AZ | EN | RU


Şahmat >>
Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak edəcək ölkələrin və komandaların sayı açıqlanıb
22 avqust 2016   17:00

"Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə bu, tarixdə ən yüksək göstəricidir".

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, bunu Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov olimpiadaya hazırlıqla bağlı deyib.

Onun sözlərinə görə, yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutulub: "Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər".

Əməliyyat Komitəsinin rəhbəri bildirib ki, avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq: "Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır".

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Olimpiada 1-13 sentyabrda olacaq.

 

 

 

 

 



Çap et | e-mail

     

2017-01-31  Şəhriyar Məmmədyarov hamıdan öndə

2017-01-09  Şahmatçımız turnirin qalibi oldu

2016-12-15  Teymur Rəcəbov qitə çempionatından imtina etdi

2016-12-14  Elmar Qasımov Avropa çempionatına gedir

2016-12-01  Maqnus Karlsen dünya şahmat tacını özündə saxladı

2016-11-29  Dünya çempionu tay-breykdə müəyyənləşəcək

2016-11-27  Məşhur şahmatçı 12-ci mərtəbədən yıxılıb öldü

2016-11-13  \"Odlar Yurdu\"nun xanımları kişilərdən daha yaxşı nəticə göstərdi

2016-11-11  Odlar yurdunun kişiləri qələbə qazandı, xanımları heç-heçə etdi

2016-10-04  Teymur Rəcəbov İspaniya çempionu oldu

2016-09-27  İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib

2016-09-26  Şəhriyar Məmmədyarov erməniyə qalib gələrək çempion oldu

2016-09-14  2020-ci ildə Şahmat Olimpiadası bu şəhərdə keçiriləcək

2016-09-14  Millimiz Olimpiadada 8-ci oldu

2016-09-13  FİDE hakimləri mükafatlandırdı

2016-09-12  Azərbaycan Rusiya və Ukraynaya məğlub oldu

2016-09-11  Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

2016-09-09  Altıncı turun oyunlarına yekun vuruldu

2016-09-08  Azərbaycan Yunanıstan və Gürcüstana qarşı

2016-09-07  Yunanıstan və Gürcüstan yığmamıza rəqib oldu

Bütün xəbərlər
 
25 fevral 2017
01:06  Azarkeşləri Balotelini təhqir etdiyinə görə kluba şərti cəza
00:51  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
00:40  UEFA həftənin komandasını açıqladı - FOTO
00:38  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu müəyyənləşib
00:34  Həftənin ən gözəl qolları - VİDEO
Bu gün
21:20  "Qarabağ" Şəhidlər Xiyabanına yürüş edəcək
21:15  Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı oldu
17:56  "Traktorsazi" növbəti qələbəsini qazandı
17:50  Avropa Liqasında püşk atıldı
12:17  Mourinyo Klaudio Ranyeriyə dəstək oldu
12:13  Məşqçilər Komitəsi millimizin nümayəndələri ilə görüşdü
11:37  "Bavariya"da 16 yaşlı futbolçu
11:35  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:24  Rüstəm Orucovdan maraqlı açıqlamalar - VİDEO
11:20  "Neftçi"də "İnter Arena"ya köçdü
09:26  "Şəmkir"in yeni baş məşqçisi məlum oldu
09:13  Çempion olduqdan 9 ay sonra qovuldu
09:02  Avropa Liqası: Gecənin bütün nəticələri
00:25  "Qarabağ"ın prezidentinə "Şöhrət" ordeni təqdim edildi - FOTO
00:21  Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışdılar - VİDEO
23 fevral 2017
20:38  "Azərreyl" Çempionlar Liqasında Türkiyə komandasına məğlub oldu
20:33  TFF Dəniz Yılmazın cəzasını açıqladı
17:50  "Energetik" - "Tovuz Turan" matçında 8 qol - VİDEO
16:09  Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.