq olaraq, Murad Qaydarov (Belarus) və Georgi Qoqşelidzeyə (Gürcüstan) verilib.



Çap et | e-mail

     

2017-01-09  \"Neftçi İdman Klubu\"nun üzvü dünya reytinq cədvəlində 3-cü oldu

2016-12-24  Güləşçilərimizdən 62 qızıl, 61 gümüş, 132 bürünc medal

2016-12-20  Umar Çeçenistanda Azərbaycana qızıl medal qazandırdı

2016-12-19  Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar

2016-12-15  Güləşçilərimiz Dağıstanda yarışacaq

2016-12-11  Güləşçilərimizdən fiasko

2016-12-11  İki güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

2016-12-07  Güləşçilərimiz dünya çempionatına bu heyətlə gedəcək

2016-12-06  Bakıda 19 yaşlı peşəkar idmançı intihar etdi

2016-11-28  Güləşçilərimiz 9 ildə 192 medal qazanıblar

2016-11-27  Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

2016-11-26  İdmançımız qızıl medal qazandı

2016-11-26  Qadın güləşçilərimiz 3 medal qazandı

2016-11-25  Güləşçilərimizdən ilk gündə 7 medal

2016-11-23  \"Qızıl Qran Pri\" turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı

2016-11-20  Sərbəst güləşçilərimiz \"Day of Children\" turnirini ikinci sırada tamamladı

2016-11-19  Sərbəst güləşçilərimiz İranda 2-ci oldular

2016-11-18  \"Vitali Rəhimov hökumətə 562 min dollar qaytarmalıdır\"

2016-11-18  Olimpiya medalçımız Bakıdakı yarışa buraxılmadı

2016-11-17  Rəsul Çunayev 4-cü dəfə əməliyyat olundu - FOTO

Bütün xəbərlər
 
Bu gün
12:17  Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA
12:00  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:53  Millimizin üzvü İtaliyada məğlubiyyətə üzüldü
10:48  Azərbaycanlılar "Birlik kuboku" ilə bağlı yaxşı təklif irəli sürüblər
10:46  Paytaxt klubu İtaliyaya yollandı
10:41  "Traktor Sazi" qələbə qazandı
10:28  Məşhur futbolçunun "Qəbələ"yə keçidi baş tutmadı
09:32  "Barselona"nın futbolçusu ciddi zədələndi
09:09  Millimizin üzvü yenə komandasının qələbəsini kənardan izlədi
08:48  "Qarabağ" Bakıya bu qələbə ilə qayıdır - VİDEO
08:46  Kral klubunda daha 2 itki
21 yanvar 2017
14:02  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
13:49  Cerard "Liverpul"a qayıtdı
13:36  "Zirə"dən yeni transfer - FOTO
13:28  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
13:14  Kollinaya FİFA-da yeni vəzifə verildi
13:10  Ulduz futbolçunun maşınına hücum etdilər
13:00  Həftənin ən gözəl qolları - VİDEO
12:53  FİFA-ya tarixi cəza
12:45  "Traktorsazi" də 20 Yanvarı unutmadı - FOTO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:36  "Qəbələ" "Traktorsazi"ni darmadağın etdi - VİDEO
20 yanvar 2017
11:42  Azərbaycan Belarus millisinə qarşı
11:40  Çin klubundan Ardaya növbəti təklif
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.