AZ | EN | RU


Güləş >>
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
15 sentyabr 2016   00:20

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Olimpiya.az xəbər verir ki,ilk yarış günündə güləşçilərimizdən Zaur Nuriyev (50 kq) bürünc medal qazanıb.

Çempionatın ikinci yarış günündə 42, 46, 69, 76 və 85 kq çəkidə yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

42 kq çəkidə mübarizə aparan Zaur Əliyev Yaponiya və Hindistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Ukrayna idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Zaur Əliyev son görüşdə Ermənistan təmsilçisinə də qalib gələrək çempionatın bürünc medalını qazanıb. 

46 kq-da mübarizə aparan Fail İskəndərov Hindistan, Meksika və İran güləşçilərinə qalib gələrək finala yüksəlib. Finalda güləşçimiz Özbəkistan təmsilçisinə tam üstünlüklə qalib gələrək Dünya çempionatının qızıl medalına sahib olub.

69 kq çəki dərəcəsində yarışan Ülvi Qənizadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq İran, Özbəkistan, Gürcüstan və Türkiyə təmsilçilərini üstələyən güləşçimiz finala yüksəlib. Finalda Ülvi Qənizadə Qırğızıstan idmançısı ilə gərgin keçən görüşdən məğlub ayrılıb və çempionatın gümüş medalına yiyələnib. 

76 kq-da yarışan Nəsir Həsənov da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Xorvatiya, Özbəkistan, Belarus və Qazaxstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan Nəsir Həsənov çempionatı gümüş medalla başa vurub. 

85 kq çəkidə mübarizə aparan Tehran Əminzadə ilk görüşdə Türkiyə təmsilçisini üstələsə də Avstriyadan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Hindistandan olan rəqibini məğlub edib və bürünc medal görüşünə haqq qazanıb. Son görüşdə Tehran Əminzadə Ermənistan idmançısına uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

 

 

 



Çap et | e-mail

     

2017-02-20  Hacı Əliyev: \"Dünya Kubokunda haqsızlıqla üzləşdik\"

2017-02-18  Sərbəst güləşçilərimiz Dünya üçüncüsü oldu

2017-02-17  Azərbaycan və Türkiyə üz-üzə gələcək

2017-02-16  Millimiz dünya kubokuna qələbə ilə başladı

2017-02-15  Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

2017-01-09  \"Neftçi İdman Klubu\"nun üzvü dünya reytinq cədvəlində 3-cü oldu

2016-12-24  Güləşçilərimizdən 62 qızıl, 61 gümüş, 132 bürünc medal

2016-12-20  Umar Çeçenistanda Azərbaycana qızıl medal qazandırdı

2016-12-19  Güləşçilərimiz Dağıstanda 5 medal qazandılar

2016-12-15  Güləşçilərimiz Dağıstanda yarışacaq

2016-12-11  Güləşçilərimizdən fiasko

2016-12-11  İki güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

2016-12-07  Güləşçilərimiz dünya çempionatına bu heyətlə gedəcək

2016-12-06  Bakıda 19 yaşlı peşəkar idmançı intihar etdi

2016-11-28  Güləşçilərimiz 9 ildə 192 medal qazanıblar

2016-11-27  Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

2016-11-26  İdmançımız qızıl medal qazandı

2016-11-26  Qadın güləşçilərimiz 3 medal qazandı

2016-11-25  Güləşçilərimizdən ilk gündə 7 medal

2016-11-23  \"Qızıl Qran Pri\" turnirinin final mərhələsində iştirak edəcək heyət açıqlandı

Bütün xəbərlər
 
Bu gün
14:16  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:32  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
12:28  Azərbaycanlı mütəxəssis "Makkabi" klubuna baş məşqçi təyin olunub
12:10  Millimizin üzvü olan avtobusa azarkeş hücum çəkdi
01:06  Azarkeşləri Balotelini təhqir etdiyinə görə kluba şərti cəza
00:51  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
00:40  UEFA həftənin komandasını açıqladı - FOTO
00:38  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu müəyyənləşib
00:34  Həftənin ən gözəl qolları - VİDEO
24 fevral 2017
21:20  "Qarabağ" Şəhidlər Xiyabanına yürüş edəcək
21:15  Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı oldu
17:56  "Traktorsazi" növbəti qələbəsini qazandı
17:50  Avropa Liqasında püşk atıldı
12:17  Mourinyo Klaudio Ranyeriyə dəstək oldu
12:13  Məşqçilər Komitəsi millimizin nümayəndələri ilə görüşdü
11:37  "Bavariya"da 16 yaşlı futbolçu
11:35  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:24  Rüstəm Orucovdan maraqlı açıqlamalar - VİDEO
11:20  "Neftçi"də "İnter Arena"ya köçdü
09:26  "Şəmkir"in yeni baş məşqçisi məlum oldu
09:13  Çempion olduqdan 9 ay sonra qovuldu
09:02  Avropa Liqası: Gecənin bütün nəticələri
00:25  "Qarabağ"ın prezidentinə "Şöhrət" ordeni təqdim edildi - FOTO
00:21  Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışdılar - VİDEO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.