AZ | EN | RU


Güləş >>
"Vitali Rəhimov hökumətə 562 min dollar qaytarmalıdır"
18 noyabr 2016   14:52

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilən yunan-Roma güləşçisi Vitali Rəhimov qazandığı qələbəyə görə verilən mükafatları büdcəyə qaytarmalıdır.

Olimpiya.az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Vitali Rəhimov hökumətə 562 min ABŞ dollarından çox pul qaytarmalıdır:

“Ölkəmizin nüfuzuna dəyən zərər öz yerində, amma maddi zərər də var. Həmin “medalçı”ya büdcədən 200 min manat, Milli Olimpiya Komitəsindən isə 100 min manat mükafat verilib. Məşqçisinə isə həmin məbləğlərin yarısı verilib, cəmi 450 min manat. O zaman 1 dollar 80 qəpik idi. Deməli, onlara 562 min dollardan çox pul verilib. Bu pullar geri qaytarılmalıdır. Üstəgəl, 8 il ərzində bu puldan əsassız istifadəyə görə dövlətə dəyən zərərin əvəzi də tələb olunmalıdır. Mən hələ medal hesabına əldə edilə bilən digər rəsmi və qeyri-rəsmi gəlirləri demirəm. Bunu da araşdırmaq lazımdır”.

Məsələ ilə bağlı Vitali Rəhimov Qaynarinfo-ya bildirib ki, onu Milli Olimpiya Komitəsinə çağırıblar:

“Qanımda dopinq tapılsaydı, elə Pekində tapılardı. İndi isə dopinqin izləri tapılıb. Baş aça bilmirəm. 19 il idmanla məşğul olmuşam. İlk dəfə görürəm ki, 8 ildən sonra məsələni qaldırıb aktuallaşdırırlar. Məni sabaha Milli Olimpiya Komitəsinə çağırıblar. Gedim, görək, nə deyəcəklər?"

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mais Məmmədov Oxu.Az-a bildirib ki, hazırda bu məsələ ilə bağlı federasiyanın mövqeyi yoxdur:

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.



Çap et | e-mail

     

2017-01-09  \"Neftçi İdman Klubu\"nun üzvü dünya reytinq cədvəlində 3-cü oldu

2016-12-24  Güləşçilərimizdən 62 qızıl, 61 gümüş, 132 bürünc medal

2016-12-20  Umar Çeçenistanda Azərbaycana qızıl medal qazandırdı

2016-12-19  Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar

2016-12-15  Güləşçilərimiz Dağıstanda yarışacaq

2016-12-11  Güləşçilərimizdən fiasko

2016-12-11  İki güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

2016-12-07  Güləşçilərimiz dünya çempionatına bu heyətlə gedəcək

2016-12-06  Bakıda 19 yaşlı peşəkar idmançı intihar etdi

2016-11-28  Güləşçilərimiz 9 ildə 192 medal qazanıblar

2016-11-27  Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

2016-11-26  İdmançımız qızıl medal qazandı

2016-11-26  Qadın güləşçilərimiz 3 medal qazandı

2016-11-25  Güləşçilərimizdən ilk gündə 7 medal

2016-11-23  \"Qızıl Qran Pri\" turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı

2016-11-21  Vitali Rəhimovun medalı əlindən alınaraq Qazaxıstan idmançısına verildi

2016-11-20  Sərbəst güləşçilərimiz \"Day of Children\" turnirini ikinci sırada tamamladı

2016-11-19  Sərbəst güləşçilərimiz İranda 2-ci oldular

2016-11-18  Olimpiya medalçımız Bakıdakı yarışa buraxılmadı

2016-11-17  Rəsul Çunayev 4-cü dəfə əməliyyat olundu - FOTO

Bütün xəbərlər
 
Bu gün
12:17  Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA
12:00  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:53  Millimizin üzvü İtaliyada məğlubiyyətə üzüldü
10:48  Azərbaycanlılar "Birlik kuboku" ilə bağlı yaxşı təklif irəli sürüblər
10:46  Paytaxt klubu İtaliyaya yollandı
10:41  "Traktor Sazi" qələbə qazandı
10:28  Məşhur futbolçunun "Qəbələ"yə keçidi baş tutmadı
09:32  "Barselona"nın futbolçusu ciddi zədələndi
09:09  Millimizin üzvü yenə komandasının qələbəsini kənardan izlədi
08:48  "Qarabağ" Bakıya bu qələbə ilə qayıdır - VİDEO
08:46  Kral klubunda daha 2 itki
21 yanvar 2017
14:02  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
13:49  Cerard "Liverpul"a qayıtdı
13:36  "Zirə"dən yeni transfer - FOTO
13:28  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
13:14  Kollinaya FİFA-da yeni vəzifə verildi
13:10  Ulduz futbolçunun maşınına hücum etdilər
13:00  Həftənin ən gözəl qolları - VİDEO
12:53  FİFA-ya tarixi cəza
12:45  "Traktorsazi" də 20 Yanvarı unutmadı - FOTO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:36  "Qəbələ" "Traktorsazi"ni darmadağın etdi - VİDEO
20 yanvar 2017
11:42  Azərbaycan Belarus millisinə qarşı
11:40  Çin klubundan Ardaya növbəti təklif
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.