AZ | EN | RU


Olimpizm >>
Mer olimpiadaya icazə vermədi: "Artıq xərcdir"
22 sentyabr 2016   14:09

İtaliya paytaxtı Roma 2024-cü ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.

Olimpiya.az xəbər verir ki, Roma meri bəyan edib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəsizlik olardı.

Olimpiya komitəsi son ana qədər Beş Ulduz hərəkatından ötən iyunda mer seçilmiş Virginia Ragginin öz fikrindən dönəcəyinə ümid bəsləyirdi. Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi. Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini geri götürmüşdü. Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina ediblər. Almaniya 1972-ci ildən bəri olimpiya oyunlarına ev sahibliyi etməyib. Hamburq şəhərinin ev sahibliyindən geri çəkilməsi qərarı isə referendumla qəbul olunub.

Lakin Paris, Los-Anceles və Budapeşt ev sahibliyinə hələ də iddialıdırlar. Bu şəhərlər öz namizədliklərini oktyabrın 7-dək təsdiq etməlidir.

İtaliya Olimpiya Komitəsinin prezidenti Giovanni Malago xanım Ragginin heç olmasa referendum keçirməyə razılıq verəcəyinə ümid edirdi. Roma 2024 komitəsi "təəccüb və pərtlik" bildirən bəyanatla çıxış edib. Komitə bildirib ki, Oyunlar Roma iqtisadiyyatına 1,7 milyard dollar töhfə verə bilərdi.
Lakin xanım Raggi belə yanaşmanı qəbul etməyib. "Biz bununla əslində Roma və İtaliya sakinlərini borc altına girməyə məcbur edirik. Biz bu təşəbbüsü dəstəkləmirik", - deyib mer. Virginia Raggi bildirib ki, Roma hələ də 1960-cı il Olimpiadasının borclarını verib qurtarmayıb.

Romanın olimpiya rəsmiləri 2024-cü il Oyunları üçün 5,3 milyard avroluq büdcə tutmuşdular. Onlar deyirdilər ki, yarışlar üçün meydançaların 70 faizi artıq mövcud olan komplekslərdədir. 1984-cü ildə Los-Anceles Olimpiada üçün mövcud obyektlərdən istifadə etmiş və qazanc götürmüşdü. Bu şəhərin 2024-cü il Olimpiadası üçün tutduğu büdcə 4,52 milyard dollardır və gözlənilən gəlir 150 milyon dollardan artıq olmalıdır. Lakin olimpiadaları keçirən əksər şəhərlər borca və ziyana düşüb.

2004-cü ildə Afinada keçirilmiş Olimpiada 9 milyard avroya başa gəlmişdi. Yunanıstan hazırda nəhəng borcun girdabındadır. 2016-cı ilin Rio Oyunlarına 12 milyard dolların xərcləndiyi təxmin edilir. 2012-ci ilin London Olimpiadası büdcədən üç dəfə bahaya - 8,77 milyard funt-sterlinqə başa gəlmişdi. Buna baxmayaraq London Olimpiadası 10 milyard funt-sterlinqə yaxın ticarət və investisiyaları cəlb etmişdi.

 

 

 

 

 



Çap et | e-mail

     

2017-02-17  Barselona Olimpiadasının talismanı öldü

2017-02-13  İslamiadanın maskotları bəlli oldu - \"İncə\" və \"Cəsur\"

2017-02-09  2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub

2017-02-08  İslamiadanın idmançı və ulduz səfirləri açıqlanıb

2017-02-07  İslam Oyunlarının biletləri nə vaxt satışa çıxarılacaq?

2017-02-06  Azad Rəhimov: \"İslam Oyunlarının açılış mərasimində böyük şou olacaq\"

2017-01-26  Gürcüstan Milli Olimpiya Komitəsinin sədrliyinə seçkilərin nəticələri ləğv edilib

2017-01-25  Useyn Boltun Olimpiya çempionluğu ləğv edildi

2017-01-19  Azərbaycanlı olimpiya çempionu hərbi xidmətdə - VİDEO

2017-01-18  Olimpiya medalçılarımızın adları Rio-de-Janeyroda Çempionlar Divarlarına həkk olunub

2017-01-17  Gənclər və İdman Nazirliyinin 4 milyon manatdan çox vergi borcu silindi

2017-01-13  3 idmançının Olimpiya medalı geri alındı

2017-01-12  Braziliya Rio olimpiadasına görə 6,2 milyard dollar qazandı

2017-01-10  İlham Əliyev 2017-ci ili ölkəmizdə \"İslam həmrəyliyi ili\" elan edib

2017-01-10  Çingiz Hüseynzadə qarşıdakı planlardan danışdı

2017-01-09  Çingiz Hüseynzadə: \"İnanmıram ki, İntiqama hansısa mükafat verilsin\"

2016-12-27  Azad Rəhimov: \"Atletlər kəndində 6000-ə yaxın insan qalacaq\"

2016-12-27  Antidopinq Agentliyinin rəhbəri məlum oldu

2016-12-27  \"Əməkdar məşqçi\" adına layiq görüldü

2016-12-20  İAM ilin qaliblərini mükafatlandırır

Bütün xəbərlər
 
Bu gün
17:35  Çempionlar Liqasının oyunlarını necə izləyək? - TV AFİŞA
16:31  "Kəpəz"in stadionundan nə xəbər var?
16:23  "Qarabağ" Respublika Stadionunda oynamayacaq
16:20  "Zirə"nin qolkiperi siyahıdan çıxdı
12:46  Milli komandamızın əcnəbi üzvləri kimdir?
12:43  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi
09:40  Neymar və 2 klub yenidən məhkəmə qarşısında
09:37  Futbol oyunu zamanı qarşıdurma yaratmış 28 azarkeş saxlanılıb
09:12  Azərbaycan çempionatında yeni komanda
20 fevral 2017
21:30  Çempionlar Liqası tarixində ilk qadın məşqçi
21:22  Azərbaycan birinciliyi başa çatdı
21:18  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb
16:58  Azərbaycanlı futbolçu rəsmən "Anji"də
16:29  Ruslan Abışovun durumuna aydınlıq gəldi
16:24  "Barselona" tarixində ilk dəfə
14:16  Hacı Əliyev: "Dünya Kubokunda haqsızlıqla üzləşdik"
14:07  17-ci turun təqvimi açıqlandı
12:30  "Fənərbaxça"nın prezidenti yenidən məhkəmədə
12:25  "Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib
12:21  Premyer Liqa: Turun rekordu Qəbələdə qeydə alındı
12:10  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:08  İtaliya klubunda baş məşqçi dəyişikliyi
19 fevral 2017
21:35  "Sumqayıt" AZAL-ı belə məğlub etdi - VİDEO
21:18  Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.