AZ | EN | RU


Şahmat >>
Prezident İlham Əliyev Bakıda Şahmat Olimpiadasının birinci turunun açılışında iştirak edib
02 sentyabr 2016   16:16

Sentyabrın 2-də "Baku Crystal Hall"da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.

Olimpiya.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşdü.

Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) etdi.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət "Azərbaycan-1" komandası Zimbabve, "Azərbaycan-2" Mozambik, "Azərbaycan-3" isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə "Azərbaycan-1" komandası Nikaraqua, "Azərbaycan-2" Yaponiya, "Azərbaycan-3" isə Lesoto yığması ilə üz-üzə gələcək.

Sonra dövlətimizin başçısı yarışların keçirildiyi zala baxdı, şahmatçıların oyunlarını izlədi.

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostinyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) etdi.

Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxdı.

Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış oldu.

Dünyanın əsas idman yarışlarından biri olan Şahmat Olimpiadasını ölkəmizdə yüksək səviyyədə keçirmək üçün bütün zəruri addımlar atılıb. "Baku Crystal Hall" bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin burada özlərini tam rahat hiss etmələri üçün mühüm işlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

Ümumdünya Şahmat Olimpiadası dünyanın diqqət mərkəzində olan tədbirdir. Yarışları işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatdan keçməsi bunu bir daha sübut edir.

On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.

 

 

 



Çap et | e-mail

     

2018-08-09  Azərbaycan Riqada keçirilən şahmat festivalında

2018-08-03  Şəhriyar Məmmədyarova mükafat təqdim olundu

2018-08-01  Şəhriyar Karlsenə qalib gəlib, çempion oldu

2018-07-31  Şahmatçılarımız dünya reytinq sıralamasında - FİDE

2018-07-13  FİDE prezidenti günahlarının qurbanı oldu

2017-06-12  Azərbaycanın 5 yaşlı şahmatçısı yeni rekord müəyyənləşdirib

2017-05-31  Azərbaycan tarixində ilk - Məmmədyarovdan rekord

2017-05-01  Azərbaycanlı şahmatçı dünya çempionu ilə bərabərləşdi

2017-04-25  Azərbaycan şahmatçıları dünya çempionatında uğurla çıxış edirlər

2017-04-21  FİDE prezidenti: \"Şəmkir Azərbaycanın Linaresidir\"

2017-03-01  Teymur Rəcəbov 26-cı sıraya düşdü

2017-01-31  Şəhriyar Məmmədyarov hamıdan öndə

2017-01-09  Şahmatçımız turnirin qalibi oldu

2016-12-15  Teymur Rəcəbov qitə çempionatından imtina etdi

2016-12-14  Elmar Qasımov Avropa çempionatına gedir

2016-12-01  Maqnus Karlsen dünya şahmat tacını özündə saxladı

2016-11-29  Dünya çempionu tay-breykdə müəyyənləşəcək

2016-11-27  Məşhur şahmatçı 12-ci mərtəbədən yıxılıb öldü

2016-11-13  \"Odlar Yurdu\"nun xanımları kişilərdən daha yaxşı nəticə göstərdi

2016-11-11  Odlar yurdunun kişiləri qələbə qazandı, xanımları heç-heçə etdi

Bütün xəbərlər
 
14 avqust 2018
22:49  "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək - YENİLƏNİB
18:45  "Roma"dan 28 milyonluq transfer - rəsmi
18:18  Rusiya millisinin hücumçusu "Valensiya"da
18:09  "Keşlə" 2 transferini bildirdi - rəsmi
18:05  Yığmamız "Qarabağ"ın oyununda tribunada olacaq
17:30  Milimiz Belarusa qalib gəldi
17:00  DÇ-2018-in gümüş medalçısı milli karyerasını başa vurdu
16:40  "Əllərimi qaldırmasaydım, Avropa rekordunu qıracaqdım"
16:28  "Milan" yeni transferini bildirdi - rəsmi
16:19  BATE və “Qarabağ”ın geyinəcəyi formalar bilindi
16:15  UEFA Super Kuboku: 1,7 milyard avroluq oyun
16:11  "Liverpul" Salahı polisə şikayət etdi
15:46  Samuel Eto"o yeni klubunu tapdı
15:41  Sampaolinin yeni iş yeri müəyyənləşir
15:19  Nurlan Novruzov Türkiyə klubuna transfer olub
15:13  Millimizin oyunlarının vaxtı açıqlandı
15:08  "Mançester Siti"nin oyunçusunu La Liqa klubuna keçdi
15:04  "Qəbələ"də ciddi itki
14:58  "Atletiko"nun superkubok oyunu üçün heyəti - siyahı
14:51  "Qarabağ" hücum xəttində kifayət qədər yaxşı legionerləri olan usta komandadır" - BATE-nin baş məşqçisi
11:36  Qurban Qurbanov: "Meydanda ən yaxşısını etməyə çalışacağıq"
11:31  BATE - "Qarabağ" matçında anşlaq olacaq
11:25  "Qalatasaray"da yeni futbolçu
11:04  "Qarabağ"ın qapıçısı rejissor olacaq
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.