AZ | EN | RU


Şahmat >>
"Bakı rekorda imza atacaq"
03 avqust 2016   18:09

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mətbuat xidmətinin suallarına cavab verib. Olimpiya.az həmin müsahibəni təqdim edir:


- Bakı Şahmat Olimpiadasının başlanmasına az vaxt qalır. Mötəbər yarışa hazırlıq işləri hansı mərhələdədir?

- Bakı Şahmat Olimpiadasına hazırlıq işlərini ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılan Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsinə Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Təşkilat Komitəsinin nəzdində fəaliyyət göstərən Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi hazırda gərgin iş prosesindədir. Komitə həm beynəlxalq şahmat qurumlarıyla, iştirakçı ölkələrlə əlaqə saxlayır, həm də ölkə daxilində yarışın keçirilməsinə aiddiyyatı olan təşkilatlarla birgə çalışır. Əməliyyat Komitəsinin əsas ofisi ötən il ilk Avropa Oyunlarının yerləşdiyi binadadır. Digər ofisimiz Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında yerləşir. Orada yarışın keçirilməsiylə əlaqədar xüsusi komanda işləyir.

- Bakı Şahmat Olimpiadasında neçə ölkənin iştirak gözlənilir?

- FİDE hər zaman olimpiadalarda iştirakçı ölkələrin sayının artmasına - rekord olmasına çalışır. Bizim olimpiadada rekord rəqəm əldə olunacaq. Bundan əvvəlki Norveçdə keçirilən olimpiadada 172 ölkə iştirak edib. Bakıda 180 ölkə təmsil olunacaq. Qeydiyyat davam edir, ona görə də ölkələrin sayının artması mümkündür. Beynəlxalq Şahmat Federasiyası - FİDE-nin 189 üzvü var. Faktiki biz maksimum saya nail olmağa yaxınlaşırıq. Bakıdakı olimpiada iştirakçı ölkələrin sayına görə yeni rekorda imza atacaq.

- Olimpiadanın açılışıyla bağlı danışaq. Tamaşaçıları mərasimdə hansı sürprizlər gözləyir...

- Olimpiadanın açılış və bağlanış mərasimlərinə hazırlıq davam edir. Bağlanış adətən texniki xarakter daşıyır. Açılışda isə təşkilatçı ölkənin tarixi, idmana bağlılığı, olimpiada barədə müəyyən məqamlar nümayiş olunacaq. Hazırda ssenari üzərində iş gedir. Mərasim Milli Gimnastika Arenasında olacaq. Açılış mərasimində 2500-2600 tamaşaçının iştirakı gözlənilir. Bütün incəlikləri söyləmək istəməzdim, çünki açılış mərasimi canlı yayımlanacaq. Tamaşaçıları intizarda saxlamaq daha maraqlı olardı. Əmin ola bilərsiniz ki, maraqlı bir açılış olacaq.

Burada Azərbaycanın şahmata bağlılığı, ölkəmizin qədim tarixi və digər məqamlar göstəriləcək.
- Olimpiadada çoxlu sayda əcnəbi qonaqlar, o cümlədən şahmatçılar Bakıya gələcək. Onların viza məsələsi necə həll olunur?

- Hazırda ən vacib iş vizaların alınmasının sürətlənməsidir. Ölkə prezidentinin sərəncamı əsasında olimpiadaya gələcək şahmatçıların viza almaq prosesi müəyyənləşdirilib. Hər bir ölkədən gələcək iştirakçıların adı dəqiqləşir. Bütün şahmatçıların və qonaqların viza almasını sürətləndiririk. Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin köməkliyi ilə şahmatçıların yerində viza almasına nail oluruq. Olimpiadada iştirak edəcək komandalar Bakıya eyni vaxtda gələcək. Əgər viza hava limanında alınacaqsa bu onların gömrük nəzarətini keçməsini ləngidəcək. Ona görə həmin prosesə əvvəlcədən hazırlaşırıq. Vizalar əvvəlcədən alınsın və şahmatçılar hava limanında artıq vaxt itirməsin.

-Yarış zamanı nəqliyyat, təhlükəsizlik məsələsi necə tənzimlənəcək?
- Şahmatçılar oteldən Bakı Kristal Zalına rahat yola salınacaq. Bununla bağlı nəqliyyatın hərəkətinin müəyyən məşqi keçirilir. Təhlükəsizlik xidmətiylə bağlı şirkət müəyyənləşib. Şirkət hazırda əməkdaşların təlimiylə məşğuldur. Yarış zalı və paralel tədbirlərin olacağı məkanlarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması üçün iş aparılır. Eyni zamanda şəhərdə bayram əhval-ruhiyyəsini yaratmaq məqsədiylə olimpiadaya aid məkanlarda lazımi bannerlər yerləşdiriləcək. Olimpiadaya yaxın məkanda müəyyən tədbirlərimiz olacaq. Bildiyiniz kimi, 14 otellə əməkdaşlıq edəcəyik. 2500-ə yaxın şahmatçı və hakimlər bu otellərdə məskunlaşacaq. Hər bir mehmanxanada nümayəndəmiz çalışacaq. Olimpiada müddətində qaynar xətt fəaliyyət göstərəcək. İstənilən sualla əlaqədar qonaqlar bu nömrəyə zəng vura biləcək.

- Ermənistan mətbuatında bu ölkənin şahmatçılarının olimpiadada iştirak etməyəcəyi barədə xəbər yayılıb. Bu barədə Əməliyyat Komitəsinə rəsmi müraciət göndərilib?

