AZ | EN | RU


Boks >>
"Erməni boksçu ilə Azərbaycan əsgərləri adından döyüşürdüm"
20 aprel 2016   14:25

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçusu, dünya çempionu Cavid Çələbiyevin müsahibəsi

- Türkiyənin Samsun şəhərində keçirilmiş Avropa Təsnifat Turnirində 56 kq çəki dərəcəsində qızıl medal qazanaraq, olimpiadaya vəsiqə qazandınız. Yarış necə keçdi?

- Hər şey yaxşı oldu. Döyüşlərimin gedişi ilə tanışsınız. Qızıl medal və lisenziya qazandım. Ətraflı nə deyə bilərəm... 

- 2013-cü il dünya çempionatında qızıl medal qazandıqdan sonra hər kəs Cavid Çələbiyevin əvvəlki gücündə olmadığını düşünürdü. Hətta "Bakı 2015" I Avropa Oyunlarında da iştirak etməmişdiniz. Oyunlarda 56 kq çəki dərəcəsində özünüzün yox, Tayfur Əliyevin iştirakını necə qarşılamışdınız?

- Normal qarşılamışdım. Belə olmalı idi, oldu da. Düzü, çox danışa bilmirəm. Nə deyim? Əsas odur ki, lisenziyamızı qazandıq. Bundan sonra da hədəf "Rio-2016"da uğurla çıxış edib qızıl medal əldə etməkdir. İnanıram ki, olimpiya çempionu olaraq, bayrağımızı ucaldacağıq.

- Bəs nə baş vermişdi ki, sonrakı yarışlarda ciddi nəticə verə bilmirdiniz?

- O barədə heç nə deməyəcəyəm. Heç bir şey baş verməyib və hər şey qaydasındadır.

- Llisenziya xarakterli turnirə yollanmağınız Tayfur Əliyev üzərində qələbədən sonra dəqiqləşdi, yoxsa seçim öncədən edilmişdi? 

- Bu barədə heç nə bilmirəm. Hər kəs bu qələbəmi gördü, şahidi oldu. Hər şey göz qabağında oldu.

- AİBA-nın Peşəkar Boks yarışından da olimpiadaya lisenziya qazana bilərdiniz. Buna nə mane oldu?

- Həmin yarışda 5 döyüş keçirdim. 3-də qələbə qazandım, 2-də hakim haqsızlığından dolayı uduzdum. Bütün döyüşləri də ölkədən kənarda keçirmişəm. Hər döyüş 8 raund olur. Ən azı 6 raund keçirirdim. Bu döyüşlər gücümə güc qatdı. 3 raund vuruşmaq mənim üçün heç nədir. Ona görə də əlavə güc gəlirdi və lisenziya yarışlarında döyüşərkən, özümü daha rahat hiss edirdim. Çünki 6 - 8 round vuruşmuşam. Bu da Avropa Təsnifat Turnirindəki döyüşlərimdə mənə psixoloji üstünlük verirdi.

- Samsun turnirinin yarımfinalında Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşdınız. Ümumiyyətlə, onunla rinqə çıxmazdan öncə hansı hissləri keçirirdiniz?

- Bilirdim ki, erməni boksçu ilə vuruşacağam. Bu da mənim üçün əlavə məsuliyyət idi. Azərbaycan xalqı adından vuruşmaq məsuliyyətini hiss edirdim. Ona görə var gücümlə vuruşub, ona qalib gəlməli idim. Məqsədim də bu idi və istəyimə çatdım, qalib oldum.

- Həmin boksçunu vaxtından əvvəl nokautla məğlub etmək fikri olmadı?

- Əlbəttə, hər bir idmançıda belə bir hiss olur. Mən də bu hisslə, niyyətlə vuruşdum. Nəticədə də qalib gəldim və lisenziya qazandım.

- Döyüşdən sonra Siz əsgər salamı verdiniz. Bunu əvvəlcədən planlaşdırmışdınız?

- Erməni idmançı ilə döyüşə çıxanda cəbhədə baş verənlərdən xəbərdar idim. Bilirdim ki, şəhidlərimiz olub. Mən orada bütün Azərbaycan əsgəri, xalqı adından döyüşürdüm. Uduzmağı ağlıma belə gətirməzdim və gətirmirdim də. Yalnız qələbə üçün çıxmışdım. Sonda niyyətimə çatdım. Bu qələbəmi, döyüşümü xalqıma, şəhid olan və hazırda vətəni qoruyan əsgərlərimizə həsr etdim. 

- Erməni boksçu məğlubiyyətinə hakimlərin Sizə köməyi kimi don geyindirib...

- Ermənilər ömür boyu belə danışıblar. Onlar hər bir işdə belədirlər, qaldı ki, məğlub olsunlar. Uduzanda, əlbəttə, belə deməlidirlər.

