AZ | EN | RU


Gimnastika >>
Azərbaycan gimnastı səfir oldu
13 iyul 2016   17:40

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.

“SmartScoring”in fəaliyyətinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan video nəzarəti də daxildir.

Məhz bu idmançının seçilməsi heç də təsadüfi deyil. Birincisi, gənc perspektivli gimnast Azərbaycanın qrup hərəkətləri komandasının tərkibində bu günlərdə Bakıda start götürəcək bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsinin iştirakçısıdır. İkincisi, Ayşən Bayramova ölkə çempionatının bürünc medalçısı və bir çox beynəlxalq yarışların qalibidir. Üçüncüsü isə, yenicə parlamağa başlayan ulduzun cəmi 17 yaşı var və “SmartScoring” komandasının fikrincə “onunla əməkdaşlıq idmançıya böyük şöhrət, brendin özünə isə şübhəsiz ki, uğurlar qazandıracaq”.

“Mənə göstərilən etimada görə minnətdaram və “SmartScoring”in siması olaraq söz verirəm ki, bizim komanda insan amili baxımından meydana gələn səhvlərə yol vermə riskini getdikcə azaldacaq, yekun xalın hesablanması və müəyyən olunmasında dəqiqlik və etibarlılığı yüksəldəcək” - deyə, gimnast bildirib.

Şıltaq təbəssüm və rəqəmlərin dəqiqliyi, elementlərin asanlıqla icrası və sistemin qüsursuz etibarlılığı, musiqi müşayiəti ilə bədən hərəkətlərinin ahəngi və nəticələrin səlisliyi - məhz bütün bunların bir sistemdə cəm olunması idman sahəsində yeni olan milli brendin məzmunudur.

Yeri gəlmişkən, “SmartScoring” artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində müsbət təcrübəyə malikdir. Belə ki, bu il komanda batut və idman gimnastikası üzrə keçirilən Dünya Kuboku yarışlarını, həmçinin bir sıra milli turnirləri xalların hesablanması sistemi və video nəzarəti xidməti ilə uğurla təmin edib. “Bakıda keçiriləcək Şahmat Olimpiadasının təşkilat komitəsi ilə əməkdaşlıq üzrə artıq razılığa gəlinmişdir, digər idman növləri üzrə milli federasiyalar da bizim xidmətlərimizə maraq göstərir, Avropa Gimnastika İttifaqı ilə əməkdaşlıq haqda danışıqlar gedir, həmçinin digər ölkələrdən də təkliflər alırıq. Biz əminik ki, gələcəkdə də idmançılar bu sistəmə tam etibar edəcək və diqqətlərini yalnız çıxışlarında cəmləşdirəcəklər” - deyə, şirkətin icraçı direktoru Emin Muxtarov qeyd etdi.

 

 

 



Çap et | e-mail

     

2017-07-27  Gimnastlarımız Polşada Ümumdünya Oyunları 2017-də gümüş medal qazanıblar

2017-07-12  Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

2017-05-10  Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

2017-04-30  İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu

2017-04-26  Rusiyalı gimnastlar Bakıya gəldi

2017-04-19  Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır

2017-04-14  Gimnastlarımız İtaliyada 3-cü oldular

2017-02-27  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı

2017-02-20  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

2017-02-15  Bakıda Dünya Kubokunda yüksək nəticə göstərəcək gimnastlara xüsusi mükafat veriləcək - FOTO

2017-02-09  Bakı Dünya Kubokuna hazırlaşır

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

Bütün xəbərlər
 
Bu gün
13:40  Cüneyt Çakır Superkubok oyununu idarə edəcək
13:17  "Keşlə"dən 2 transfer
13:00  Azərbaycan Premyer Liqasında II turun hakim təyinatları açıqlanıb
12:45  "Yuventus"da şok ayrılıq
12:20  Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
12:10  "Real" "İnter"i FİFA-ya şikayət edəcək
11:55  Avropa Liqasının püşkatmasında ilk dəfə azərbaycanlı səfir iştirak edəcək
11:45  "Artıq "Real" ilə qarşılaşmalara geridə başlamayacağıq"
11:35  “Sumqayıt”da baxışda olan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb
11:29  "Qarabağ"ın "Şerif"lə oyunlarının vaxtı bəlli olub
11:10  "Arsenal"ın yeni kapitanı meydana qayıdacağı tarix bəlli olub
11:00  Azərbaycan UEFA reytinqində mövqeyini dəyişdi
10:44  “Barselona”nın oyunçusu Fransa klubunda
10:38  Avropa Liqasının "play-off" mərhələsində qarşılaşacaq cütlər - SİYAHI
10:27  Cənubi Koreya millisinə yeni baş məşqçi
10:13  Avroliqada pley-offa çıxan komandalar müəyyənləşdi
01:15  "Beşiktaş" son dəqiqədə mərhələ adladı - VİDEO
01:00  “Qarabağ”ın rəqibi müəyyənləşdi
00:45  "Messi mövsümə bu mövqeydə başlayacaq"
00:30  "Zenit" rəqibini uzatmada darmadağın etdi - VİDEO
16 avqust 2018
23:43  "Yuventus"da yeni müqavilə
23:39  "Barselona"lı futbolçusu A seriyası klubunda
18:24  Lukaku millidən gedəcəyi tarixi açıqladı
18:15  “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.