- Ermənistan komandasının təhlükəsizliyinə zəmanət vermişik. Onların Bakıdakı yarışda iştirakıyla bağlı müəyyən təcrübəmiz var. Bakı Şahmat Olimpiadasında iştirak etməyəcəklərsə, bu onların məsuliyyətidir. Düzünü desəm, biz belə qərar gözləmirdik. Çünki, Ermənistan şahmatçıları Bakıda keçirilən son Dünya Kubokunda iştirak ediblər. Levon Aronyan da daxil olmaqla Ermənistan şahmatçılarının Bakıya gəlməsində heç bir problem yaşanmayıb. Ermənistanolimpiadada iki komandayla çıxış etməli idi. Ona görə belə məlumatı eşitmək bizim üçün gözlənilməz oldu.FİDE prezidenti Kirsan İlyumjinov Bakıda olduğu zaman, Gənclər və İdman naziri Azad Rəhimovla söhbətində də vurğulamışdı ki, Ermənistan tərəfi bu məsələni müzakirə edir. Yəqin son anda gəlməmək barədə qərar qəbul ediblər. Hərçənd biz də heç bir rəsmi sənəd yoxdur. Biz hələ də onların gəlişinə hazırıq. Gəlmək istəsələr onları qəbul edəcəyik.

- Olimpiadada 6 komandamız mübarizə aparacaq. Şahmatçılarımızın qarşısına hansı məqsəd qoyulub?
- 3 təlim-məşq toplanışı nəzərdə tutulmuşdu. Artıq iki hazırlıq mərhələsi arxada qalıb. Növbəti məşq prosesi avqustun 9-da olacaq. Ümid edirik ki, avqustun sonuna bütün şahmatçılarımız olimpiadaya hazır olacaq. Əsas komandalardan həmişə böyük nəticələr gözləyirik. Hər bir yarışda başlıca məqsəd qalib gəlməkdir. İkinci-üçüncü komandalardan nəticə tələb etmək sadəlövlük olar. Qadın komandamızın şansları azdır. Kişi şahmatçılardan ibarət yığmamız isə əksinə həmişə dünyada ən güclülər sırasında olub. Norveçdə keçirilən son olimpiadada 2-5-ci yerləri bölüşdürdük. Son 8 ildə iki dəfə Avropa çempionu olmuşuq. Komandamız kifayət qədər təcrübəli və titulludur. Qələbə gözləməyə əsasımız var. Sözsüz ki, bu idmandır, hər şey ola biər. Amma çalışacayıq qalib gələk.

 

 

 



Çap et | e-mail

     

2017-01-31  Şəhriyar Məmmədyarov hamıdan öndə

2017-01-09  Şahmatçımız turnirin qalibi oldu

2016-12-15  Teymur Rəcəbov qitə çempionatından imtina etdi

2016-12-14  Elmar Qasımov Avropa çempionatına gedir

2016-12-01  Maqnus Karlsen dünya şahmat tacını özündə saxladı

2016-11-29  Dünya çempionu tay-breykdə müəyyənləşəcək

2016-11-27  Məşhur şahmatçı 12-ci mərtəbədən yıxılıb öldü

2016-11-13  \"Odlar Yurdu\"nun xanımları kişilərdən daha yaxşı nəticə göstərdi

2016-11-11  Odlar yurdunun kişiləri qələbə qazandı, xanımları heç-heçə etdi

2016-10-04  Teymur Rəcəbov İspaniya çempionu oldu

2016-09-27  İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib

2016-09-26  Şəhriyar Məmmədyarov erməniyə qalib gələrək çempion oldu

2016-09-14  2020-ci ildə Şahmat Olimpiadası bu şəhərdə keçiriləcək

2016-09-14  Millimiz Olimpiadada 8-ci oldu

2016-09-13  FİDE hakimləri mükafatlandırdı

2016-09-12  Azərbaycan Rusiya və Ukraynaya məğlub oldu

2016-09-11  Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

2016-09-09  Altıncı turun oyunlarına yekun vuruldu

2016-09-08  Azərbaycan Yunanıstan və Gürcüstana qarşı

2016-09-07  Yunanıstan və Gürcüstan yığmamıza rəqib oldu

Bütün xəbərlər
 
Bu gün
17:35  Çempionlar Liqasının oyunlarını necə izləyək? - TV AFİŞA
16:31  "Kəpəz"in stadionundan nə xəbər var?
16:23  "Qarabağ" Respublika Stadionunda oynamayacaq
16:20  "Zirə"nin qolkiperi siyahıdan çıxdı
12:46  Milli komandamızın əcnəbi üzvləri kimdir?
12:43  Məşhur hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi
09:40  Neymar və 2 klub yenidən məhkəmə qarşısında
09:37  Futbol oyunu zamanı qarşıdurma yaratmış 28 azarkeş saxlanılıb
09:12  Azərbaycan çempionatında yeni komanda
20 fevral 2017
21:30  Çempionlar Liqası tarixində ilk qadın məşqçi
21:22  Azərbaycan birinciliyi başa çatdı
21:18  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb
16:58  Azərbaycanlı futbolçu rəsmən "Anji"də
16:29  Ruslan Abışovun durumuna aydınlıq gəldi
16:24  "Barselona" tarixində ilk dəfə
14:16  Hacı Əliyev: "Dünya Kubokunda haqsızlıqla üzləşdik"
14:07  17-ci turun təqvimi açıqlandı
12:30  "Fənərbaxça"nın prezidenti yenidən məhkəmədə
12:25  "Sumqayıt"ın qapıçısı Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib
12:21  Premyer Liqa: Turun rekordu Qəbələdə qeydə alındı
12:10  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:08  İtaliya klubunda baş məşqçi dəyişikliyi
19 fevral 2017
21:35  "Sumqayıt" AZAL-ı belə məğlub etdi - VİDEO
21:18  Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.