AZ | EN | RU


Güləş >>
Olimpiya medalçımız Bakıdakı yarışa buraxılmadı
18 noyabr 2016   14:12

Bakıda Heydər Əliyevin xatirəsinə keçiriləcək "Qızıl Qran Pri" turnirinin final mərhələsində Azərbaycanın qadın güləşi üzrə olimpiya mükafatçıları çıxış etməyəcəklər.

Olimpiya.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Semyon Çterev açıq məşqdən sonra jurnalistlərə açıqlamasında deyib.

Bolqarıstanlı mütəxəssis bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik (48 kq), bürünc medalçı Natalya Sinişin (53), eləcə də "London-2012"nin bürünc mükafatçısı Yuliya Ratkeviç (55 kq) qarşıdakı turirdə istirahət edəcəklər. Əvəzində Türkan Nəsirova (44 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Elis Manolova (67 kq) kimi dünya və Avropa mükafatçıları, həmçinin, hazırlığa yeni başlayan və "Tokio-2020"də iştirak şansına malik gənclərə də şans veriləcək.

S.Çterev qarşıdakı yarışın 10-11 dekabrda Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəki dərəcələri üzrə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını söyləyib: "Qızıl Qran Pri"nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir. Buna görə komandamız yarışa ciddi hazırlaşıb. Əsasən, təcrübə toplayan gənclərə şans verəcəyik. Mundialda iki qeyri-olimpiya çəki dərəcəsində - 55 kq və 60 kq-da Azərbaycanı təmsil edəcək güləşçiləri müəyyənləşdirəcəyik. Artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra növbəti olimpiada barədə düşünürük. Komandamızı qızıl medal qazanması üçün hazırlayırıq".

"Qızıl Qran Pri"nin final mərhələsində hər çəki dərəcəsində 3 güləşçinin yer alacağını deyən baş məşqçinin fikrincə, Azərbaycanda qadın güləşi yüksəlişə doğru gedir: "Növbəti olimpiadada qadın güləşi üzrə yığmamızın kişilərdən də yaxşı çıxış edə bildiyini göstərmək istəyirik. Bunun üçün potensialımız, gənc güləşçilərimiz də var".

Qeyd edək ki, "Qızıl Qran Pri"nin final mərhələsi sayca 9-cu dəfə baş tutacaq. Turnirə 50-dən artıq ölkənin 700-ə yaxın sərbəst, yunan-Roma və qadın güləşçisinin qatılacağı gözlənilir. Proqrama əsasən, turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq. Yarışlar Bakı İdman Sarayında olacaq.



Çap et | e-mail

     

2017-02-20  Hacı Əliyev: \"Dünya Kubokunda haqsızlıqla üzləşdik\"

2017-02-18  Sərbəst güləşçilərimiz Dünya üçüncüsü oldu

2017-02-17  Azərbaycan və Türkiyə üz-üzə gələcək

2017-02-16  Millimiz dünya kubokuna qələbə ilə başladı

2017-02-15  Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

2017-01-09  \"Neftçi İdman Klubu\"nun üzvü dünya reytinq cədvəlində 3-cü oldu

2016-12-24  Güləşçilərimizdən 62 qızıl, 61 gümüş, 132 bürünc medal

2016-12-20  Umar Çeçenistanda Azərbaycana qızıl medal qazandırdı

2016-12-19  Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar

2016-12-15  Güləşçilərimiz Dağıstanda yarışacaq

2016-12-11  Güləşçilərimizdən fiasko

2016-12-11  İki güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

2016-12-07  Güləşçilərimiz dünya çempionatına bu heyətlə gedəcək

2016-12-06  Bakıda 19 yaşlı peşəkar idmançı intihar etdi

2016-11-28  Güləşçilərimiz 9 ildə 192 medal qazanıblar

2016-11-27  Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

2016-11-26  İdmançımız qızıl medal qazandı

2016-11-26  Qadın güləşçilərimiz 3 medal qazandı

2016-11-25  Güləşçilərimizdən ilk gündə 7 medal

2016-11-23  \"Qızıl Qran Pri\" turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı

Bütün xəbərlər
 
Bu gün
12:17  Mourinyo Klaudio Ranyeriyə dəstək oldu
12:13  Məşqçilər Komitəsi millimizin nümayəndələri ilə görüşdü
11:37  "Bavariya"da 16 yaşlı futbolçu
11:35  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:24  Rüstəm Orucovdan maraqlı açıqlamalar - VİDEO
11:20  "Neftçi"də "İnter Arena"ya köçdü
09:26  "Şəmkir"in yeni baş məşqçisi məlum oldu
09:13  Çempion olduqdan 9 ay sonra qovuldu
09:02  Avropa Liqası: Gecənin bütün nəticələri
00:25  "Qarabağ"ın prezidentinə "Şöhrət" ordeni təqdim edildi - FOTO
00:21  Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışdılar - VİDEO
23 fevral 2017
20:38  "Azərreyl" Çempionlar Liqasında Türkiyə komandasına məğlub oldu
20:33  TFF Dəniz Yılmazın cəzasını açıqladı
17:50  "Energetik" - "Tovuz Turan" matçında 8 qol - VİDEO
16:09  Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb
15:36  İstanbul derbisinin hakimi müəyyənləşdi
14:18  Əfsanəvi basketbolçu prezident seçildi
14:07  Millimizin futbolçusu əfv edildi
13:45  "Göyəzən" - "Səbail" matçında qol yağışı - VİDEO
13:40  Hansı oyunu, hansı kanalda? - TV AFİŞA
12:12  Azərbaycan millisini İslamiadaya Yaşar Vahabzadə çıxaracaq
10:20  Azərbaycanlı əfsanə 71 yaşında
10:14  Çempionlar Liqasında yeni rekord
10:11  "Azərreyl" klubu Çempionlar Liqasında V tur matçına çıxacaq
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.