- Yəni, məğlubiyyəti həzm edə bilmir...

- Bəli. Üstəlik, uduzan adam erməni ola, o, boynuna alar? Hər şey göz 
qabağında idi. Döyüşə bütün dünya baxırdı. Hamı gördü ki, erməni üzərində necə qələbə qazandıq.

- Əslən dağıstanlı komanda yoldaşın Abdulqadir Abdullayev də Ukraynanın təmsil edən erməni idmançısını məğlub edərək lisenziya qazandı. Onun qələbəsi ilə bağlı nə deyə bilərsən? 

- Bu, bütün Azərbaycanı sevindirən qələbədir. Hər bir idmançımızın erməni üzərində qələbə qazanması nəinki məni və ya məşqçiləri, bütün xalqı sevindirir. Bizim erməni üzərində qələbəmizdən dolayı bütün xalq necə qürurlanırsa, biz də komanda yoldaşımızın qələbəsindən elə qürur hissi keçiririk.

report



Çap et | e-mail

     

2017-01-11  Milli komandaların baş məşqçiləri məlum oldu

2017-01-10  Avropa çempionu qəzada öldü

2016-12-18  Boksçularımızdan dünya kubokunda 4 medal

2016-12-10  Peşəkar boksçunu babası ilə birgə güllələdilər

2016-12-05  Elena Vstropova noyabr ayının ən yaxşı idmançısıdır

2016-12-03  Azərbaycan ümumdünya boks yarışlarından imtina etdi

2016-11-26  Boksçunun rinqdə aldığı zərbə ölümünü gətirdi

2016-11-23  Boksçumuz Avropa çempionu oldu

2016-11-23  Azərbaycan boksçusu dünya birinciliyində erməni ilə döyüşəcək

2016-11-22  Boksçumuz Avropa çempionatının finalında

2016-11-21  4 boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi

2016-11-18  İki boksçumuz Avropa çempionatını erkən başa vurub

2016-11-18  İki boksçumuz gənclərin mundialında növbəti mərhələyə çıxdı

2016-11-17  Boksçularımızın mundialda rəqibləri müəyyənləşdi

2016-11-16  Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

2016-10-27  Boksçularımız dünya birinciliyinə kubalılarla birgə hazırlaşacaq

2016-10-01  Britaniyalı boksçu rinqdə aldığı zədələrdən ölüb

2016-09-09  Məşhur rus boksçu qəfil vafat etdi

2016-09-07  Kliçko və Fyuri arasındakı revanş döyüşünün vaxtı və yeri müəyyənləşib

2016-08-01  \"Qəbələ\"nin boksçusundan erkən qələbə

Bütün xəbərlər
 
Bu gün
11:28  Millimiz Fransaya 7 cüdoçu ilə gedir
11:10  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:57  "Qarabağ"ın Antalyada 13-cü günü
10:53  "Barselona" rəhbərliyi Ardanın keçidinə icazə vermədi
10:30  Olimpiya medalçılarımızın adları Rio-de-Janeyroda Çempionlar Divarlarına həkk olunub
09:48  Azərbaycan klubunun rəqibi Türkiyə kubokunu qazandı
09:45  Kamran Ağayev sərt cəzalandırıldı
09:40  "Neftçi" məğlubiyyətdən son anda qurtuldu - VİDEO
09:31  Millimizin Estoniya üzərindəki qələbəsi - VİDEO
17 yanvar 2017
18:36  Basketbol çempionatının təqvimi açıqlandı
18:08  "Traktorsazi" liderlik fürsətindən yararlana bilmədi
17:04  Milli komandamızda yeni baş məşqçi
16:22  Premyer Liqada oynayan futbolçular cəzalandırılacaq
15:36  "Barselona" və "Atletiko"nun Kosta mübarizəsi
15:33  "Kəpəz" MOİK-ə qalib gələ bilmədi
14:47  Vidadi Rzayev Gürcüstanda keçirilən futbol turnirindən danışdı
14:43  Rahid Əmirquliyev "Qarabağ"ın məşqlərinə sabah qoşulacaq
14:40  Gənclər və İdman Nazirliyinin 4 milyon manatdan çox vergi borcu silindi
14:37  Maşallah Əhmədovun məhkəməsi yenə təxirə salındı
13:56  Maradona Neapola qayıtmaq üçün vergi problemini həll etməlidir
13:54  "Qaradağ Lökbatan"ın futbolçusu bundan sonra "Səbail"də oynayacaq
12:46  Şeyx Mənsurdan Qvardiolaya transfer üçün 285 milyon avro dəstək
10:27  Azərbaycan çempionu Kanada millisini çalışdıracaq
10:25  "Qarabağ"ın eks futbolçusuna Çindən təklif
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.